Qısa cavab:
Ətraflı cavab:
Sual:“Qapıların bağlaması” hədisini şiələrin düzəltdiyini iddia edən İbn Cövzinin sözü etibarlıdırmı?
Cavab: İbn Cövzi yazır: "Əlinin qapısından başqa bütün qapıların bağlaması" silsilə hədislərinin hamısı batildir. Şiələr onu “Səhiheyn”də qeyd olunan “Əbubəkrin evinin pəncərəsindən başqa bütün pəncərələri bağlayın” hədisinin qarşısında düzəltmişlər. (2)
Cavabında deyirik:
Əvvəla: Hansı dəlilə əsasən bu hədislərin hamısı batil və şiələr in uydurması hesab olunur?! Sadəcə bir iddia hər hansı bir mətləbi sübut edə bilməz!
İkincisi: Haradan məlumdur ki, "Əbubəkrin pəncərəsi" hədisi saxta olmasın?! Haradan bilirsiniz ki, bu hədis "Əlinin qapısından başqa bütün qapıların bağlanması" hədisinin müqabilində bir fəzilət olaraq Əbubəkr üçün düzəldilməyib?!
Üçüncüsü: Bu hədisləri necə batil hesab etmək olar?! Halbuki onlar mütəvatir həddində olmaqla yanaşı səhih sənədlərə də malikdirlər. Amma "Əbubəkrin pəncərəsi" hədisi sənədinin səhih olmasını fərz etsək belə, vahid xəbərdir. Buna görə də o, mütəvatir hədislərlə müqayisə edilə bilməz.
Dördüncüsü: Suyuti “Əl-ləalil-məsnuə” kitabında – İbn Həcərin “Əl-qovlul-musəddəd fizzəbbi ən Müsnədi Əhməd” kitabından, İbn Cövzinin bu hədislərin batil olması ilə əlaqədar sözünü nəql etdikdən sonra – yazır: “Bu (İbn Covzinin iddiası) elə bir iddiadır ki, onun dəlili “Səhiheyn”də gələn rəvayətlə müxalif olan bir hədisdir. Bu tədbir sırf təvəhhüm (xəyali fikir) əsasında səhih hədisləri rədd etməkdir. Layiq deyildir ki, hər hansı bir hədisin saxta olmasına hökm olunsun; yalnız o zaman hökm oluna bilər ki, cəm etmək mümkün olmasın.” (3)
Həmçinin İbn Əbil-Hədid Mötəzili deyir: “Qapıların bağlanması hədisi yalnız Əli (əleyhis-salam) barəsindədir. Əbubəkrin tərəfdarları onu təhrif edərək Əbubəkrin adına çıxarmışlar.” (3) (4)
1. “Əl-məsnuat”, İbn Covzi, 1-ci cild, səh. 366.
2. “Əl-ləalil-məsnuə”, 1-ci cild, səh. 348.
3 “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 11-ci cild, səh. 49.
4. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 471.
Şərh qeydə alınmayıb