Qısa cavab:
Ətraflı cavab:
"Nur" surəsinin 27-29-cu ayələri, sualın cavabını təşkil edir. Ayələrdə bilavasitə ictimai, əxlaqi və etik normalarının qorunmasına aid məsələlərlə toxunulub. Başqasının evinə hansı şəkildə daxil olmaq haqqında söz açan bu ayələrdə, islami davranış qaydaları və ictimai qanunlarının bir hissəsi bəyan olunub:
یا أَیُّهَا الَّذِینَ آمَنُوا لا تَدْخُلُوا بُیُوتاً غَیْرَ بُیُوتِکُمْ حَتّى تَسْتَأْنِسُوا وَ تُسَلِّمُوا عَلى أَهْلِها
«Ey iman gətirənlər! Başqasının evinə icazə almayınca və həmin evin əhlinə salam verməyincə daxil olmayın (bu yolla daxil olmaq istədiyinizi əvvəlcədən onlara bildirin və razılıqlarını alın). Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət alasınız. »
Maraqlısı odru ki, burada "təstəzinu" (تستأذنوا) deyil, təstənisu (تستأنسوا) sözü ifadə olunub. Birinci söz yalnız icazə almaq mənasını daşıyır. İkincisi isə "ünsiyyət" sözündən götürülüb, məhəbbət, lütfkarlıq, sədaqət və yoldaşlıqla birgə olan “icazə” mənası ifadə edir. Bu da onu göstərir ki, hətta sözü gedən “icazə” tam nəzakətlə, dostcasına və hər bir zorakılıqdan uzaq şəkildə olmalıdır. Ona görə o ayənin məna çalarını açsaq, sözü gedən mövzuya aid bir çox nəzakət qaydalarının onda xülasələndiyini müşahidə etmiş olarıq. Onun mənası isə aşağıdakılardan ibarətdir: Qışqırıb bağırmayın, qapını möhkəm döyməyin, quru və qaba sözlərlə icazə almayın. İcazə verildiyi təqdirdə “salam” söyləməmiş içəri daxil olmayın! Çünki “salam” sülh- səfalılıq nişanəsi, məhəbbət - dostluq mesajıdır.
Diqqət olunası məsələ budur ki, insani xüsusiyyətləri və şəfqət anlamını çatıdıran (“Bu sizin üçün xeyirlidir” və “Bəlkə, düşünəsiniz”) bu iki ayə, o hökmlərin kökü, insan mənəviyyatının, onun əql və şüurunda dərinliyindən qaynaqlarnır. Əgər insan bu barədə azacıq düşünsə anlayacaq ki, onun üçün xeyirli və məsləhətli olan odur.
Sonrakı ayədə bu göstəriş başqa bir cümlə ilə tamamlanır:
فَإِنْ لَمْ تَجِدُوا فِیها أَحَداً فَلا تَدْخُلُوها حَتّى یُؤْذَنَ لَکُمْ
«Heç kəs olmasa, sizə icazə verilənədək evə daxil olmayın.»
Bəlkə də bu sözün mənası, bəzən evdə adam olsa da icazə verə biləcək ixtiyar sahibi və ya ev sahibinin orada olmamasını göstərir. O təqdirdə sizin evə daxil olmağa haqqınız yoxdur. Yaxud da, ümumiyyətlə evdə bir kəs yoxdur - ev sahibi qonşuda və ya yaxındadır. O, qapının döyülməsini və ya sizin səsinizi eşidə və gəlib daxil olmaq üçün sizə icazə verə bilər. Məhz o təqdirdə evə daxil ola bilərsiniz.
Bütün hallarda söhbət icazəsiz daxil olmamaqdan gedir.
Sonra əlavə olunur:
وَ إِنْ قِیلَ لَکُمُ ارْجِعُوا فَارْجِعُوا هُوَ أَزْکى لَکُمْ
«Sizə "qayıdın" deyilsə, (sözü qəbul edib) qayıdın. Bu, sizin üçün daha yaxşı və daha pakizədir.»
Ayənin mənası ondan ibarətdir ki, rədd cavabının verilməsi, narahatlığa səbəb olmamalıdır. Çünki ev sahibi, sizin onu görməyinizi istəmədiyi halda ola bilər. Yaxud da qonaq qəbul etmək evin qeyri-münasib və ya özünün hazır olmaması da səbəb ola bilər.
Bəzən mənfi cavab eşidən bəzi şəxslərə, maraq və o evin sirindən xəbərdar olmaq hissi qalib gəlir. Bu hiss onları qapının dəliyindən baxmaq və ya qulaq asmağa sövq edir.. Ayənin sonunda buyurur:
وَ اللّهُ بِما تَعْمَلُونَ عَلِیمٌ
«Allah gördüyünüz işlərdən agahdır.»
Hər bir hökm istisnasız deyil. Bu istisnalar, zəruri məsələ və problemlərin məntiqi şəkildə aradan qaldırılması üçün çıxış yoludur. Sözü gedən sonuncu ayədə deyilir:
لَیْسَ عَلَیْکُمْ جُناحٌ أَنْ تَدْخُلُوا بُیُوتاً غَیْرَ مَسْکُونَة فِیها مَتاعٌ لَکُمْ
« Bir kəsin sakin olomadığı və mənafeyiniz olduğu evlərə daxil olmaq sizin üçün günah deyil.»
Sonda əlavə edilir:
وَ اللّهُ یَعْلَمُ ما تُبْدُونَ وَ ما تَکْتُمُونَ
«Allah aşkar etdiyinizi və gizlətdiyinizi bilir.»
Ayənin sonundan məlum olur ki, bəzi şəxslər bu istisnadan sui-istifadə edir və bu hökmü bəhanəsi ilə oranın sirlərini öyrənmək üçün - yaxud da “burada sakin olduğunu bilmirdik” bəhanəsi ilə yaşayışın olduğu evə daxil olurlar. Allah-taala bütün bu işlərdən agahdır və sui-istifadə edənləri yaxşı tanıyır. (1)

Şərh qeydə alınmayıb