Qısa cavab:
Ətraflı cavab:
Bu suala "Loğman" surəsinin 27-ci ayəsində bir az düşünməklə cavab tapmaq olar. Allah-taala buyurur:
وَ لَوْ أَنَّ ما فِی الاْ َرْضِ مِنْ شَجَرَة أَقْلامٌ وَ الْبَحْرُ یَمُدُّهُ مِنْ بَعْدِهِ سَبْعَةُ أَبْحُر ما نَفِدَتْ کَلِماتُ اللّهِ
«Və əgər yer üzündəki ağaclar qələm, dəryanın arxasınca yeddi dərya mürəkkəb olsa, Onun kəlmələri (yazılıb) tükənməz.»
Qurani-kərim sonsuz və nəhayətsiz rəqəmi təsvir etmək, tükənməz elmin mənasını və varlıq aləminin böyüklüyünü bizim zehnimizə yaxınlaşdırmaq üçün olduqca fəsahətli və bəlağətli bəyana əl atmış, “canlı rəqəm”-lərdən istifadə edilib.
Rəqəmlər canlı və cansız ola bilərmi?
Bəli, riyaziyyatda istifadə olunan rəqəmlərin sağ tərəfinə bir sıfır əlavə etməklə onlar çoxalır. Əslində ədədlər “ölüdür” və heç vaxt heç bir şeyi əks etdirə bilməz bilməz.
Riyaziyyatla məşğul olan şəxslər bilirlər ki, sağ tərəfində bir kilometr boyunca sıfır yazılmış bir rəqəm, həddən artıq böyük və başgicəlləndiricidir. O rəqəmin böyüklüyünü təsəvvür etmək çətindir. Lakin bu rəqəm təkcə riyaziyyatçılar üçün heyrətamizdir. Adi insanlar üçün bu əzəmət nümunəsi ola bilməz.
Canlı rəqəmlər o rəqəmlərə deyilir ki, düşüncə onun böyüklüyünə dalsın, həqiqəti olduğu kimi göz önündə canlandırsın, möhtəşəm, ruha və dilə malik olsun.
Quran, "Allahın yaratdıqları, varlıq vüsətində bir kilometr boyunca uzanan sıfırlardan ibarət rəqəmdən də dəfələrlə çoxdur" sözünü belə bəyan edib:
Əgər yer üzündəki bütün ağaclar qələm, bütün dənizlər mürəkkəb olsa, bütün qələmlər sınıb qurtarsa, bütün mürəkkəblər son qətrəsinədək tükənsə belə, varlıq aləminin həqiqətləri, sirlər, rəmzlər, məxluqatının sayı - Allahın məlumatı bitməz və tükənməz.
Təsəvvür edin: Bir qələm nə qədər yaza bilər? Sonra fikirləşin ağacın kiçik bir budağından neçə ədəd qələm düzəltmək olar? Eləcə də enli gövdəsi olan nəhəng bir ağacdan neçə min və yaxud neçə milyon qələm hazırlamaq mümkündür? Daha sonra yer üzündə olan meşələr və bağlardakı ağacların hamısını nəzərdə tutun, onlardan hazırlanan qələmlərin sayını hesablayın.
Digər tərəfdən fikirləşin ki, bir damcı mürəkkəblə nə qədər yazmaq olar? Sonra aldığınız rəqəmi bir hovuz, bir göl, bir dəniz, bir okean və sonda yer kürəsində olan bütün dəryaların sayına vurun. Necə qəribə bir rəqəm təşkil edəcək?
Bu sözün əzəməti məhz bir həqiqəti nəzərdən qaçırmamaqla məlum olur: "Yeddi" rəqəmi burada say deyil, “çoxluq” mənasını ifadə edir. Başqa sözlə desək mənası budur ki, əgər həmin dəryaya dəryaları qatsaq, yenə də Allahın kəlmələri sona çatmaz.
Düşünün! Bu rəqəm nə qədər canlıdır! İnsanın düşüncəsini özünə çəkən, sonsuzluğa aparan rəqəmdir!
Elə bir rəqəmdir ki, hər kəs - istər riyaziyyatçı, istərsə də savadsız bir şəxs, onun böyüklüyünü dərk edir, nəhəngliyi və heybəti ilə tanış olur.
Bəli, Allahın elmi bu rəqəmdən də böyükdür.
Qeyri-məhdud və nəhayətsiz elmdir.
Sərhədləri varlıq aləmini başdan-başa əhatə edən, kainatın keçmişini və gələcəyini, bütün sirr, rəmz və həqiqətlərə özündə yer verən bir elmdir. (1)

Şərh qeydə alınmayıb