Qısa cavab:
Ətraflı cavab:
Tarix əsasən ki, insanlar həmişə geyimdən istifadə edib. Zaman keçdikcə müxtəlif məkanların şəraitinə uyğyn olaraq geyim növləri də həddən artıq çeşidlidir.
Keçmişdə geyim daha çox isti- soyuqdan qorunmaq, habelə zinət və dəbdəbə vasitəsi idi. Onun təhlükəsizlik xarakteri o qədər də böyük əhəmiyyət kəsb etmirdi.
Müasir dövrümüzdə isə çox sahələrdə geyimin qoruyucu və təhlükəsizlik aspektindən də əhəmiyyət daşıdığı ön plandadır. Kosmonavtlar, yanğınsöndürənlər, mədən işçiləri, dalğıclar və digər peşə sahibləri özlərini müxtəlif təhlükələrdən qorumaq üçün xüsusi geyimlər geyməli olurlar. Geyim istehsal edən vasitələr günümüzdə olduqca rəngarəngdir. O, keçmişlə müqayisəolunmaz dərəcədə inkişaf edib.
8-ci cildli "Əl-Mənar" təfsirinin müəllifi, "Əraf" surəsinin, 26-cı ayəsinin təfsiri əsnasında belə yazır:
"Almaniyanın ölkə rəhbərlərindən biri bir gün parça istehsal edən fabriklərindən birini görməyə getmişdi. Fabrikə daxil olan zaman yunları qırxılan qoyunları ona göstərirlər. Fabriki nəzərdən keçirəndən sonra oradan çıxmaq istədikdə ona hədiyyə olaraq parça hədiyyə etdilər və bu parçanın fabrikə girən zaman gözünüzün qarşısında qoyunlardan qırxılan yundan olduğunu dedilər. Yəni, qoyunların yununu qırxılmış yun 1-2 saat içində ölkə rəhbəri üçün geyimə çevrildi.
Təəssüf ki, əsrimizdə geyimin, qeyri-zəruri hətta arzuolunmaz və çirkin yönlərinə o qədər əhəmiyyət verilir ki, onun fəlsəfəsini öz təsiri altına salıb.
Geyim dəbdəbə, əxlaqsızlığı yaymaq, ehtiras yaratmaq, özünü göstərmək, təkəbbür, lovğalıq, israfçılıq və s. amilinə çevrilmişdir. Hətta bəzən bəzi insanların, xüsusilə də qərbi yamsılayan gənclərin əyinində elə geyimlər görürük ki, onun dəlilik yönü məntiqi yönündən daha güclüdür və o, geyimdən başqa hər şeyə bənzəyir.
Əslində belə qəribə geyim növlərini nümayiş etdirməyin amillərindən biri ruhi çatışmazlıqdır. İnsanların diqqətini çəkə biləcək bir əhəmiyyətli işlə sahib olmayan gənclər, belə ekzotik və qəribə geyimlərlə cəmiyyətdə varlıqlarını sübut etməyə çalışırlar. Lakin şəxsiyyətli və cəmiyyət içində gözükölgəli olmayan şəxslər belə geyimlərə nifrətlə yanaşırlar.
Bu gün müxtəlif çeşidli geyimlər, müxtəlif dəblər və bu sahədə olan rəqabətlər böyük məbləğdə sərvəti sıradan çıxarır ki, o da, son dərəcə ciddi rəqəmləri təşkil edir. Halbuki qənaət vasitəsi ilə ictimai problemlərin çoxu həll olar, aztəminatlı və yoxsul insanların yaralarına məlhəm qoyulardı.
Geyim dəbləri məsələsi iri həcmli sərvətləri məhv etməklə yanaşı insanın vaxtını və enerjisinin böyük hissəsi də puç edir.
İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və böyük rəhbərlərin tarixində nümunə götürmək olar ki, onlar dəbdəbəli və təmtəraqlı geyimlər geyməklə sərt müxalif idilər. Belə ki, hədislərin birində oxuyuruq:
Nəcran xristianlarından bir qrupu Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəldi. Onların əynində çox gözəl ipək parçalardan tikilmiş libaslar var idi. O zamana kimi ərəblər belə paltar görməmişdi. Onlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna çatıb salam verdilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) onların salamlarını almadı. Hətta onlarla bir kəlmə belə kəsməkdən imtina etdi.
Əli (əleyhis-salam) dedi: "Güman edirəm ki, onlar bu dəbdəbəli paltarları və bahalı üzükləri çıxarıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlməli idilər." Onlar belə də etdilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) onların salamını aldı və onlarla söhbət etdi, sonra buyurdu:
وَ الَّذِی بَعَثَنِی بِالْحَقِّ لَقَدْ أَتَوْنِی الْمَرَّةَ الأُولى وَ إِنَّ إِبْلِیسَ لَمَعَهُمْ
"And olsun məni göndərən haqq Allaha! Onlar birinci dəfə mənim yanıma gələndə şeytanın da onlarla birgə daxil olduğunu gördüm.” (1)

Şərh qeydə alınmayıb