Qısa cavab:
Ətraflı cavab:
Sual:“Səqəleyn hədisi Əhli-beytə sarılmağı deyil, yalnız onları xatırlamağı çatdırır” iddiası qəbul oluna bilərmi?
Cavab: İbn Teymiyyə yazır: “Səhihi-Müslim”dəki hədis yalnız Allahın kitabına sarılmağı əmr edir, lakin itrət barəsində yalnız "onları xatırlatmaq"la kifayətlənir. Buna görə də üç dəfə “uzəkkirukumullahə fi əhli-beyti” ifadəsinin təkrarı onlara sarılmağa əmr olunmadığını göstərir!” (1)
Cavabda deyirik:
Əvvəla, Müslim hədisi Zeyd ibn Ərqəmdən nəql etmişdir. O, Übeydullah ibn Ziyaddan qorxduğuna görə hədisi tam şəkildə nəql etməmiş, onun “itrətə sarılmaq” hissəsini ixtisara salmışdır. Bu müddəanın dəlili budur ki, Zeyd ibn Ərqəm bir çox hallarda bu hədisə toxunaraq onun mətnini məşhur yolla (təriqlə) nəql etmişdir ki, orada “itrətə sarılmaq” əmr olunur. Təəssüflər olsun ki, Müslim, Zeyd ibn Ərqəmin hədisinin izahında "Əhli-beytə sarılmaq" ibarəsini gətirməmişdir.
Bundan əlavə Əhməd ibn Hənbəl, nəql etdiyi hədisdə eynilə Müslimin ibarələrini qeyd etmiş və ona Əhli-beytə sarılmağa dair əmr edilən hissəsini əlavə etmişdir. (2)
İkincisi, bu hədis təkcə Müslimin nəql etdiyi təriqlə xülasələnmir; əksinə o digər yollarla da nəql olunmuş və onlarda “Qurana və Əhli-beytə sarılmaq” yanaşı qeyd olunmuşdur. Belə ki, Tirmizi həmin hədisi Zeyd ibn Ərqəmdən bu şəkildə nəql etmişdir. Əhli-sünnət alimlərindən bir qrupu da Tirmizinin hədisinin sənədini səhih bilmişlər. Biz onların bəzilərini qeyd edirik:
Vəhhabilərin hədisdə imamı Nasirəddin Əlbani bu hədisi Tirmizinin Zeyd ibn Ərqəmə çatan sənədləri ilə nəql etdikdən sonra –orada Allahın kitabına və Peyğəmbər itrətinə sarılmaq əmr olunur – yazır: “Hədisin sənədi səhihdir.” (3) O, hədisi “Səhihul-camiis-səğir” kitabında da səhih hesab etmişdir. (4)
İbn Həcər Əsqəlani “Səqəleyn” hədisini nəql etdikdə sonra – orada Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağa əmr və təşviq edilir – yazır: “Hədisin sənədi səhihdir.” (5)
Həmçinin, digər bir qrup da hədisi həmin məzmunla (Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağa əmr) nəql etmiş və onu səhih saymışlar. O cümlədən, İbn Həcər Heytəmi (6), Buveysiri (7), Yəqub ibn Süfyan Fəsəvi (8), Qənduzi Hənəfi (9), Mahmud Şükri Alusi (10). O, yazır: “Səqəleyn hədisi əhli-sünnət və şiə firqələrinin nəzərində sabitdir (mövcuddur).”
Müttəqi Hindinin “Kənzul-ummal”da nəql etdiyinə əsasən, İbn Cərir Təbəri də hədisi səhih hesab etmişdir. (11)
Cəlaləddin Süyutü “Müsnədi İmam Əli” kitabında – Məhamilinin “Əl-əmali” kitabından – nəql edir ki, o da “səqəleyn” hədisini səhih bilir. (12)
Həsən ibn Əli Səqqaf Şafei “səqəleyn” hədisini “Sünəni Tirmizi”dən nəql etdikdən sonra yazır: “Hədis sənəd baxımından səhihdir.” (13)
Hakim Nişapuri hədisi Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağın lazımlığını çatdıran kəlmələrlə nəql edərək onu Qədir-Xum hədisi ilə xətm edir və yazır: “Hədis sənəd baxımından Buxari və Müslimin şərtlərinə uyğun olaraq səhihdir. Baxmayaraq ki, o ikisi bu hədisi nəql etməmişlər.” (14)
İbn Kəsir deyir: “Səhih sənədlə sübut olunmuşdur ki, Peyğəmbər Qədir-Xumda öz xütbəsində buyurdu: “Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram...” (15)
Həmçinin o, “Səqəleyn” hədisini Nisainin sənədləri ilə nəql etdikdən sonra deyir: “Şeyximiz Zəhəbi buyurmuşdur ki, bu hədis sənəd baxımından səhihdir.” (16)
Heysəmi hədisi Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağın lazım (zəruri) olmasını çatdıran məzmunla nəql etdikdən sonra deyir: “Bu hədisi Təbərani “Mocəmul-kəbir” kitabında nəql etmişdir və onun ricallarının hamısı siqə və etibarlıdır.” (17)
Cəmaləddin Qasimi yazır: “Səhih sənədlə sübut olunmuşdur ki, Peyğəmbər öz xütbəsində buyurdu:
اِنِّى تَارِکٌ فِیکُم ُالثَّقَلَیْنِ; کِتَابَ اللهِ وَ عِتْرَتِى...
“Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim.” (18)
Səmhudi Şafeyi yazır: “Təbərani bu hədisi “Mocəmul-kəbir”də sənədlərlə nəql etmişdir ki, onun ricallarının hamısı siqədir.” (19)
Əzhəri də “səqəleyn” hədisini nəql etdikdən sonra yazır: “Məhəmməd ibn İshaq bu hədisin “həsən” və səhih olmasına etiqad bəsləyir.” (20) (21)
1. “Minhacus-sunnə”, 4-cü cild, səh. 104.
2. “Dirasatul-ləbib fil-usvətil-həsənəti bil-həbib”, səh. 231-237.
3. “Səhihu sunənit-Tirmizi”, 3-cü cild, səh. 543, hədis: 3788.
4. “Səhihul-camius-səğir”, 1-ci cild, səh. 842, hədis: 2457.
5. “Əl-mətalibul-aliyə” 4-cü cild, səh. 65, hədis: 3972.
6. “Əs-səvaiqul-muhriqə”, 2-ci cild, səh. 428.
7. “İthaful-xiyərətul-muhərrə”, 9-cu cild, səh. 279.
8. “Əl-mə`rifətu vət-tarix”, 1-ci cild, səh. 536.
9. “Yənabiul-məvəddət”, 1-ci cild, səh. 120, nömrə: 45.
10. “Muxtəsərut-tuhfə”, səh. 52.
11. “Kənzul-ummal”, 1-ci cild, səh. 379, hədis: 1650.
12. “Musnədu Əli (əleyhis-salam)”, səh. 192, hədis: 6050.
13. “Səhihu səlatin-Nəbi (səlləllahu əleyhi və alih)”, səh. 29.
14. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 118, hədis 4576.
15. “Təfsiru İbn Kəsir”, 4-cü cild, səh. 122.
16. “Əl-bidayətu vən-nihayə”, İbn Kəsir, 5-ci cild, səh. 228; “Əssirətun-Nəbəviyyə”, İbn Kəsir, səh. 416.
17. “Məcməuz-zəvaid”, 1-ci cild, səh. 170.
18. “Məhasinut-tə’vil”, cild, 14, səh. 307.
19. “Cəvahirul-əqdeyn”, səh. 236.
20. “Təhzibul-luğət”, 25-ci cild, səh. 264.
21. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 342.
Şərh qeydə alınmayıb