Qısa cavab:
Ətraflı cavab:
Yer üzünə səyahətə çıxmaq (yer üzünü seyr etmək) Qurani-kərimdə altı dəfə; "Ali İmran", "Ənam", "Nəxl" "Nəml" "Ənkəbut" və "Rum" surələrində qeyd olunub. Onlardan biri yaranış sirlərini öyrənməyi (Ənkəbut surəsi, ayə: 20) və digər 5 ayə isə zülmkar, sitəmkar, günahkar tayfaların acı talelərindən ibrət götürməyi tövsiyə edir.
Qurani-kərim, gözlə görmək, hiss etmək, toxununmaqla təlim oluna bilən tərbiyəvi məslələrə xüsusi əhəmiyyət verir və müsəlmanlara bu haqda belə göstəriş verir:
“Öz məhdud həyat mühitlərindən kənara qədəm qoysunlar, bu geniş dünyada səfərə və səyahətə çıxsınlar, digər xalqların əməl və davranışları, onların aqibəti barədə düşünsünlər və bu yolla qiymətli məlumat və ibrətlər əldə etsinlər.”
Müasir dünyamızda şeytani güclər istismar hüdudlarını genişləndirmək üçün dünyada bütün ölkələri, torpaqları müxtəlif xalqları başdan-başa tədqiq edir, onların mədəniyyətini, güclü və zəif nöqtələrini, maddi ixtiralarını gözəl şəkildə qiymətləndirirlər.
Qurani-kərim buyurur: Zülmkarların səyahət etməsi əvəzində, siz yer üzünə səyahətə çıxın, onların “şeytani qərarları” əvəzində, “rəhmani dərslər” öyrənin.
Başqalarının həyatından ibrət götürmək şəxsi təcrübələrdən daha əhəmiyyətli və daha qiymətlidir. Çünki insan şəxsi təcrübələri əldə etmək üçün zərərlərə qatlaşmalıdır. Lakin o, başqalarının həyat təcrübələrindən ibrət almaqla zərərə qatlaşmadan qiymətli bilgilər əldə edə bilər.
Qurani-kərimin "seyr fil-ərz" zəminində olan göstərişləri, bəşərin bu gün araşdırma və tədqiqatı üçün əldə etdiyi ən kamil metodlarla uyğundur. Bunları, kitab üzərindən oxuyub öyrəndikdən sonra, şagirdlərin əlini tutub yer üzünə səyahətə - oxuduqlarının canlı nişanlərinə baxmağa aparırlar.
Əlbəttə bu gün haram sərvət əldə etmək üçün şeytani sivilizasiyalar tərəfindən "seyr fil-ərzin" digər növü olan "turizm" geniş yayılmışdır. Bu kimi səyahətlər, adətən qeyri-sağlam mədəniyyətlərin yayılması, əyyaşlıq, şəhvətpərəstlik, hərc-mərclik, qeyri-sağlam əyləncələr azğın hədəf daşıyır. Bu, təxribatçı turizmdir.
İslam, sağlam mədəniyyətin və təcrübələrin yayılmasına, insaniyyət və təbiətin yaranış sirlərindən məlumatlanmağa, azğın və sitəmkar xalqların acı talelərindən ibrət dərsi götürməyə xidmət edən turizmi dəstəkləyir.
Bu nöqtəni qeyd etmək yaxşı olar ki, İslamda turizmin digər növü sayılan "səyyahlıq", məqbul sayılmır. Necə ki, hədisdə oxuyuruq:
لا سِیاحَةَ فِى الاِسْلامِ
İslamda səyyahlıq yoxdur.
Süzü gedən"səyyahlıq"-da məqsəd bütün ömürlərini və ya ömürlərinin bir hissəsini heç bir fəaliyyətsiz ictimai həyatdan ayrılaraq yer üzündə gəzib-dolanmağa sərf edən insanların həyatı nəzərdə tutulur. Onlar rahiblər kimi yaşayır və ictimai yükə çevrilirlər.
Başqa sözlə onların işi məbədlərdə ictimaiyyətdən qaçan "oturaq rahibliyin" əksi olan "səyyar rahiblik" idi. İslam, rahiblik və ictimaiyyətdən təcrid olamağa qarşı olduğu üçün bu növ səyyahlığı da tənqid edir. (1)

Şərh qeydə alınmayıb