Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttab qeyri-ərəblərin irsi ilə əlaqədar nə fikirdə idi?
Cavab: Maliklərin imamı Malik siqə və etibarlı bir şəxsdən nəql edir ki, o, Səid ibn Müsəyyibin belə dediyini eşitmişdir: “Ömər ibn Xəttab qeyri-ərəbləri irsdən məhrum edirdi. Onlara yalnız bu şərtlə irs payı düşürdü ki, ərəblərin arasında dünyaya gəlmiş olsunlar.”
Malik deyir: “Əgər hamilə bir qadın düşmən ölkəsindən ərəb ölkəsinə gəlsə və orada uşaq dünyaya gətirsə, uşaq onun övladıdır. Əgər anası ölsə, övladı ondan irs aparır. Əgər övladı ölsə, anası ondan irs aparır. Onun irsi Allahın kitabında müəyyən olunmuşdur.” (1)
Diqqət: İslam dininin zəruri məsələlərindən biri də budur ki, irs qanunu bütün müsəlmanlar arasında qüvvədədir: istər ərəb olsun, istərsə də əcəm, hər yerdə dünyaya gəlirsə-gəlsin və hər yerdə yaşayırsa-yaşasın. Quranın və sünnətin aşkar bəyanı da həmin mətləbə dəlalət edir. Quranın ümumi hökmlərində istisna halı yoxdur. Ərəb olmaq, yaxud ərəblərin arasında dünyaya gəlmək bu qanunun şərtlərindən biri deyil. Həmçinin nə irsin şərtlərindən biri ərəblərin arasında dünyaya gəlməkdir, nə də islamın şərtlərindən biri ərəb olmaq. Məgər Allah-taalanın buyurduğu belə deyildirmi:
إِنَّمَا ا لْمُؤْمِنُونَ إِخْوَة.
إِنَّ أَکْرَمَکُمْ عِندَ اللَّهِ أَتْقَاکُم
وَلَوْ جَعَلْنَاهُقُرْءَانًا أَعْجَمِیًّا لَقَالُواْ لَوْلاَ فُصِّلَتْ آیَاتُهُ ءَاْعْجَمِىٌّوَعَرَبِىٌّ
“Həqiqətən möminlər qardaşdırlar”, “Həqiqətən sizin Allah yanında ən əziziniz ən (çox) təqvalı olanınızdır” (3) “Əgər onu əcəm dilində olan bir Quran qərar versəydik, mütləq deyəcəkdilər: nə üçün onun ayələri aşkar deyildir?! (Əcəm dilində olan Quran Ərəb dilində danışan bir Peyğəmbərdən?!” “Müsəlmanlar bir-biri ilə əlaqədar darağın dişləri kimidir və təqvadan başqa heç nə ilə üstünlük qazana bilməzlər?!)
Həmçinin, Peyğəmbər (səlləllahu əleyhi və alih) əzəmətli qeyd olunan həcc mərasimində (vida həccində) izdihamlı bir cəmiyyətin qarşında buyurmuşdur:
أَیُّهَا النَّاسُ إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ ، وَلاَ یَحِلُّ لِامْرِىٍ مَالُ أَخِیهِ إِلاَّ عَنْ طِیبِ نَفْسٍ مِنْهُ... أَیُّهَا النَّاسُ إِنَّ رَبَّکُمْ وَاحِدٌ ، وَإِنَّ أَبَاکُمْ وَاحِدٌ ، کُلُّکُمْ لِآدَمَ ، وَآدَمُ مِنْ تُرَابٍ ، أَکْرَمُکُمْ عِنْدَ اللهِ أَتْقَاکُمْ ، وَلَیْسَ لِعَرَبِیٍّ عَلَى عَجَمِیٍّ فَضْلٌ إِلاَّ بِالتَّقْوَى...
“Ey insanlar! Möminlər bir-biri ilə qardaşdırlar. Batini (qəlbən) razılıq olmadan bir möminin malı digərinə halal olmaz... Ey camaat! Sizin Pərvərdigarınız birdir, atanız birdir, hamınız Adəmdən doğulub-törəmişsiniz, Adəm də torpaqdan (yaranıb). Allah yanında ən əziz olanınız o kəsdir ki, hamıdan çox təqvalı olsun. Heç bir ərəbin qeyri-ərəbə üstünlüyü yoxdur. Üstünlük yalnız İlahi təqva ilə mümkündür.” (5)
Əhməd ibn Hənbəlin nəql etdiyi hədisdə isə belə qeyd olunur: (6)
أَلاَ لَا فَضْلَ لِعَرَبِیٍّ عَلَى عَجَمِیٍّ ، وَلاَ لِعَجَمِیٍّ عَلَى عَرَبِیٍّ ، وَلاَ أَسْوَدَ عَلَى أَحْمَرَ ، وَلاَ أَحْمَرَ عَلَى أَسْوَدَ إِلاَّ بِالتَّقْوَى
“Agah olun! Heç bir ərəbin əcəmə, əcəmin ərəbə; heç bir zəncinin qırmızı dəriliyə, qırmızı dərilinin zənciyə üstünlüyü yoxdur! Üstünlük yalnız təqva ilədir.”
Heysəmi yazır: (7) “Bu hədisin sənədi səhihdir.”
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in təlimləri və müxtəlif təbəqələrdən olan fəzilətli, təqvalı insanlara qiymət verməsi hamının gözləri önündədir. O cümlədən, “Salman biz Əhli-beytdəndir.” (8), “Əgər elm Sürəyya ulduzunda olsaydı, fars övladlarından bir qrupu mütləq ona əl tapardılar” (9) və bu qəbildən olan çoxlu gözəl kəlamları qeyd etmək olar.
Buna əsasən, hər bir müsəlmana vacibdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu bu kəlamları heç vaxt unutmasın:
لَیْسَ مِنَّا مَنْ دَعَا إِلَى عَصَبِیَّةٍ ، وَلَیْسَ مِنَّا مَنْ قَاتَلَ عَلَى عَصَبِیَّةٍ ، وَلَیْسَ مِنَّا مَنْ مَاتَ عَلَى عَصَبِیَّةٍ
“Camaatı qohum-qəbilə təəssüblərinə çağıran bir kimsə bizdən deyildir. Təəssüb üzündən mübarizə edib döyüşən kimsə bizdən deyildir. Təəssüb üzündən ölən bir kimsə bizdən deyildir.” (10)
Çünki buyurur:
مَنْ قَاتَلَ تَحْتَ رَایَةٍ عَمِیَّةٍ یَغْضِبُ لِلْعَصَبِیَّةِ أَوْ یَدْعُو إِلَى عَصَبِیَّةٍ أَوْ یَنْصُرُ عَصَبِیَّةً فَقُتِلَ فَقَتْلُهُ جَاهِلِیَّةٌ
“Hər kəs kor-koranə hər hansı bir bayraq altında cihad etsə, belə ki, onun qəzəbi, dəvəti və köməyi təəssüb üzündən olsa və bu yolda qətlə yetirilsə, cahiliyyət halında dünyadan getmişdir.” (11) (12)
1-“Əl-muvəttə”, Malik, 2: 12 (2-ci cild, səh. 520), hədis: 14, “fəraiz” kitabı
2-“Hucurat” surəsi,: 10.
3-“Hucurat” surəsi, 13.
4-“Fussilət” surəsi, 44.
5-"Əl-bəyanu vəttəbyin", 2-ci cild, səh. 25 (2-ci cild, səh. 23); “Əqdul-fərid”, 2-ci cild, səh. 85 (3-cü cild, səh. 238), “Tarixi Yəqubi”, 2-ci cild, səh. 91 (2-ci cild, səh. 111).
6-“Musnəd”, Əhməd ibn Hənbəl, 6-cı cild, səh. 570, hədis: 22978
7-“Məcməuz-zəvaid”, 3-cü cild, səh. 266
8-“Əl-Mustədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3-cü cild, səh. 598 (3-cü cild, səh. 691), hədis: 6539
9-“Musnəd”, Əhməd ibn Hənbəl, 2-ci cild, səh. 420, 422, 3-cü cild, səh. 149, hədis: 9153; və 153, hədis: 9177 “Əl-isabə”, 3-cü cild, səh. 459 (nömrə: 8211).
10-“Sunəni Əbu Davud”, 2-ci cild, səh. 332 (4-cü cild, səh. 332) hədis: 5121
11-“Sunəni Beyhəqi”, 8-ci cild, səh. 156.
12-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 540.
Şərh qeydə alınmayıb