Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttabın Cabiyyədə xalqa söylədiyi sözlər hansı həqiqətləri üzə çıxarır?
Cavab: Əli ibn Ribah Ləxmidən nəql olunur ki, Ömər Cabiyədə xalq qarşısında söylədiyi xütbədə dedi:
مَنْ أَرَادَ أَنْ یَسْأَلَ عَنِ الْقُرْآنِ فَلْیَأْتِ اُبَیَّ بْنَ کَعْبٍ، وَمَنْ أَرَادَ أَنْ یَسْأَلَ عَنِ الْحَلَالِ وَالْحَرَامِ فَلْیَأْتِِ مَعَاذَ بْنَ جَبَلٍ، وَمَنْ أَرَادَ أَنْ یَسْأَلَ عَنِ الْفَرَائِضِ فَلْیَأْتِ زَیْدَ بْنَ ثَابِتٍ، وَمَنْ أَرَادَ أَنْ یَسْأَلَ عَنِ الْمَالِ فَلْیَأْتِنیِ فَإِنِّی لَهُ خَازِنٌ. وَفِی لَفْظٍ: فَإِنَّ اللهَ تَعَالَى جَعَلَنِی خَازِناً وَقَاسِماً
“Hər kəsin Quran dair sualı vardısa, Übey inbi Kəbə; hər kəsin halal-haram barəsində sualı varsa, Məaz ibn Cəbələ, hər kəsin (irsin) vaciblərlə bağlı sualı varsa, Zeyd ibn Sabitə; hər kəsin əmlak barəsində sualı varsa, mənə müraciət etsin. Çünki mən əmlak xəzinədarıyam.” Başqa ibarədə onun dilindən belə nəql olunur: “Çünki Allah-tala məni əmlakın keşikçisi və böləni qərar vermişdir.” (1)
Sabit və səhih sənədlərlə Ömərdən nəql olunan bu xütbənin ravilərinin hamısı siqədir. Bu rəvayətə əsasən Ömər etiraf edir ki, dediyi üç elmdə yalnız özünün qeyd etdiyi üç nəfər xəlifənin müraciət etdiyi şəxslərdir və xəlifənin özü də əmlakın qorunub-saxlanması və bölüşdürülməsindən əlavə vəzifə daşımır. (2)
1 – “Əmval” kitabı, Əbu Übeydə (224-cü ildə vəfat edib), səh 285, hədis 548; onun ravilərinin siqə olmasını göstərən sənədlərlə: “Əl-Mustədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3-cü cild, səh. 271 və 272 (3-cü cild, səh. 305), hədis: 5187; və 306, hədis: 5191
2-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 542.
Şərh qeydə alınmayıb