Qısa cavab:
Ətraflı cavab:
Sual:Əhli-sünnət alimləri “Rədduş-şəms” hədisini hansı ifadələrlə nəql etmişlər?
Cavab: “Rədduş-şəms” hədisini əhli-sünnət alimlərindən bir qrupu nəql etmişlər ki, onların bəzilərini aşağıda qeyd edirik:
1 - Təhavi sənədlərlə Əsma binti Ümeysdən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) zöhr namazını Səhbada qıldı, sonra Əlini bir iş ardınca göndərdi. Əli qayıdanda Peyğəmbər (səlləllahu əleyhi və alih) əsr namazını qılmışdı. Həzrət başını Əlinin dizləri üstünə qoydu və Əli onu gün batana qədər tərpətmədi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Allah dərgahında belə dua etdi:
اَللَّهُمَّ اِنَّ عَبْدَکَ عَلِیاًّ احْتَبَسَ بِنَفْسِهِ عَلَى نَبِیِّکَ فَرُدَّ عَلَیْهِ شَرْقَهَا
“Pərvərdigara! Bu, sənin bəndən Əlidir, özünü sənin Peyğəmbərinə xatir məhbus etmişdir. Sən günəşin nurlarını onun üçün yenidən qaytar!”
Əsma deyir: Bu zaman Günəş bir daha görünməyə başladı, o qədər yuxarı qalxdı ki, dağların və düzənlərin üzərinə şəfəq saçdı. Əli ayağa qalxıb dəstəmaz aldı və əsr namazını qıldı. Sonra günəş qüruba endi. Bu hadisə Səhbada baş verdi.(1)
Əbu Cəfər deyir:
کُلُّ هَذِهِ الْاَحَادِیثِ مِنْ عَلَامَاتِ النُّبُوَّةِ. وَقَدْ حَکَى عَلِىُّ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنُ الْمَغِیرَةِ، عَنْ اَحْمَدَ بْنِ صَالِحٍ اَنَّهُ کَانَ یَقُولُ: لَا یَنْبَغِى لِمَنْ کاَنَ سَبِیلُهُ الْعِلْمَ التَّخَلُّفُ عَنْ حِفْظِ حَدِیثِ اَسْمَاءَ الَّذِی رُوِىَ لَنَا عَنْهَا; لِأَنَّهُ مِنْ اَجَلِّ عَلاَمَاتِ النُّبُوَّةِ
“Bu hədislərin hamısı nübüvvət nişanələrindən hesab olunur... Sonra Əhməd ibn Salehdən belə nəql edir: “Layiq deyildir ki, elm axtaran bir şəxs Əsmanın hədisini kənara qoysun. Çünki bu hədis nübüvvətin ən böyük nişanələrindən biri hesab olunur.”
2 - Suyuti sənədlərlə Əbu Hüreyrənin belə dediyini nəql edir:
نَامَ رَسُولُ اللهِ وَرَأْسُهُ فِی حِجْرِ عَلِىٍّ، وَلَمْ یَکُنْ صَلَّى الْعَصْرَ حَتَّى غَرُبَتِ الشَّمْسُ، فَلَمَّا قَامَ النَّبِىُّ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) دَعَا لَهُ فَرُدَّتْ عَلَیْهِ الشَّمْسُ حَتَّى صَلَّى ثُمَّ غَابَتْ ثَانِیَةً
“Peyğəmbər (səlləllahu əleyhi və səlləm) başını Əlinin dizlərinə qoyub yatdı. Əli əsr namazını qılmamışdı. Günəş batdı. Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ayılandan sonra dua etdi, günəş geri qayıtdı və Əli namazını qıldıqdan sonra günəş yenidən qüruba endi.” (3)
3 - Həmçinin, sənədlərlə Cabirdən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) günəşə əmr etdi, günün bir saatı təxirə düşdü.” (4) (5)
1. “Mişkatul-asar”, 2-ci cild, səh. 9, 11 və 12.
2. “Mişkatul-asar”, 2-ci cild, səh. 9, 11 və 12.
3. “Əl-xəsaisul-kubra”, 2-ci cild, səh. 324.
4. “Əl-xəsaisul-kubra”, 2-ci cild, səh. 325.
5. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 478.
Şərh qeydə alınmayıb