Qısa cavab:
Ətraflı cavab:
Sual:“Aman” hədisində Əhli-beyt dedikdə məqsəd kimlərdir?
Cavab: Bu hədisdə Əhli-beyt dedikdə məqsəd, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəslindən olan on iki imamdan başqa heç kəs deyildir. Bu müddəanı iki yolla sübut etmək olar:
a) daxili şahidlər
Alimlərin “hökm ilə mövzu arasında tənasüb” ünvanlı bir qaydaları var. Bu mənayadır ki, hökm ilə mövzu arasında tənasüb və uyğunluq olmalıdır. Bu hədisdə hökm “ixtilafdan amanda olmaq”dan ibarətdir. Bu ünvan da yalnız məsum şəxslərə aiddir və onlara uyğun gəlir. Nəticədə Əhli-beyt dedikdə məqsəd Peyğəmbər (səlləllahu əleyhi və alih) övladlarından olan məsum imamlardan başqası ola bilməz.
b) xarici şahidlər
Əhli-sünnət alimlərinin kitablarında nəql olunan digər rəvayətlərə müraciət etməklə bu hədisdə Əhli-beytin nümunələrinin kim olduğunu dərk etmək olar. Misal üçün, müşahidə edirik ki, “Səqəleyn” hədisində Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-in itrəti kimi təfsir olunur. “Təthir” ayəsi barəsində nəql olunan “Kəsa” hədisində də Əhli-beyt kəlməsi kəsa səhabələrindən olan beş nəfərə: Peyğəmbər (səlləllahu əleyhi və alih), Əli, Fatimə, Həsən və Hüseynə tətbiq edilir. Həmçinin, “Mübahələ” ayəsinin şərhində sənədi düzgün olan hədislərə uyğun olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih) bu beş nəfərə işarə edərək Allah dərgahında belə dua etdi: اَللَّهُمَّ هَؤُلاَءِ اَهْلِى“Pərvərdigara, bunlar mənim əhlimdir.” “On iki xəlifə” hədisinə uyğun olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məsum Əhli-beyti bu beş nəfərə məxsus deyildir və Əhli-beyt dedikdə məqsəd məsum, İslam ümmətinin zəlalət, azğınlıq və ixtilafdan əmin-amanlıq səbəbi olan on iki nəfərdir. (1)
1. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 417.
Şərh qeydə alınmayıb