Qısa cavab:
Ətraflı cavab:
Dünyanın müxtəlif yerlərində qədim zamanlardan qalmış tarixi abidələr tarixin canlı sənədidir. Yazılı tarixlə müqayisədə biz onlardan daha çox faydalanırıq. Qədim dövrlərdən qalmış tarixi abidələr keçmiş millətlərin necəliyini, düşüncəsini, tərzi-təfəkkürünü, böyüklüyünü-kiçikliyini bizə əks etdirir. Halbuki, tarixdə hadisələrin cansız şəkillərindən başqa bir şeyi təcəssüm olunmur.
Bəli, zülmkarların viran olmuş malikanələrinə, Misirin əzəmətli ehramlarına, Babilin alınmaz qalalarına, Kəsranın saraylarına, Səba xalqının mədəni irsi və yüzlərlə buna bənzər nümunələrə dünyanın hər yerində rast gəlmək olar. Onların hər biri tam sükuta qərq olmuşkən min dillə danışır, söhbət edir. Belə ki, şairlər bu sarayların xarabalıqları ilə üzləşəndə ruhlarında titrəyiş hiss edir və təəssüratlarını böyük coşqu ilə şeirə çəkirlər. Xaqani və digər məşhur şairlər Kəsranın və digərlərinin xarabalığa çevrilmiş saraylarının qalıqlarından o səsləri duymuş və ədəbi əsərlərində onlara yer vermişlər.
Bu canlı tarixlərin bir sətrini oxumaq qalın tarixi bir kitabı mütaliə etmək kimidir. Bu mütaliənin insanın ruhunda buraxdığı təsiri heç bir şeylə əvəz etmək olmaz. Keçmişin insanların əsərləri ilə üzləşəndə sanki xarabalıqların hamısı canlanır, torpaq altında qalan çürümüş sümüklər dirilir, öz keçmiş həyatlarını yenidən başlayırlar.
Bir dəfə də baxırıq və onların hamısını sönmüş və unudulmuş görürük. Bu iki halı müqayisə edərkən hökmdarların nə qədər qısa düşüncəli olduqlarının şahidi oluruq. Onlar öz keçəri ləzzətləri əldə etmək üçün min-min cinayətlərə əl atmaqdan çəkinməmişlər.
Məhz ona görə Qurani-kərimdə buyurulur ki, müsəlmanlar yer üzündə səyahətə çıxsınlar, onun üstündə və dərinliklərində olan qədim abidələrə ibrət gözü ilə baxsınlar.
Bəli, islamda səyahətə böyük əhəmiyyət verilir. Vaxtını əyləncə ilə keçirən əhli-kef turistlər kimi səyahət etmək deyil, tarixi abidələri tədqiq etmək, keçmiş xalqların talelərini öyrənmək, dünyanın müxtəlif nöqtələrində Allahın əzəmətini müşahidə etmək üçün səyahətə çıxmaq lazmdır. Quran, onu "seyr fil-ərz" adlandırır. O sözə Quranın müxtəlif ayələrində rast gəlmək mümkündür:
قُلْ سیرُوا فِی الأَرْضِ فَانْظُرُوا کَیْفَ کانَ عاقِبَةُ الْمُجْرِمین
De: «gedin yer üzündə səyahət edin, sonra baxın görün günahkarların axırı necə oldu! » (1)
قُلْ سیرُوا فِی الأَرْضِ فَانْظُرُوا کَیْفَ بَدَأَ الْخَلْقَ
De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, Allah məxluqları necə yaradıb.»(2)
أَ فَلَمْ یَسیرُوا فِی الأَرْضِ فَتَکُونَ لَهُمْ قُلُوبٌ یَعْقِلُونَ بِها
“Məgər onlar yer üzündə səyahət etməyiblər ki, həqiqəti dərk edən qəlbləri olsun?!” (3) və s. (4)
Yuxarıdakı ayəyə əsasən, mənəvi səyahət və yer üzündə gəzib-dolanmaq (seyr fil-ərz) vasitəsi ilə insanın qəlbi "düşünür", gözlərini "görür" və qulaqları "eşidir." Məhz o səyahət, insanı dardüşüncəlilikdən xilas edir.
Təəssüf ki, müsəlmanlar, islamın bu canlı göstərişinə digər unudulmuş göstərişlər kimi əhəmiyyətsiz yanaşır. Hətta demək olar ki, islam alimlərindən bir qrupu sanki zaman və məkanı öz düşüncə atmosferdə saxlamış və fərqli bir aləmdə yaşayırlar. Onlar dünyanın ictimai hadisələrindən xəbərsizdir. Əsaslı işlərin yeirnə böyük dəyər daşımayan xırda işlərlə məşğuldurlar.
Hətta xristian papa və kardinalların əsrlərdən sonra rahibliyi və ətraf mühitlə əlaqələri kəsməyi kənara qoyub zəmanənin ehtiyaclarını duymaq üçün dünya səfərinə çıxırlar. Belə bir vaxtda Quranın açıq-aydın şəkildə buyurduğu göstərişə, müsəlmanlar nə üçün əməl etməsinlər? Məhdud düşüncə mühitdən kənara çıxmasınlar? İslam aləmində dirçəliş və dəyişikliklər yaratmasınlar? (5)

Şərh qeydə alınmayıb