Qısa cavab:
Ətraflı cavab:
Peyğəmbərlik və risalət məqamı elə bir məqamdır ki, həm sədaqət tələb edir həm və əmanətdarlıq. Başqa sözlə, vəhyin nəqlində, insanlara çatdırılmasında və İlahi sirlərin qorunmasında əmanətdarlıq. Həqiqətdə sidq və əmanət eyni kökə qayıdır. İntəhası sədaqət sözdə əmanətdarlıq, əmanət isə əməldə sədaqətdir. "Şüəra" surəsinin 106-107-ci surələrində deyilir:
کَذَّبَتْ قَومُ نَوح الْمُرْسَلِینَ ـ اِذْ قَالَ لَهُمْ اَخُوهُمْ نُوحٌ اَلاَ تَتَّقُونَ - اِنِّى لَکُمْ رَسُولٌ اَمِینٌ
«Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təkzib etdi. O zaman qardaşları Nuh onlara dedi: "Məgər çəkinmirsiniz? Həqiqətən, mən sizin üçün əmin (etibar olunası) bir peyğəmbərəm"».
"Mən sizin üçün əmin bir peyğəmbərəm" ifadəsi Hud (1), Saleh (2), Lut (3), Şueyb (4) və Musa (5) barəsində də təkrar olunur.
Şübhəsiz ki, bu və digər böyük İlahi peyğəmbərlər öz əmanətdarlıqlarını əməli formada insanlara sübut etmişlər. Peyğəmbər (səlləllahu əleyhi və alih) haqqında tarixi mənbələrdə oxumuşuq ki, vəhy nazil olmazdan öncə hamı - yaxınlar və özgələr ona Məhəmməd Əmin ləqəbi vermişdi. Məhz ona görə o, peyğəmbərliyə çatandan sonra müxaliflər arasında dəlil kimi öz keçmişinə istinad etdi:
"Siz çoxdan əmanətdarlığımı yaxşı bildiyiniz halda mənim İlahi vəhy ilə bağlı xəbərdarlıqlarıma necə laqeyd yanaşa bilirsiniz?" (6) Maraqlısı budur ki, Quranda həmin səciyyəvi xüsusiyyəti Cəbrayıl (Allahın vəhy mələyi) barəsində də deyilib:
نَزَلَ بِهِ الرُّوحُ الاَْمِینُ ـ عَلَى قَلْبِکَ لِتَکُونَ مِنَ الْمُنْذِرِینَ
«Qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, Ruhul-əmin (Cəbrail) onu sənin qəlbinə nazil etdi»
Həqiqətən də vəhyi daşıyanlar, yəni, vəhyi çatdıran mələklər, peyğəmbərlər, imamlar, İlahi vəhyi çatdırmaq və ya qorumaq vəzifəsini daşıyan bütün məsum canişinlər Allahın insanlar arasında əmanətdar və etibarlı şəxsləri olmalıdırlar. İmam Əlinin (əleyhis-salam) və sair imamların məşhur "Əminallah" ziyarətnaməsində "Əssəlamu ələykə ya əminəllahi fi ərzihi" ifadəsi buna aşkar sübutdur. (8)

Şərh qeydə alınmayıb