Qısa cavab:
Ətraflı cavab:
Sual: Əhli-sünnət alimləri “teyr” hədisini hansı ifadələrlə nəql etmişlər?
Cavab: “Teyr” hədisini əhli-sünnət alimlərindən bir qrupu öz kitablarında nəql etmişlər. Onlardan bəzilərini qeyd edirik:
a) Tirmizi öz sənədi ilə Ənəs ibn Malikin belə dediyini nəql edir:
کَانَ عِنْدَ النَّبِىِّ طَیْرٌ، فَقَالَ: اَللَّهُمَّ اِئْتِنِى بِاَحَبِّ خَلْقِکَ اِلَیْکَ یَأْکُلْ مَعِى هَذَا الطَّیْرَ. فَجَاءَ عَلِىٌّ
“Peyğəmbərin qızardılmış bir quşu var idi. O,: "Pərvərdigara! Ən çox sevdiyin insanı mənim yanıma göndər, bunu yeməkdə mənimlə şərik olsun!" – deyə dua etdi. Çox keçmədi ki, Əli içəri girdi və Peyğəmbərlə o yeməkdən yedi.” (1)
Tirmizi “bu hədis qəribdir” – deyə iddia etsə də, bu təbir hədisin səhih olmamasına dəlalət etmir.
İbn Səlah “qərib” hədisin tərifində yazır: “Qərib hədis iki qismə bölünür: 1- Sihah kitablarında nəql olunan hədislər, 2- Qeyri-Sihah kitablarında nəql olunan hədislər.” O, Sihah kitablarındakı “qərib” hədisləri mötəbər hesab edir. (2)
b) Nisai özünə məxsus sənədlərlə Ənəs ibn Malikdən nəql edir ki, Peyğəmbərin yanında qızardılmış bir quş var idi. Həzrət Allaha belə dua etdi:
اَللَّهُمَّ ائْتِنِى بِاَحَبِّ خَلْقِکَ اِلَیْکَ یَأْکُلْ مَعِى مِنْ هَذَا الطَّائِرِ. فَجَاءَ اَبُوبَکْرٍ فَرَدَّهُ، ثُمَّ جَاءَ عُمَرُ فَرَدَّهُ، ثُمَّ جَاءَ عَلِىٌّ فَاَذِنَ لَهُ
“Pərvərdigara! Öz ən çox sevdiyin məxluqunu mənim yanıma göndər, bu quşu mənimlə birlikdə yesin.” Bu zaman Əbubəkr gəldi, Peyğəmbər onu geri qaytardı. Sonra Ömər gəldi, onu da qaytardı. Əli gəldikdə isə ona icazə verdi. (3)
Nisainin sənədinin ricalları ibarətdir: Nisai Zəkəriyya ibn Yəhyadan o da Həsən ibn Həmaddan, o da Müsəhhər ibn Əbdül-Məlikdən, o da İsa ibn Ömərdən, o da Suddidən, o da Ənəs ibn Malikdən...
Bu sənədin bütün naqilləri əhli-sünnət alimlərinin qənaətinə görə məşhur və etibarlı şəxslərdir. Burada onların etibarını əhli-sünnət alimlərinin dilindən nəql edirik:
1 - Nisai; o, əhli-sünnət alimlərinin hamısının nəzərində etibarlı və etimadlı şəxs sayılır. Əbulhəccac Məzzi yazır: “Nisai qazı və hafizdir; “Sünən” və sair məşhur kitabların müəllifidir. O, bariz (mübərrəz) hafizlərdən və mütqən imamlardan biridir.” (4)
2 - Zəkəriyya ibn Yəhya; Zəhəbi (5), Nisai (6) və Əbdul-Ğəni ibn Səid onu “siqə” kimi təqdim etmişlər.
3 - Həsən ibn Həmmad; Zəhəbi onu küfəli siqə (7), İbn Həcər də Musa ibn İshaqın dilindən onu əmanətdar siqə hesab etmişdir. (8)
4 - Müsəhhər ibn Əbdül-Məlik ibn Səl Həmədanı Kufi; o, elə bir şəxsdir ki, İbn Həbban onu “Əssiqat” kitabında zikr etmiş, Həsən ibn Həmmad Vərraq da onu siqə saymışdır.
5 - İsa ibn Ömər; Əhməd onun barəsində deyir: “Onunla əlaqədar heç bir problem yoxdur.” (9) Yəhya ibn Muin, Nisai, Xətib, İbn Həbban, Əcli və İbn Nəmir onu siqə hesab etmişlər. (10)
6 - Sədi; Əhməd ibn Hənbəl, Əcli, Səmanı onu siqə bilmişlər. (11) İbn udeyonu “səduq” (düz danışan) hesab etmişdir. (12) Yəhya ibn Səid onun barəsində yazır: “Mən elə bir adam tanımıram ki, Sədinin barəsində xeyirdən başqa bir şey demiş olsun.” (13) O, Müslimin, Əbu Davudun, Tirmizinin, Nisainin və İbn Macənin “Səhih”inin ricallarındandır. (14)
v) Əbu Yəla öz “Müsnəd”ində sənədləri ilə Ənəs ibn Malikdən belə nəql edir:
اُهْدِىَ لِرَسُولِ اللهِ حجلٌ مَشْوِىٌّ فَقَالَ رَسُولُ اللهِ (صَلَّى الله عَلَیْهِ وَسَلَّمَ): اَللَّهُمَّ ائْتِنِى بِاَحَبِّ خَلْقِکَ اِلَیْکَ یَأْکُلْ مَعِى مِنْ هَذَا الطَّعَامِ. فَقَالَتْ عَائِشَةُ: اَللَّهُمَّ اجْعَلْهُ اَبِى. وَقَالَتْ حَفْصَةُ: اَللَّهُمَّ اجْعَلْهُ اَبِى. قَالَ اَنَسٌ: فَقُلْتُ اَنَا: اَللَّهُمَّ اجْعَلْهُ سَعْدَ بْنَ عُبَادَةَ. قاَلَ اَنَسٌ: سَمِعْتُ حَرَکَةَ الْبَابِ فَاِذَا عَلِىٌّ فَسَلَّمَ. فَقُلْتُ: اِنَّ رَسُولَ اللهِ عَلَى حَاجَةٍ. فَانْصَرَفَ. ثُمَّ سَمِعْتُ حَرَکَةَ الْبَابِ فَسَلَّمَ عَلِىٌّ فَسَمِعَ رَسُولُ اللهِ صَوْتَهُ فَقَالَ: اُنْظُرْ مَنْ هَذَا؟ فَخَرَجْتُ فَاِذَا عَلِىٌّ، فَجِئْتُ اِلَى رَسُولِ الله (صَلَّى الله عَلَیْهِ وَ سَلَّمَ)فَاَخْبَرْتُهُ، فَقَالَ: اِئْذَنْ لَهُ فَأَذِنْتُ لَهُ فَدَخَلَ
Peyğəmbər üçün qızardılmış quş əti gətirmişdilər. O, Allaha: “Pərvərdigara! Öz ən çox sevdiyin şəxsi mənim yanıma göndər, bu yeməyi onunla birlikdə yeyək.”– deyə ərz etdi. Ayişə dedi: “Pərvərdigara! O şəxsi atam qərar ver!” Həfsə dedi: “Pərvərdigara! Onu atam qərar ver!” Ənəs deyir ki, mən də dedim: “Səd ibn Ubadə qərar ver!” Bu zaman qapının səsini eşitdim. Qapıdakı Əli idi. O, salam verdi. Mən dedim: “Peyğəmbər işlə məşğuldur!” O, qayıtdı, sonra yenidən qapının səsini eşitdim. Əli salam verdi. Peyğəmbər onun səsini eşitdikdə buyurdu: “Gör kimdir?” Mən qapıya çıxanda Əlini gördüm. Peyğəmbərin yanına qayıdıb onun gəlişini xəbər verdim. Peyğəmbər buyurdu: “Ona de, içəri gəlsin!” Mən ona icazə verdim və o, evə daxil oldu. (16)
1. “Səhihi Tirmizi”, 5-ci cild, səh. 595.
2. “Ulumul-hədis”, İbn Səlah.
3. “Xəsaisu Əmiril-möminin (əleyhis-salam)”, hədis: 12.
4. “Təhzibul-kəmal”, 1-ci cild, səh. 23; “Vəfəyatul-ə`yan”, 1-ci cild, səh. 77; “Əl-vafi bil-vəfəyat”, 1-ci cild, səh. 416; “Mir’atul-cinan”, 2-ci cild, səh. 123; “Təbəqatuş-Şafeiyyə”, 2-ci cild, səh. 480.
5. “Əl-kaşif”, 1-ci cild, səh. 324.
6. “Təhzibut-təhzib”, 3-cü cild, səh. 334.
7. “Əl-kaşif”, 1-ci cild, səh. 220.
8. “Təhzibut-təhzib”, 2-ci cild, səh. 237.
9. “Əl-kaşif”, 2-ci cild, səh. 369.
10. “Təhzibut-təhzib”, 8-ci cild, səh. 199.
11. “Təhzibut-təhzib”, 1-ci cild, səh. 2313; “Əl-ənsab”, Səddinin tərcümeyi-halı.
12. “Təhzibut-təhzib”, 1-ci cild, səh. 313.
13. “Əl-ənsab”, Səddinin tərcümeyi-halı.
14. “Əl-cəm`u beynəs-Səhiheyn”, 1-ci cild, səh. 28; “Təhzibut-təhzib” və “Təqribut-təhzib”ə bax.
15. “Musnədu Əbi Yə`la”, 7-ci cild, səh. 105.
16. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 503.
Şərh qeydə alınmayıb