Qısa cavab:
Ətraflı cavab:
Sual: İbn Teymiyyənin “Rədduş-Şəms” hədisinə tutduğu irad qəbul olunurmu?
Cavab: Bəzi inadkarlar və müxaliflər, o cümlədən İbn Teymiyyə “Rədduş-Şəms” hədisini mümkün olan hər yolla zəif qələmə verməyə çalışmışlar. Burada onların bir neçəsinin qeyd edirik:
1- Sənədinin zəif qələmə verilməsi
İbn Teymiyyə “Minhacus-sunnə” kitabında bu hədisi zəif qələmə vermək qərarına gəlmiş, əvvəlcə onun sənədini zəif saymış və bu hədisin ricallarından bəzilərinin zəif olduğunu iddia etmişdir. (1)
Cavabında deyirik:
Əvvəla: İbn Teymiyyənin zəif saydığı rəvayətlər elə şəxslərdən nəql olunub ki, Müslim və Buxari öz “Səhih” kitablarında onlardan rəvayət nəql etmişlər.
İkincisi: İşarə edildiyi kimi, əhli-sünnət alimlərindən bir qrupu da bu hədisi səhih hesab etmişlər.
Üçüncüsü: Əsil məqsəd xatircəmlikdən ibarətdir ki, müxtəlif yollarla onu əldə etmək olar.
2- O hədisin bəzi şəxslərin vasitəsi ilə nəql olunması
İbn Teymiyyə sonra deyir: “Əgər hadisənin kökü olsaydı, onda yalnız bəzi alimlər onu nəql etməməli, aləmin ən möcüzəli hadisələrindən biri sayılmalı idi. Çünki onun nəql olunmasında maraq olduqca çoxdur.” (2)
Cavabında deyirik:
Əvvəla, bu iddianın əksinə olaraq onun gizlədilərək nəql olunmaması ilə əlaqədar maraqlar da çox idi. Çünki camaat Bəni-üməyyənin hakimiyyəti dövrlərində Əli (əleyhis-salam)-ın düşməni idilər. Bu hadisə o həzrət üçün böyük bir fəzilət və kəramət sayıldığından, onu gizlətməyə çalışırdılar. Yalnız bəzi insaflı şəxslər onu nəql etmişlər.
İkincisi: Bu hadisəyə irad tutulsa, onda ayın parçalaması möcüzəsinə də irad tutulmalıdır. Çünki, onu da səhabələr və alimlərdən (hamısı yox) bir qrupu nəql etmişlər!
3 - Rəvayətini xüsusiyyətlərində ziddiyyət.
İbn Teymiyyə deyir ki, rəvayətin xüsusiyyətləri müxtəlifdir və bu, hadisənin yalan olmasına dəlalət edir! (3)
Cavabında deyirik:
“Rəduş-şəms” hədisinin xüsusiyyətlərinin ixtilaflı və ziddiyyətli olması əsl hadisənin yalan olmasına sübut deyildir. Əksinə, sadəcə onun bəzi xüsusiyyətlərini sübut etmir. Çünki, "şəqqul-qəmər" möcüzəsinin də xüsusiyyətlərində fikir ayrılıqları diqqəti çəkir.
4 - Rəvayətdə münkəratın (qeyri-məqbul, şəriətə zidd hadisələrin) olması.
İbn Teymiyyə deyir: “Rəduş-şəms” hədislərində qeyri-məqbul hadisələr diqqəti çəkir. O cümlədən, deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) əsr zamanı yatmışdı, halbuki, belə bir vaxtda yatmaq xoşagəlməz əməldir. Habelə necə mümkündür ki, Əli (rəziyəllahu ənh)-in namazı qəzaya getmiş olsun?! Həqiqətdə bu hadisə (düz olarsa) onun üçün fəzilət deyil, nöqsan olacaqdır. (4)
Cavabda deyirik: Əvvəla, bəzi rəvayətlərə əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih) yatmamışdı, əksinə vəhy nazil olan zaman yaranan ğəşvə halətində idi.
İkincisi, bəzi rəvayətlərə uyğun olaraq Əli (əleyhis-salam) o halda namazı tərk etməmiş, əksinə işarə ilə qılmışdı və bu da onun yüksək nübüvvət məqamına olan xüsusi ehtiramından irəli gəlirdi. Günəşin qayıtması da buna görə də idi ki, həzrət namazı vaxtında (işarə ilə deyil, adi qaydada) qılsın. Bu da onun son dərəcə kamalına dəlalət edir.
Üçüncüsü, belə deyə bilərik: Həzrət Əli (əleyhis-salam) əsr namazını qılmaq üçün günəşin onun üçün yenidən qayıdacağını bildiyinə görə, öz namazını təbii surətdə təxirə salmışdı. Bu hadisə şiələrin “imamət elmi” barəsində inancları ilə tam müvafiqdir. Yaxud da demək olar ki, Allah istəyirdi ki, bu hadisə ilə Əli (əleyhis-salam) üçün böyük bir kəraməti sübuta yetirsin. (5)
1. “Minhacus-sunnə”, 4-cü cild, səh. 189.
2. “Minhacus-sunnə”, 4-cü cild, səh. 189.
3. “Minhacus-sunnə”, 4-cü cild, səh. 189.
4. “Minhacus-sunnə”, 4-cü cild, səh. 189.
5. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 485.
salam aleykum. qadaslar icaze verilir bu melumatlari paylasaq?