Qısa cavab:
Ətraflı cavab:
İnsanın mənəvi tərbiyəsi elmi yöndən çox əməli xarakter daşıyır. Ustad o zaman öz işində müvəffəqiyyət qazana bilər ki, şagirdi lazımi biliklərlə təmin etməklə yanaşı verdiyi təlimatların əməldə kamil bir nümunəsi olsun, öz sifət, əxlaq və əməlləri ilə bütün tərbiyəvi məsələləri nümayiş etdirsin. Bu, yalnız o halda həyata keçə bilər ki, bəşər cinsindən olan peyğəmbərlər örnək və nümunə şəklində seçilsin, kamil insanın sifət və həyat tərzini praktik formada nümayişə qoysun və insanlar qədəmlərini onların qədəmlərinin yerinə qoymaqla bu maneə dolu yolu onların rəhbərliyi altında qət etsinlər. Başqa sözlə insanın vücudunda bir növ bənzətmə ruhiyyəsi var ki, o, özündən asılı olmayaraq digər insanlarda gördüklərinə cəzb olunur. Söz yox ki, bu hisslər məcburi stimul sərhədinə çatmır. Əksinə iradə daxilində hərəkət üçün zəmin yaradır. Məsələn, susuzluq insanı su içməyə məcbur etmir, amma onun üçün zəmin yaradır. Bəşər cinsindən olan peyğəmbərlər və məsum imamlar (əleyhimus-salam) hərtərəfli ilahi göstərişlərlə insanlara tərəf gələndə bu göstərişləri əməl formasında təqdim edir, öz təqva və sədaqəti ilə insan fəzilətlərini aşkar edirlər. Bu yolla digər insanlarda da bu əxlaqi sifətləri mənimsəmək üçün lazımi zəmin yaranır.
Bu üzdən Qurani-kərim, "Nə üçün peyğəmbər (səlləllahu əleyhi və alih) mələk cinsindən deyil, yaxud ən azından onunla bərabər mələk gəlməyib?" deyə israrla soruşanlara xatırladır ki, peyğəmbər (səlləllahu əleyhi və alih) insanların öz cinslərindən olmalıdır. Əgər yer üzündə mələklər yaşasaydı onları arasına mələk cinsindən olan peyğəmbərlər göndərilməli idi.
وَ مَا مَنَعَ النَّاسَ اَنْ یَؤمِنُوا اِذْ جَائَهُمُ الْهُدى اِلاَّ اَنْ قَالُوا اَبَعَثَ اللهُ بَشَراً رَّسُولا- قُلْ لَّوکَانَ فِى الاَْرْضِ مَلاَئِکَةٌ یَمْشُونَ مُطْمَئِنِّینَ لَنَزَّلْنَا عَلَیْهِمْ مِّنَ السَّمَاءِ مَلَکاً رَّسُولا
«İnsanlara hidayət gələn zaman onların (nadanlıq üzündən) iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşərmi göndərib?» demələri mane oldu. De: «(Bəli,) əgər mələklər yer üzündə arxayın addımlayıb (yaşasaydılar),Biz göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki hər ümmətin peyğəmbəri onun öz cinsindən olmalıdır).» (1)
Bu məsələyə də diqqət yetirmək lazımdır ki, Quran İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) və digər peyğəmbərlərin örnək olduqlarını vurğulayır və insanlara tövsiyə edir ki, onların əməli həyat-tərzlərindən nümunə götürsünlər. Ayədə deyilir:
لَقَدْ کَانَ لَکُمْ فِى رَسُولِ اللهِ اُسْوَةٌ حَسَنَةٌ
«Allah Rəsulunun həyat tərzində sizin üçün gözəl örnək var.» (2)
Başqa bir ayədə deyilir:
قَدْ کَانَتْ لَکُمْ اُسْوَةٌ حَسَنَةٌ فِى اِبْرَاهِیمَ وَ الَّذِینَ مَعَهُ
«Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanların həyat tərzində sizin üçün gözəl bir örnək vardır. » (3)
Hər bir halda İlahi rəhbərlərdən mənşələnən təlim və tərbiyə məsələsini həm məntiqi təhlillər, həm də Quran ayələri təsdiq edir. (4)

Şərh qeydə alınmayıb