Qısa cavab:
Ətraflı cavab:
Quran ayələri göstərir ki, gizli sirlər, eləcə də keçmiş və gələcəyin sirləri Allaha məxsusdur. O, bu sifəti ilə yeganədir. Heç bir şəxs Onun bənzəri ola bilməz. Əgər qeyb elminin bir hissəsinin peyğəmbərlərə aid edildiyi, həmçinin peyğəmbərin (səlləllahu əleyhi və alih), Əlinin (əleyhis-salam) və məsum imamların (əleyhimus-salam) gələcək hadisələrdən və gizli sirlərdən xəbər verdikləri barədə müxtəlif ayə və hədislərə rast gəliriksə, bu da Allahın təlimi vasitəsilədir.
O, məsləhət gördüyü zaman qeyb sirlərindən bir qədərini Özünün xas bəndələrinə öyrədir. Bu isə “zati” və hədsiz deyil, İlahi təlimlə və Onun istədiyi miqdarla məhdudlaşır.
Bu izahla, şiələrin qeyb elminə (peyğəmbərin və imamların qeyb elmini bildiklərinə) bəslədikləri etiqadı tənqid atəşinə tutan bütün şəxslərin cavabı məlum olur. Allah qeyb sirlərini lazım olan hallarda peyğəmbərlərə və imamlara öyrədir. Allah onu təkcə peyğəmbər və imam deyil, bəzən digərlərinə də təlim edir. Necə ki, Quranda Musanın anasının başına gələnlər belə təsvir olunur:
وَ لاتَخافی وَ لاتَحْزَنی إِنّا رَادُّوهُ إِلَیْکِ وَ جاعِلُوهُ مِنَ الْمُرْسَلین
«Allah-taala ona dedi: "Qorxma və kədərlənmə! Şübhəsiz ki, Biz onu sənə qaytaracağıq və onu peyğəmbərlərdən edəcəyik.» (1)
Bəzən quşlar və başqa canlılar, onların həyatı üçün zəruri olan gizli sirləri bilirlər. Hətta, bizim çətinliklə təsəvvür etdiyimiz - nisbətən uzaq gələcəkdə baş verəcək hadisədən xəbərdar olurlar. Beləliklə, bizim üçün "qeyb" sayılan bəzi məsələlər onlar üçün "qeyb" deyil. (2)

Şərh qeydə alınmayıb