Qısa cavab:
Ətraflı cavab:
Hədisdə (1) və fəqihlərin "Tovzihul-məsail" risalələrində qeyd olunduğu kimi yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin üç mərhələsi var:
1) Qəlb mərhələsi: Yəni, insan ürəyində “mərufu” sevir və “münkərə” nifrət edir. Mərufa rast gələn zaman şadlanır və münkərlə üzləşəndə kədərlənir. Qısası odur ki, bu iki ünsürlə qarşı-qarşıya gələndə daxili hissləri eyni olmur. Bu daxili hal praktiki mərhələ üçün stimula çevrilir.
2) Dil mərhələsi: Mərufu daxilən sevmək və münkərə daxilən nifrət bəsləməklə yanaşı onu dilə də gətirir, münkərlərlə və mərufların tərk olunduğu hal ilə üzləşəndə dillə nəzakətli şəkildə xəbərdarlıq edir. Əgər zorakılıq və ədəbsizliyə yol vermədən, digərinin hisslərinə toxunmadan ona yanaşsa, mütləq təsir göstərəcək.
3) Əməli və fiziki yanaşma: Əmr bil-mərufun və nəhy ənil-münkərin üçüncü mərhələsi hökumətə aid olan fiziki və əməli yanaşmadır. Əgər fərd və ya qrup cəmiyyət içində aşkar formada münkər əməllərə qurşansa, mərufları tapdalayıb digərlərinin etirazlarına əhəmiyyət verməsə, İslam hökuməti onları saxlayıb məsuliyyətə cəlb etməlidir. Onların azadlığı İslam quruluşuna zərbə vurarsa, onları həbsdə saxlamaq lazımdır. Təkrar edirik ki, bu mərhələ adi fərdlərin işi deyil, hökumətin işidir. (2)

Şərh qeydə alınmayıb