Qısa cavab:
Ətraflı cavab:
Yalnız qulağa pıçıldamaq deyil, hər bir məxfi iclas və yığıncaq "Nəcva" adlanır. Bu söz əslində “yüksəklik” mənasını daşıyan "nəcvəh" sözündən götürülüb. Ona görə ki, “yüksəkliklər” ətrafdan fərqlənir və ondan ayrıdır.
Gizli iclaslar və qulağa pıçıldamalar ətrafdakılardan ayrı olduğuna görə ona "nəcva" deyilir. Bəzilərininn nəzərinə əsasən o sözün kökünü, “qurtuluş” mənasını daşıyan "nəcat" kəlməsi təşkil edir. Bu da belə izah olunur ki, yüksək bir yerdə sel təhlükəsi yoxdur. Gizli bir məclisdən və ya qulaq pıçıltılarından ətrafdakılar xəbər tuta bilmir.
Hər bir halda "Nisa" surəsinin 114-cu ayəsində oxuyuruq:
لا خَیْرَ فی کَثیر مِنْ نَجْواهُمْ
"Onların onlaın gizli toplantılarının coxunda xeyir yoxdur”.
Sonra hər növ “nəcva” - qulağa pıçıldama pis və qadağan olunmuş güman edilməsin deyə, ayənin təfsirində istisna formasında ümumi bir qanunun müqəddiməsi kimi bir neçə nümunə qeyd olunub:
إِلاّ مَنْ أَمَرَ بِصَدَقَة أَوْ مَعْرُوف أَوْ إِصْلاح بَیْنَ النّاسِ
“Ancaq bir sədəqə vermək, yaxşılıq etmək və ya insanların arasını düzəltmək istisna olmaqa”
وَ مَنْ یَفْعَلْ ذلِکَ ابْتِغاءَ مَرْضاتِ اللّهِ فَسَوْفَ نُؤْتیهِ أَجْراً عَظیماً
« Kim bunları Allahın razılığını qazanmak icin edərsə, ona böyük bir mukafat veriləcək.»
Əslində “nəcva” - pıçıldamaq və gizli məclis qurmaq Quranda şeytani bir əməl kimi təqdim olunub:
اِنَّمَا النَّجْوى مِنَ الشَّیْطان
«Nəcva şeytandandır.» (1)
Çünki bu iş adətən düz olmayan əməllər üçün görülür. Xeyirli, faydalı və müsbət işlər adətən qulağa pıçıldanacaq məxfi bir şey deyil.
Lakin Quranda bu barədə bir istisna dəfələrlə diqqət çəkir:
یا أَیُّهَا الَّذِیْنَ آمَنُوا اِذا تَناجَیْتُمْ فَلا تَتَناجَوا بِالإِثْمِ وَ الْعُدْوانِ وَ مَعْصِیَةِ الرَّسُولِ وَ تَناجَوا بِالْبِرِّ وَ التَّقْوى
«Ey iman gətirənlər! Bir-birinizlə pıçıldaşıb, gizli söhbət etdiyiniz zaman günah, düşmənlik və Rəsulumuza (səlləllahu əleyhi və alih) itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva üçün pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.»
("Mücadilə" surəsi, 9-cu ayə)
Pıçıltı, ictimai yerdə olsa, digərlərində bədbinlik yaradır. Bəzən dostların içində də bədbinliyə səbəb olur. Ona görə də yaxşı olar ki, zəruri hallardan başqa bu metoddan istifadə olunmasın. Quranda da sözü gedən hökmün fəlsəfəsi məhz belədir.
Əlbəttə, bəzən bir insan şərəf və heysiyyətini qorumaq üçün, pıçıltı və gizli söhbətlərdən istifadə etmək zərurəti yaranır. Məsələn, yuxarıdakı ayədə “sədəqə” adlanmış maddi yardımı qeyd etmək olar.
Bəzən, “yaxşı işlərə dəvət”, aşkar şəkildə həyata keçirilsə, qarşı tərəf insanlar içində utanar, bəlkə də elə buna görə onu qəbul etməz və ya mübahisə edər. Yuxarıdakı ayədə o "məruf" kəlməsi kimi adlanıb.
İnsanları barışdırarkən də bəzən bir çox məsələləri üzə çıxarmaq barışıq üçün maneəyə çevrilir. Barışıq əldə etmək üçün zidd tərəflərinin hər biri ilə ayrı-ayrılıqda məxfi şəkildə söhbət olunmalıdır.
Bu üç nümunə və buna bənzər xeyirxah işlərin “nəcva” sayəsi altında həyata keçirilməsi bir zərurətdir. Diqqət etmək lazımdır ki, sözü gedən üç nümunənin hər biri "sədəqə" adlanıb. Çünki, yaxşılıqlara çağıran şəxs, elminin zəkatını ödəyir. İki nəfəri barışdıran şəxs də camaat arasında olan nüfuz və heysiyyətinin zəkatını verir. Həzrət Əlidən (əleyhis-salam) belə nəql olunmuşdur:
اِنَّ اللّهَ فَرَضَ عَلَیْکُمْ زَکاةَ جاهِکُمْ کَما فَرَضَ عَلَیْکُمْ زَکاةَ ما مَلَکَتْ أَیْدِیْکُمْ
«Allah-taala sizə malınızın zəkatını ödəməyi vacib etdiyi kimi öz ictimai nüfuz və heysiyyətinizin zəkatını ödəməyi də vacib etmişdir.»
Nəql olunub ki, Peyğəmbərd (s), Əbu Əyyuba buyurdu:
أَلا أَدُلُّکَ عَلى صَدَقَة یُحِبُّهَا اللّهُ وَ رَسُولُهُ تُصْلِحُ بَیْنَ النّاسِ اِذا تَفاسَدُوا وَ تَقْرُبُ بَیْنَهُمْ اِذا تَباعَدُوا
“İstəmirsənmi, sənə elə bir sədəqə öyrədim ki, onu Allah və Onun Rəsulu sevir?! İnsanlar düşmən olan zaman onları barışdır, bir-birindən uzaqlaşan zaman onları bir-birinə yaxınlaşdır.” (2)

Şərh qeydə alınmayıb