Qısa cavab:
Ətraflı cavab:
Sual:İbn Əbdul-Birrin Əbubəkrin ilk müsəlman olması barəsindəki sözü qəbul olunurmu?
Cavab: İbn Əbdul-Birr, Əbubəkrin tərcümeyi-halında yazır: Bir şeyx bizim üçün Mücaliddən, o da Şəbidən, o da İbn Abbasdan nəql edir ki, ondan belə sual olundu: “İslamı qəbul edən ilk şəxs kim olmuşdur?” O cavabında dedi: “Əbubəkr!” (1)
O, Şöbədən, o da Ömər ibn Mərrədən, o da İbrahim Nəxəidən nəql edir ki, islamı qəbul edən ilk şəxs Əbubəkr olmuşdur. (2)
Cavabında deyirik:
Əvvəla: Bu iki hədis Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunmamışdır.
İkincisi: Bu iki rəvayət Əli (əleyhis-salam)-ın islamı hamıdan əvvəl qəbul etməsini bəyan edən mütəvatir hədislərin qarşında davam gətirə bilməz.
Üçüncüsü: Mücaliddən nəql edən şeyxin kim olması məlum deyil.
Dördüncüsü: Mücalid əhli-sünnətdən olan rical alimləri tərəfindən zəif hesab olunan bir şəxsdir. İbn Müin deyir: “Onun hədislərinə istinad olunmur.” Əhməd deyir: “O, bir şey deyildir!” Nisai onu “güclü olmayan”, Dar Qutni və Yəhya ibn Səid isə “zəif” saymışlar. İbn Məhdi ondan rəvayət nəql etməzdi. (3)
Beşincisi: Şəbi Əmirəl-möminin Əli (əleyhis-salam)-a qarşı açıq-aşkar düşmənçilik edənlərdəndir.
Altıncısı: Şəbi belə bir müddəanı necə İbn Abbasın adına yaza bilər, halbuki, Əli (əleyhis-salam)-ın İslamı hamıdan əvvəl qəbul etməsi ilə əlaqədar ən çox rəvayəti İbn Abbas nəql etmişdir.
Yeddincisi: İkinci hədisin “məqtu” olmasından və səhabələrdən nəql olunmamasından əlavə, onun sənədində Şöbə ibn Həccac vardır ki, Buxarı onun barəsində deyir: “Onun hədisləri inkar olunur.” Əbu Hatəm onu “məchul” kimi təqdim edir. (4)
Həmçinin, onun sənədində İbrahim Nəxəi və Şöbə ibn Həccac diqqəti cəlb edir. İbn Qüteybə “Əl-məarif” kitabında (5) birincinin, Şəhristani isə “Əl-miləl vən-nihəl” kitabında (6) ikincinin şiə ravilərindən olduğunu yazır. Buna görə də bu rəvayət qəti şəkildə yalandır. Çünki, şiə alimləri Əhli-beyt (əleyhimus-salam)-a tabe olmaqla həzrət Əli (əleyhis-salam)-ın islamı qəbul edən ilk şəxs olduğuna etiqad bəsləyirlər.
1. “Əl-istiyab”, 1-ci cild, səh. 341.
2. “Əl-istiyab”, səh. 342.
3. “Mizanul-e`tidal”, 3-cü cild, səh. 437 və 438.
4. “Lisanul-mizan”, 3-cü cild, səh. 145.
5. “Əl-məarif”, səh. 268.
6. “Əl-miləlu vən-nihəl”, 1-ci cild, səh. 190.
7. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 453.
Şərh qeydə alınmayıb