Qısa cavab:
Ətraflı cavab:
Sual:“Əliyyun məəl-həqq”hədisinin sənədinin düzgünlüyün hansı yolla isbat etmək olar?
Cavab: Qeyd olunan hədisi bəzi əhli-sünnət alimlərinin nəqlinə uyğun olaraq səhih bilmək olar. Onların sənədlərindən aşağıdakıları qeyd edirik:
1 - Tirmizinin “Əl-camius-səhih” kitabında qeyd etdiyi sənəd (1). O bu hədisi “qərib” hesab etsə də, əhli-sünnət alimlərinin nəql etdiyinə əsasən, onun “qərib” hesab etdiyinə istinad etmək olar. Digər tərəfdən, onun “qərib” olmasına hökm etməyin səbəbi bu hədisin mətninin onun etiqadlarına uyğun gəlməməsi ola bilər. Çünki hədisin mətnində İmam Əli (əleyhis-salam) haqq və həqiqətin əsas mehvəri kimi təqdim olunmuşdur.
2 - Əbu Yəla Musilinin hədis sənədi. Onun ravilərinin hamısı əhli-sünnət alimlərinin nəzərində siqə və etibarlı sayılır. (2)
3 - Heysəminin “Məcməuz-zəvaid” kitabındakı sənədi. (3) Çünki o, hədisi şərh edərkən “Onun sənədində Səd ibn Şüeyb vardır ki, mən onu tanımıram, yerdə qalanlar səhih alimlərdir” – deməsinə baxmayaraq, Əllamə Əmini (rəhmətullahi əleyh)-in sözü ilə desək, Heysəminin tanımadığı bu kişi Səid ibn Şüeyb Həzrəmidir ki, təhrif olunaraq Səd yazıldığına görə onun üçün məchul qalmışdır. Səid ibn Şüeyb əhli-sünnət alimlərinin nəzərində etibarlı və siqə sayılır. Şəmsuddin İbrahim Covzani deyir: “O, saleh və düz danışan bir şeyxdir.” (4)
Bundan əlavə, bəzi əhli-sünnət alimləri həmin hədisin sənədinin düzlüyünü aşkar bəyan etmişlər ki, misal üçün aşağıdakıları qeyd etmək olar:
1 - Hakim Nişapuri “Əl-mustədrəku ələs-Səhiheyn” kitabında bu hədisin düzlüyünü aşkar demişdir. (5)
2 - Zəhəbi “Təlxisul-mustədrək” kitabında bu hədisin düzlüyünü aşkar demişdir.
3 - Hafiz Təbərani hədisin “həsən” və sənədinin düz olmasını aşkar demişdir. (6) (7).
1 - “Əl-camius-səhih”, 5-ci cild, səh. 592, hədis: 371.
2 - “Musnədu Əbu Yə`la”, 2-ci cild, səh. 318, hədis: 1052
3 - “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 35.
4. “Təhzibut-təhzib”, 4-cü cild, səh. 42; “Xulasətul-kəmal”, 1-ci cild, səh. 382, nömrə: 2479.
5 - “Əl-mustədrəku ələs-Səhiheyn”, 3-cü cild, səh. 134, hədis: 4628.
6 - “Əl-mu`cəmul-ovsət”, 5-ci cild, səh. 455, hədis: 4877.
7. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 426.
* * *
Şərh qeydə alınmayıb