Qısa cavab:
Ətraflı cavab:
Təfsir alimləri bu ayə və hədislər arasında ortaq məxrəcə gəlmək üçün müxtəlif qənaətlərə gəliblər.
1) O üsullardan ən məşhuru budur: “Qeyb elmi Allaha məxsusdur” sözündə, zati (Onun zatından ayrılmayan) və müstəqil bir elm nəzərdə tutulur. Bu dəlilə əsasən Allahdan başqa heç bir kəsin müstəqil şəkildə qeybdən məlumatı yoxdur. Bunu bilən varsa da, o, yalnız Allahın ona verdiyidir. Bu Allahın lütfü sayılır və təbiidir.
Bunun üçün aşağıdakı ayə dəlil sayıla bilər:
«O, heç bir kəsi öz qeyb elmindən agah etməz, yalnız onun razı olduğu rəsullardan başqa.»
“Nəhcul-bəlağə” kitabında da o mənaya işarə olunub. Əli (əleyhis-salam) gələcək hadisələrdən xəbər verərkən (İslam məmləkətinə monqol-tatarların hücumundan söz açarkən) onun yavərlərindən biri dedi: "Ey Əmirəl-möminin, siz qeyb elmini bilirmisiniz?" Həzrət gülümsünüb dedi:
لَیْسَ هُوَ بِعِلْمِ غَیْب وَ إِنَّمَا هُوَ تَعَلُّمٌ مِنْ ذِی عِلْم!
"Bu, qeyb elmi deyil, bu bir elmdir ki, elm sahibindən (peyğəmbər) öyrənmişəm."
Bu metodu bir çox alim və tədqiqatçılar qəbul edib.
2) Qeyb sirləri iki qisimdir: a) Allaha məxsus və Ondan başqasının bilmədiyi qeyb elmi.
Məsələn, qiyamət gününün nə vaxt baş verəcəyi və bu kimi hadisələr.
b) Peyğəmbərlərə və övliyalara öyrətdiyi qeyb elmi.
Belə ki, İmam (ə), "Nəhcul-bəlağə"-də sözü gedən xütbədə buyurub:
وَ إِنَّمَا عِلْمُ الْغَیْبِ عِلْمُ السَّاعَةِ، وَ مَا عَدَّدَهُ اللَّهُ سُبْحَانَهُ بِقَوْلِهِ: إِنَّ اللّهَ عِنْدَهُ عِلْمُ السّاعَةِ، وَ یُنَزِّلُ الْغَیْثَ وَ یَعْلَمُ ما فِی الأَرْحامِ، وَ ما تَدْرِی نَفْسٌ ما ذا تَکْسِبُ غَداً وَ ما تَدْرِی نَفْسٌ بِأَیِّ أَرْض تَمُوتُ
"Qeyb elmi, qiyamətin (nə vaxt baş verəcəyini bilmək) haqqında elm - Allahın bu barədə saydığı (buyurduğu) elmdir: «Qiyamətin nə zaman bərpa olacağını yalnız Allah bilir, O yağış yağdırır və anaların bətnində olanlardan xəbərdardır. Heç kəs sabah nə edəcəyini, harada öləcəyini bilmir.»"
Sonra İmam (əleyhis-salam) bu ayəni şərh edərək buyurdu:
"Allah-taala anaların bətnindəkinin oğlan və ya qız olduğunu, gözəl və ya çirkin olduğunu, səxavətli və ya paxıl olduğunu, xoşbəxt və ya bədbəxt olduğunu, cənnət və ya cəhənnəm əhli olduğunu bilir... Bunlar qeyb elmləridir ki, Allahdan başqa kimsə bilməz. Bundan başqa elmlər var ki, Allah onları peyğəmbərinə təlim etmiş və o da mənə öyrətmişdir."
Ola bilər ki, bəzi insanlar körpənin kimliyi, yağışın yağması və s. haqqında təxmini məlumatlar əldə etsinlər. Amma dəqiq və ətraflı məlumat Allahın pak zatına məxsusdur. Necə ki, qiyamət haqqında bizimdə təxmini məlumatımız var. Amma qiyamətin dəqiq hansı şəkildə baş verəcəyindən xəbərimiz yoxdur. Hədislərdə Peyğəmbərin (s) və imamların (ə) bəzi körpələrin kimliyindən yaxud bəzi şəxslərin ömürlərinin sonundan xəbər verdiklərinin şahidi oluruq. Bütün bunlar təxmini biliklərə aiddir.
3) Qeyb elmi haqqında olan ayə və hədisləri bir araya gətirməyin başqa yolu aşağıdakı şəkildədir:
Qeybin sirləri iki yerdə - "Lövhi məhfuz" və "lövhi məhv və isbat"-da yazılıb. Lövhi məhfuz Allahın elminə məxsus xəzinədir. Orada yazılanlarda heç bir dəyişiklik olmur və heç kəs ondan agah deyil. “Məhv” və “isbat” lövhəsi isə tam səbəblər deyil, yalnız “tələblər” barəsində elmdir. Ona görə də dəyişə bilir və başqalarının bilmədikləri bu qismə aiddir.
İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisdə deyilir:
اِنَّ لِلّهِ عِلْماً لَمْ یَعْلَمْهُ اِلاّ هُوَ، وَ عِلْماً أَعْلَمَهُ مَلائِکَتَهُ وَ رُسُلَهُ، فَما أَعْلَمَهُ مِلائکِتَهُ وَ أَنْبِیائَهُ وَ رُسُلَهُ فَنَحْنُ نَعْلَمُهُ
"Allah-taalanın elə elmi var ki, onu yalnız Özü bilir. Elə elmi də var ki, onu mələklərə və peyğəmbərlərə öyrədir. Mələklərə və peyğəmbərlərinə öyrətdiyi elmi biz də bilirik."
İmam Əli ibn Hüseyndən (əleyhis-salam) belə bir hədis nəql olunub:
لَوْ لا آیَةٌ فِى کِتابِ اللّهِ لَحَدَّثْتُکُمْ بِما یَکُونُ اِلى یَوْمِ الْقِیامَةِ! فَقُلْتُ لَهُ أَیَّةُ آیَة؟ قالَ: قَوْلُ اللّهِ: یَمْحُو اللّهُ ما یَشاءُ وَ یُثْبِتُ وَ عِنْدَهُ أُمُّ الْکِتابِ
“Əgər Quranda bir ayə olmasaydı mən keçmişdə baş verənləri və qiyamət gününədək baş verəcək hadisələri xəbər verərdim.”
Bir şəxs soruşdu: "O hansı ayədir?".
Dedi: Allah taala buyurur:
یَمْحُو اللّهُ ما یَشاءُ
«Allah nəyi istəsə məhv edər və nəyi istəsə bərqərar edər və ummul-kitab (lövhi məhfuz) onun yanındadır.»
Bu üsulla “qeyb elmi” haqqında olan məlumatları bir araya gətirsək, o elm, “mütləq olacaq və ya olmayacaq” şəkildə qisimlərə bölünür. Bundan öncəki üsulda isə məlumatların miqdarı əsasında qisimlərə bölünmüşdü.
4) Başqa bir üsul da budur; Allah-taala hazırda bütün qeyb sirlərini bilir. Peyğəmbərlərin və övliyaların isə hazırda qeyb sirlərinin çoxunu bilməməsi mümkündür. Amma istədikləri vaxt Allah-taala onu onlara öyrədir. Söz yox ki, bu istək də Allahın izni və rizası ilə baş verir.
Yəni, ayəvə və hədislərdə deyilən "onlar bilmirlər" sözü, onların hazırda bilmədiklərinə, "bilirlər" deyilirsə, bu isə onların bu potensiala malik olmasına işarədir.
Bunu, belə bir misala bənzətmək olar: Başqasına çatdırsın deyə bir şəxsə məktub veririlr və o, məktubda yazlanlardan xəbərisizdir. Eyni zamanda o, məktubu açıb içindəkiləri öyrənə bilər. Bəzən məktubun sahibi onu oxumağa icazə verir, bəzən də vermir. İcazə verildiyi təqdirdə, “o, məktubda yazılanları bilir” demək olar.
Bu üsulu sübut etmək üçün mərhum Kuleyninin "Kafi" kitabında "İnnəl-əimmə iza şau ən-yələmu, əlimu" (imamlar nəyi bilmək istəsələr agah olarlar) fəslində topladığı hədisləri misal çəkmək olar.
İmam Sadiqdən (ə) nəql olunan hədislərdən birində deyilir:
إِذَا أَرَادَ الإِمَامُ أَنْ یَعْلَمَ شَیْئاً أَعْلَمَهُ اللَّهُ ذَلِکَ
"İmamlar nəyi isə bilmək istəsələr, Allah onlara öyrədər."
Bu üsul, peyğəmbərin (səlləllahu əleyhi və alih) və imamın (əleyhis-salam) elminə aid bir çox sual və şübhələri həll edir. Şübhələrdən biri budur ki, insanın öz həyatı üçün təhlükəli olan bir işi görməsi caiz olmadığı bir halda onlar zəhərli qidanı nə üçün yeyirdilər?
Bu suala belə cavab vermək olar ki, bu kimi hallarda peyğəmbər (səlləllahu əleyhi və alih) və imamın (əleyhis-salam) qeyb sirlərinin açılmasını istəmək icazələri yox idi. Habelə, bəzən də məsləhət belə olur ki, peyğəmbər (səlləllahu əleyhi və alih) və ya imam (əleyhis-salam) nə bir məsələni bilməsin. Yaxud da bu, onun təkamülü yolunda baş verən bir imtahandır. Necə ki, "məbit gecəsi" hadisəsində Əli (əleyhis-salam), Peyğəmbərin (s) yatağında yatarkən özündən nəql olunanlara əsasən, səhər Qureyş müşriklərin hücumu zamanı şəhid olub-olmayacağını bilmirdi.
Burada məsləhət belə idi ki, imam (əleyhis-salam) işin nə ilə qurtaracağını bilməsin və İlahi imtahan gerçəkləşsin. Əgər imam (əleyhis-salam), Peyğəmbərin (səlləllahu əleyhi və alih) yatağında yatarkən səhər sağ-salamat yerindən duracağını bilsəydi, o qədər də böyük fəxr sayılmazdı. Beləliklə də Quran ayələrində və hədislərdə bu fədakarlığın əhəmiyyəti ilə bağlı deyilənlər o qədər də məntiqi görünməzdi.
Bəli, "elmi-iradi" məsələsi bütün bu kimi şübhələrin hamısına cavab ola bilər.
5. Qeyb elminə aid nəql olunan hədislər arasındakı zahiri ziddiyyəti başqa üsulla da həll etmək olar. (Hərçənd bu üsulu yalnız bir qisim hədislərə aiddir.) O da bundan ibarətdir ki, bu hədis fərqli insanlara xitab olunmuşdu. İmamların qeyb elmi bilməsi məsələsini qəbul etmək potensialına malik olan şəxslərə həqiqət açıqlanırdı. Lakin müxalif və avam şəxslərə müraciət edən bəzi hədislərdə isə onların bilik səviyyəsi nəzərə alınıb. Məsələn, hədislərin birində deyilir:
Əbu Bəsir və İmam Sadiqin (əleyhis-salam) məşhur səhabələrindən bir neçəsi məclisdə əyləşmişdilər. İmam (ə), qəzəbli halda məclisə daxil olub əyləşdi. Üzünü orada olanlara tutub buyurdu:
یَا عَجَباً لاِ َقْوَام یَزْعُمُونَ أَنَّا نَعْلَمُ الْغَیْبَ! ما یَعْلَمُ الْغَیْبَ إِلاَّ اللَّهُ عَزَّوَجَلَّ، لَقَدْ هَمَمْتُ بِضَرْبِ جَارِیَتِی فُلانَةِ، فَهَرَبَتْ مِنِّی فَمَا عَلِمْتُ فِی أَیِّ بُیُوتِ الدَّارِ هِیَ
“İşə bir bax, bəzi adamlar mənim qeyb elmi bildiyimi güman edirlər. Allah-taaladan başqa heç kəs qeybdən agah deyil. Mən elə indicə kənizimi tənbeh etmək istəyirdim ki, o qaçıb məndən gizləndi. Mən onun hansı otaqda olmasını bilmədim.”
Ravi davamında nəql edir:
İmam (əleyhis-salam) ayağa qalxandan sonra mən və başqaları içəri daxil olub dedik: "Sizə fəda olaq, siz kəniz barəsində belə dediniz, halbuki sizin geniş elmə malik olduğunuzu bilirik. Biz qeyb elminin adını çəkmirik."
İmam (əleyhis-salam) bu məsələyə aydınlıq gətirdi. Sözləri onun qeyb elmini bildiyindən hekayət edirdi.
Aydındır ki, həmin məclisdə bu məsələni və imamın məqamını dərk etmək üçün lazımi istedad və hazırlığı olmayan şəxslər iştirak edirdi.
Bu məsələyə diqqət etmək lazımdır ki, yuxarıda sayılan beş üsulun bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Onların hamısı doğru ola bilər. (diqqət edin.) (1)

Şərh qeydə alınmayıb