Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttabın şərab içən adama cəza verilməsi ilə əlaqədar nəzəri nə idi?
Cavab: Əbu Rafedən nəql olunur ki, şərab içmiş bir nəfəri Ömərin hüzuruna gətirdilər. Ömər dedi: – Səni elə bir şəxsin yanına göndərəcəyəm ki, sənin barəndə əsla güzəştə getməyəcəkdir.
Sonra onu Müti ibn Əsvəd Ədvinin yanına göndərdi və dedi:
– Sabah sübh onu cəzalandır.
Səhəri gün Müti hökmü icra edərkən Ömər gəlib ona ağır zərbələr endirdiyini gördü. Ömər ona dedi:
– Öldürdün onu! Ona neçə şallaq vurmusan?
Dedi:
– 60 dənə.
Ömər dedi:
– Qalan iyirmisini azalt (vurma).
Əbu Übeydə deyir: Bu sözün mənası budur ki, vurulmuş şallaqların ağırlığı qalan iyirmi şallağın əvəzində hesab olunsun. (1)
Hədislərin birində belə buyurulur:
یُؤْتَى بِالرَّجُلِ الَّذِی ضَرَبَ فَوْقَ الْحَدِّ فَیَقُولُ اللهُ: لِمَ ضَرَبْتَ فَوْقَ مَا أَمَرْتُکَ؟ فَیَقُولُ: یَا رَبِّ غَضِبْتُ لَکَ; فَیَقُولُ: أَکَانَ لِغَضَبِکَ أَنْ یَکُونَ أَشَدَّ مِنْ غَضَبِی؟ وَیُؤْتَى بِالَّذِی قَصَّرَ فَیَقُولُ: عَبْدِی لِمَ قَصَّرْتَ؟ فَیَقُولُ: رَحِمْتُهُ; فَیَقُولُ: أَکَانَ لِرَحْمَتِکَ أَنْ تَکُونَ أَشَدَّ مِنْ رَحْمَتِی؟
“Qiyamət günü cinayətkar şəxsə şəriətdə təyin olunan cəzadan artıq cəza vermiş bir nəfəri (məhşərə) gətirərlər. Allah ona buyurar: “Nə üçün mənim təyin etdiyim cəzadan artıq vurmusan?!” O, cavab verər: “Pərvərdigara! Sənə xatir qəzəblənmişdim.!” Allah buyurar: “Sənin qəzəbin mənim qəzəbimdən irəlidirmi?!” Sonra Allahın təyin etdiyi cəza həddindən az cəza vermiş olan digər bir şəxsi gətirərlər. Allah ona buyurar: “Nə üçün müəyyən olunmuş cəzadan az cəza verdin?!” Cavab verər: “Ürəyim onun halına yandı!” Allah ona buyurar: “Sənin rəhmin mənim rəhmimdən artıqdırmı?!”
Hədis hafizlərindən bu və buna bənzər rəvayətlər çox nəql olunmuşdur. (3) (4)
1-“Əs-sunənul-kubra”, 8-ci cild, səh. 317; “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 3-cü cild, səh. 133 (12-ci cild, səh. 136), xütbə 223).
2-“Əl-bəyanu vət-təbyin”, 2-ci cild, səh. 20 (2-ci cild, səh. 19)
3-“Kənzul-ummal”, 3-cü cild, səh. 196 (5-cİ cild, səh. 854, hədis: 14551-14556).
4-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 535.
Şərh qeydə alınmayıb