Qısa cavab:
Ətraflı cavab:
“Əhzab” surəsi 53-cü ayəsində peyğəmbərin evinə və qadınlarına məxsus hökmlər bəyan olunmuşdur. Ayənin təfsirinə nəzər salaq.
Həzrət Məhəmməd peyğəmbər (sallallahu əleyhi və alih) Cəhş qızı Zeynəblə evlənəndə nisbətən böyük vəlimə (qonaqlıq) verdi. Peyğəmbərin (sallallahu əleyhi və alih) xüsusi xadimi Ənəs hadisəni belə xatırlayır:
Peyğəmbər (sallallahu əleyhi və alih) məndən səhabələri süfrəyə dəvət etməyimi istədi. Mən də hamını qonaqlığa çağırdım. Onlar dəstə-dəstə gəlib yemək yeyir və otağı tərk edirdilər. Qonaqların ardı kəsiləndə üzümü peyğəmbərə (sallallahu əleyhi və alih) tutub dedim: “Allahın rəsulu! Artıq çağırmadığım bir kəs qalmadı”. Peyğəmbər (sallallahu əleyhi və alih): “Belədirsə, süfrəni yığın” – deyə cavab verdi.
Süfrəni yığdılar. Orada olanlar da dağılışdı. Üç nəfər peyğəmbərin (sallallahu əleyhi və alih) otağında qalıb söhbət etməklə məşğul idi.
Bu vaxt ayə (“Əhzab” surəsi, ayə 53) nazil oldu və lazımi göstərişləri verdi.
Digər tarixi nəqllərdən aydın olur ki, bəzən qonşular və yerli camaat müxtəlif qab-qacaq və məişət əşyalarını borc almaq üçün peyğəmbərin (sallallahu əleyhi və alih) xanımlarına müraciət edərdilər. Bu ayə Peyğəmbərin (sallallahu əleyhi və alih) qadınlarının şərəf və heysiyyətini qorumaq üçün nazil oldu və mömin camaata əmr olundu ki, onlardan nə isə almaq istəsələr, pərdə arxasından alsınlar.
Digər bir hədisdə nəql olunur ki, peyğəmbərin (sallallahu əleyhi və alih) müxalifləri öz aralarında belə deyirdilər:
O, vəfat edən kimi biz onun arvadlarını alacağıq.
Sözü gedən ayə nazil olub onların planlarını alt-üst etdi və peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra onun zövcələri ilə evlənməyi hamıya qadağan etdi.
Ayədə möminlərə xitabən əvvəlcə İslam hökmləri, ələlxüsus peyğəmbər (sallallahu əleyhi və alih) və onun ailəsi ilə davranış qaydaları qısa və dolğun şəkildə bəyan olunur.
Ayədə deyilir: Ey iman gətirənlər! Sizə icazə verilməzsə, Peyğəmbərin otaqlarına xəbərsiz daxil olmayın. Yemək üçün icazə verilərsə, daxil ola bilərsiniz. (İcazə veriləndə vaxtında daxil olun.) Bir müddət öncə gəlib yemək vaxtını gözləməyin.
يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَنْ يُؤْذَنَ لَكُمْ إِلى طَعامٍ غَيْرَ ناظِرِينَ إِناهُ
Söz yox ki, bu hökm peyğəmbərə məxsus deyil. Başqasının evinə heç bir vəchlə icazəsiz girmək olmaz. Əlavə, yemək üçün çağırılanda vaxta diqqət etmək və ev sahibini zəhmətə salmaq olmaz.
Ayədə daha sonra ikinci hökm müzakirə olunur: “Dəvət olunsanız daxil olun, yeməyi yeyəndən sonra dağılışın.
وَ لكِنْ إِذا دُعِيتُمْ فَادْخُلُوا فَإِذا طَعِمْتُمْ فَانْتَشِرُوا
Üçüncü hökmdə deyilir: “Yemək yeyəndən sonra (peyğəmbərin və yaxud hər bir kəsin evində) söhbət məclisi düzəltməyin.”
وَ لا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ
Əlbəttə, ev sahibi belə bir məclis təşkil etmək istəsə, bu onun özündən asılıdır.
Sonra hökmün səbəbi belə bəyan olunur:
“Bu iş peyğəmbəri incidir. Amma o, sizdən utanır, Allah isə haqqı deməkdən utanıb çəkinmir.”
إِنَّ ذلِكُمْ كانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنْكُمْ وَ اللَّهُ لا يَسْتَحْيِي مِنَ الْحَقِّ
Söz yox ki, peyğəmbər də şəxsi olmayan hallarda haqqı deməkdən çəkinmirdi. Lakin insana öz haqqı ilə bağlı danışmaq yaraşmır. Başqaları bu haqda danışsa daha yaxşıdır.
Daha sonra ayədə dördüncü hökm bəyan olunur. Hökm hicab barəsindədir:
“Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından bir şey istəsəniz, pərdə arxasından istəyin.”
وَ إِذا سَأَلْتُمُوهُنَّ مَتاعاً فَسْئَلُوهُنَّ مِنْ وَراءِ حِجابٍ
Aydındır ki, peyğəmbərin zövcələrinin (hicabla da olsalar) göz qabağına çıxması yaxşı iş deyildir. Bu üzdən nə isə alarkən pərdə və yaxud qapı arxasından alsınlar.
Quran bu göstərişdən sonra bu işin fəlsəfəsini belə bəyan edir:
“Bu, həm sizin qəlblərinizin həm də onların qəlblərinin paklığı üçündür.”
ذلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَ قُلُوبِهِنَّ
Beşinci hökm isə bu şəkildə bəyan olunur:
“Sizin Rəsulullahı incitmək haqqınız yoxdur.”
وَ ما كانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ
Axırda isə altıncı və sonuncu hökm verilir. Hökm peyğəmbərin ölümündən sonra onun zövcələri ilə evlənmək haqqındadır:
“Sizin ondan sonra zövcələri ilə evlənmək haqqınız yoxdur. Şübhəsiz bu, Allahın yanında çox böyükdür.”
وَ لا أَنْ تَنْكِحُوا أَزْواجَهُ مِنْ بَعْدِهِ أَبَداً إِنَّ ذلِكُمْ كانَ عِنْدَ اللَّهِ عَظِيماً

Şərh qeydə alınmayıb