Qısa cavab:
Ətraflı cavab:
Cavab: Allah-taala "Zuxruf" surəsinin 67-ci ayəsində buyurub:
لْأَخِلاّءُ یَوْمَئِذ بَعْضُهُمْ لِبَعْض عَدُوٌّ إِلاَّ الْمُتَّقِینَ
"O gün pərhizkarlardan başqa bütün dostlar bir-birinə düşmən kəsiləcək ".
O ayəyə azacıq diqqət yetirməklə, günah və yaxud dünya cah-calalı üzərində qurulan dostluqların nəticəsi aydın olur.
O gün, belə bir dostluqun düşmənliyə çevrilməsi təbiidir. Çünki onlar, üzləşdikləri bədbəxtlik və çarəsizliyə görə bir-birini qınayacaq: "Bu yolu mənə göstərən, məni bu yola dəvət edən sən idin! Dünyanı gözümdə bəzədin və məni ona sarı şövq etdin! Bəli! Sən qəflət qürura yuvarlatdın. Məni taleyimin sonundan xəbərsiz etdin!" Onlardan hər biri digərinə belə sözlər deyəcək.
Yalnız pərhizkar və özlərini günahdan saxlayan şəxslərin dostluq münasibətləri əbədidir. Beləsinin dostluğu əbədi dəyərlər üzərində qurulub. Onun bəhrəsi qiyamət günü üzə çıxacaq və o, daha da möhkəmlənəcək.
Təbiidir ki, dostlar həyatda bir-birlərinin köməyidir. Dostluq şər və günah üzəridə qurulubsa o dostların hər biri, digərinin cinayətində şərikdir. Xeyir üzərində qurulduğu təqdirdə savabda şərik olacaqlar.
Ona görə də o gün, birinci qisim dostluğun düşmənliyə çevrilməsi, ikinci qisim dostluğun isə daha da möhkəmlənməsi heç də təəccüblü deyil.
İmam Sadiq (əleyhis-salam) buyurur:
أَلا کُلُّ خِلَّة کانَتْ فِى الدُّنْیا فِی غَیْرِ اللّهِ عَزَّوَجَلَّ فَاِنَّها تَصِیْرُ عَداوَةً یَوْمَ الْقِیامَةِ
"Bilin, dünyada Allah üçün olmayan hər bir dostluq, qiyamətdə düşmənliyə çevriləcək." (1)

Şərh qeydə alınmayıb