Qısa cavab:
Ətraflı cavab:
Sual:Peyğəmbər (səlləllahu əleyhi və alih) “Aman” hədisində kimləri vəhdətin mehvəri kimi təqdim etmişdir?
Cavab: “Aman” hədisini qısa şəkildə tədqiq etməklə dərk edəcəyik ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) öz Əhli-beytini ümmətin vəhdət mehvəri kimi təqdim etmişdir. Çünki onlar məsumdurlar (günah, səhv və xətadan uzaqdırlar) və onların arasında heç bir ixtilaf yoxdur. Onlar ümməti vahid bir mehvər əsasında hidayət edir, onları zəlalətdən və azğınlıqdan xilas verilər. “Səqəleyn” hədisində də Peyğəmbər (səlləlahu əleyhi və alih) Allahın möhkəm və sarsılmaz ipi olan Quran və itrətə sarılmağı İslam ümmətinin zəlalət və azğınlıqdan amanda qalma vasitəsi kimi təqdim etmişdir.
İbn Həcər Məkki bu hədisin şərhində yazır: “Peyğəmbər (səlləllahu əleyhi və sələm) Əhli-beytinin ixtilaf zamanı əmin-amanlıq vasitəsi kimi təqdim edilməsində məqsəd dində olan ixtilafdır. Buna görə də əgər hər hansı bir qəbilə onlara qarşı ixtilaf törətsə, dinlərini onlardan başqasından alsa, öz aralarında din hökmləri ilə əlaqədar ixtilaf yaranacaq, Əhli-beytlə müxalifətləri nəticəsində İblisin dəstəsinə daxil olacaqlar. Çünki haqq Əhli-beyt ilədir və onlarla müxalifət etmək batil yoldur. Məqsəd onlarla dünya işlərində olan müxalifət deyildir. Çünki, “fəsaru hizbə İblis” deyə buyurulur.”
Səmhudi “Aman” hədisini nəql etdikdən sonra deyir:
یُحْتَمَلُ اَنَّ الْمُرَادَ بِاَهْلِ الْبَیْتِ الَّذِینَ هَمْ اَمَانٌ لِلْأُمَّةِ عُلَمَاؤُهُمُ الَّذِینَ یُهْتَدَى بِهِمْ، کَمَا یُهْتَدَى بِنُجُومِ السَّمَاءِ وَهُمُ الَّذِینَ اِذَا خَلَتِ الْأَرْضُ مِنْهُمْ جَاءَ اَهْلَ الْأَرْضِ مِنَ الْآیَاتِ مَا کَانُوا یُوعَدُونَ وَذَهَبَ اَهْلُ الْأَرْضِ، وَذَلِکَ عِنْدَ مَوْتِ الْمَهْدِىِّ الَّذِی اَخْبَرَ بِهِ النَّبِىُّ (صَلىَّ اللهُ عَلَیْهِ وسَلَّمَ)
“Ehtimal vermək olar ki, ümmətin əmin-amanlıq vasitəsi olan Əhli-beyt dedikdə, Əhli-beytdən olan o alimlər nəzərdə tutulur ki, onların vasitəsilə ümmət hidayətə nail olur, necə ki, asimanların ulduzları yer əhlini hidayət edir. Bunlar həmin şəxslərdir ki, əgər yer üzündə olmasalar, yer əhlinə vədə verilən nişanələr gələcək və yer əhli məhv olacaqdır. Bu da Məhdinin dünyadan getdiyi vaxtdır. O kəs ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) onun zühurunu vəd etmişdir.” (2) (3)
1. “Əs-səvaiqul-muhriqə”, səh. 150, bab 11.
2. “Rəşfətu-sadi”, səh. 78.
3. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 419.
Şərh qeydə alınmayıb