Qısa cavab:
Ətraflı cavab:
Bu sualın cavabı “Bəqərə” surəsinin 266-cı ayəsindədir. Ayədə riyakarlıq, minnət və incitməklə verilən infaqdan söz açaraq bu xoşagəlməz işlərin yardımın savabını necə aradan apardığı bəyan olunub.
أَ یَوَدُّ أَحَدُکُمْ أَنْ تَکُونَ لَهُ جَنَّةٌ مِنْ نَخیل وَ أَعْناب تَجْری مِنْ تَحْتِهَا الأَنْهارُ لَهُ فیها مِنْ کُلِّ الثَّمَراتِ وَ أَصابَهُ الْکِبَرُ وَ لَهُ ذُرِّیَّةٌ ضُعَفاءُ فَأَصابَها إِعْصارٌ فیهِ نارٌ فَاحْتَرَقَتْ
“Məgər sizlərdən biri istəyirmi ki, onun xurma ağaclarından və üzüm tənəklərindən ibarət - ağacları altından çaylar axan və içində də onun üçün hər növ meyvəsi olan bir bir bağı olsun, sonra da ona qocaldığı zaman o bağa möhtac olan uşaqları olduğu halda odlu bir qasırğa düşüb onu yandırmasın?!”
Bu misalda riyakarlıq, minnət və əziyyət verməklə etdiyi yardımları puça çıxaran şəxs təsvir olunur. Ətrafını azyaşlı uşaqlar tutmuş, yaşı ötmüş ahıl bir qoca insan göz önündə canlanır. Uşaqların yaşayışını və gələcəyini təmin etmək üçün gözünü yaşıl və xürrəm bir bağa dikib. Bağda xurma və üzüm və digər meyvə ağacları var. Meyvə ağacları kənardan axan çaydan su içir və suvarılmağa ehtiyac yoxdur. Qəflətən yandırıcı külək əsir və bağı külə çevirir. Belə bir insanın nə qədər boğucu həsrət və qəm-kədəri var. Xeyirxah əməllər edən sonra onu riyakarlıq, minnət və incitməklə aradan aparan insanların vəziyyətləri də belədir. Onlar çox zəhmət çəksələr də nəticəyə ehtiyacları olan gün hamısını külə dönmüş görürlər. Çünki riyakarlıq və minnət və incitməyin yandırıcı küləyi onu yandırıb külə çevirib.
Ayənin sonunda bu bəlağətli və dəqiq misaldan sonra buyurur:
کَذلِکَ یُبَیِّنُ اللّهُ لَکُمُ الآْیاتِ لَعَلَّکُمْ تَتَفَکَّرُونَ
«Allah Öz ayələrini sizə belə açıqlayır ki, bəlkə düşünəsiniz.» - haqq yolu batil yoldan ayırasınız.
Bəli, insanın bədbəxtliklərin mənşəyi -xüsusilə də xeyri az və ziyanı tez və böyük olan minnət və riyakarlıq kimi mənasız əməlləri, düşüncə və təfəkkürdən uzaq olmaqdır. Allah-taala isə hamını düşüncə və təfəkkürə səsləyir. (1)
«وَ أَصابَهُ الْکِبَرُ وَ لَهُ ذُرِّیَّةٌ ضُعَفاءُ» (qocaldığı zaman, o bağa möhtac olan uşaqları olduğu halda) cümləsindən belə başa düşülür ki, Allah yolunda infaq və bəxşiş etmək və ehtiyaclı insanlara yardım göstərmək xürrəm bir bağa bənzəyir. Həm insanın özü həmdə övladları onun məhsulundan istifadə edir. Amma riyakarlıq, minnət və incitmək həm onun özünü, həm də istifadə edəcək gələcək nəsli onun xeyirxah əməllərinin bərəkət və səmərəsindən bəhrəsindən məhrum edir. Bu da öz növbəsində göstərir ki, gələcək nəsillər keçmiş nəsillərin xeyirxah əməllərinin nəticələrində şərikdirlər.
İctimai baxımdan da belədir. Atalar, xalq arasında qazandıqları xeyirxah əməlləri nəticəsində etibar və məhəbbət, onların övladları üçün də böyük sərmayə olur.
«اعْصارٌ فِیْهِ نارٌ» (yandırıcı odu olan bir qasırğa) ifadəsində, mümkündür ki, "səmum" küləklərdən doğan yandırıcı, quru qasırğalar, yaxud da odda məqsəd, xırmanının üzərindən keçən qasırğa nəzərdə tutulur. Adətən qasırğa qarşısına çıxan hər şeyi götürüb apardığına görə onu götürüb başqa yerə səpir. Habelə güman olunur ki, şimşək elə nəzərdə tutulan qasırğadır. Bu qasırğa hər şeyi yandırıb külə çevirir. Hər halda cümlədə “tez və tam şəkildə məhv olma ” nəzərdə olunur.

Şərh qeydə alınmayıb