Qısa cavab:
Ətraflı cavab:
Sual:Əhli-sünnət alimləri “qapıların bağlanması” hədisini hansı ifadələrlər nəql etmişlər?
Cavab: “Qapıların bağlanması” hədisini əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında qeyd etmişlər ki, onların bəziləri aşağıdakılardır:
1 - Əhməd ibn Hənbəl öz sənədləri ilə Zeyd ibn Ərqəmdən belə nəql edir: Bəzi səhabələrin evinin qapısı məscidə açılırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
سُدُّوا هَذِهِ الْاَبْوَابَ اِلاَّ بَابَ عَلِىٍّ
“Əlinin qapısından başqa bütün qapıları bağlayın!”
Bəziləri bu barədə söz-söhbət edəndə həzrət buyurdu:
وَاللهِ مَا سَدَدْتُ شَیْئاً وَلاَ فَتَحْتُهُ، وَلَکِنْ اُمِرْتُ بِشَىْءٍ فَاتَّبَعْتُهُ
“Allaha and olsun! Mən öz tərəfimdən hər hansı qapını açıb–bağlamıram; mənə əmr olunanlara tabe oluram.” (1)
2 - Tirmizi öz sənədləri ilə İbn Abbasdan nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
سُدُّوا اَبْوَابَ الْمَسْجِدِ کُلَّهَا اِلاَّ بَابَ عَلِىٍّ
“Əlinin qapısından başqa məscidə açılan bütün qapıları bağlayın!” (2)
3 - O, habelə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql edir:
یَا عَلِىُّ! لَا یَحِلُّ لِأَحَدٍ اَنْ یَجْنبَ فِى هَذَا الْمَسْجِدِ غَیْرِى وَ غَیْرُکَ
“Ey Əli! Səndən və məndən başqa bu məsciddə cunub olmaq heç kəsə halal deyildir.”
4 - Beyhəqi öz sənədi ilə Ümmü Sələmədən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
لَا یَحِلُّ هَذَا الْمَسْجِدُ لِجُنُبٍ وَلاَ حَائِضٍ اِلاَّ لِرَسُولِ اللهِ وَ عَلِىٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ
“Bu məscid – “Məscidun-Nəbi” (səlləllahu əleyhi və alih) – Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən başqa heç bir cunub və haiz şəxsə halal deyildir.”
5 - Hakim Nişapuri öz sənədləri ilə İbn Abbasdan Əli (əleyhis-salam) haqqında – yalnız ona məxsus olan – on xislət nəql etmişdir, o cümlədən: Əlinin qapısından başqa sair insanların evinin məscidə açılan qapısının bağlanması. (5) (6)
1. “Musnədi Əhməd”, 4-cü cild, səh. 369.
2. “Sunənu Tirmizi”, 5-ci cild, səh. 641.
3. “Sunənu Tirmizi”, 5-ci cild, səh. 639.
4. “Əl-xəsaisul-kubra”, 2-ci cild, səh. 243.
5. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 134.
6. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 463.
Şərh qeydə alınmayıb