Qısa cavab:
Ətraflı cavab:
Burada əvvəlcə sözü gedən ayələrin mətnini qeyd etmək sonra isə onları araşdırıb təhlil etmək lazımdır.
1.
اِنَّ الَّذِینَ آمَنُوا وَ الَّذِینَ هَادُوا وَالنَّصَارَى وَالصَّابِئِینَ مَنْ آمَنَ بِاللَّهِ وَالْیَومِ الآخِرِ وَ عَمِلَ صَالِحَاً فَلَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلاَخَوْف عَلَیْهِمْ وَلاَهُمْ یَحْزَنُونَ
«Şübhəsiz ki, möminlərin, yəhudi, xaçpərəst və sabiilədən (Yəhyanın ardıcılları) Allaha və axirət gününə iman gətirənlər və yaxşı işlər görənlərin mükafatları Rəbblinin yanındadır. Onlara (qiyamət günü) nə bir qorxu var, nə də qəm-qüssə görərlər. (İlahi dinlərin ardicillarının hər biri öz əsr və zamanında dinin vəzifə və öhdəliklərinə uyğun əməl etsə mükafatına çatacaq və nicat tapacaq)». (1)
2.
اِنَّ الَّذِینَ آمَنُوا وَ الَّذِینَ هَادُوا وَالصّابِئُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللَّهِ وَالْیَوْمِ الآخِرِ و َعَمِلَ صَالِحاً فَلا خَوْف عَلَیْهِمْ وَلاهُمْ یَحْزَنُونَ
Bu ayə, məna baxımından yuxarıdakı ayə ilə o qədərdə fərqlənmir. (2)
3.
اِنَّ الَّذِینَ آمَنُوا وَالَّذِینَ هَادُوا والصَّابِئِینَ وَالنَّصَارَى وَالَْمجُوسَ وَ الَّذِینَ اَشْرَکُوا إِنَّ اللهَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیامَةِ إِنَّ اللهَ عَلَى کُلِّ شَىْ شَهید
«Şübhəsiz, Allah Qiyamət günü iman gətirənlərin, yəhudilərin, sabiilərin, xaçpərəstlərin, zərdüştilərin və müşriklərin arasında hökm edəcəkdir (haqqı batildən ayıracaqdır). Həqiqətən Allah hər şeyə şahiddir.» (3)
İlk baxışda belə bir təsəvvür yarana bilər ki, bu ayələr sözü gedən dinlərin davamçılarının Allaha və qiyamət gününə inanmaqla xeyirxah işlər gördükləri təqdirdə nicat tapacaqlarından söz açır. Nəticəsidə belə məna çıxarmaq olar ki, digər dinlər hələ də qüvvədən düşməyib. Hazırda İslam dininin bəşəriyyətə təqdim olunması o demək deyil ki, digər dinlərin yolu ilə getmək olmaz. Əksinə keçmiş ayinlərin hər biri Allaha tərəf gedən bir yoldur. Bəşər bu yollardan hər hansını seçsə bu məqsədə çata bilər. İslam kimi xüsusi bir şəriətə tabe olmaq əsla lazım deyil. Bu məsələ Quran barəsində səthi mütaliələr edən fərdlər tərəfindən dəfələrlə irəli sürülüb. Lakin bu nöqtəyə diqqət etmək lazımdır ki, bir ayəni təfsir edəndə, digər ayələrə göz yummaq və onun digər ayələrlə olan bağlılığını nəzərdə tutmamaq kimi anlaşılmamaldır. Əksinə bir ayənin mənasını kəşf etmək üçün nazil olma səbəbindən əlavə öncəki, sonrakı, də quranın digər ayələrini də nəzərdə tutmaq lazımdır. Əgər İslam dini dünyaya gələndən sonra digər dinlərə itaət göstərmək öz qüvvəsində qalsaydı İslam adında yeni ayinin şəriət kimi qəbul olunmasının mənası olmazdı. Ondan əlavə peyğəmbərin (səlləllahu əleyhi və alih) digər padşahlara və dünyanın bütün millətlərinin rəhbərlərinə təbliğ məktubu yazması, onları öz dininə dəvət etməsi və öz dinini qlobal bir din, özünü isə peyğəmbərlərin tamamlayıcısı adlandırması doğru olmazdı. Peyğəmbərin məktubları, onun davamlı dəvət və çağırışları, müsəlmanların peyğəmbər (səlləllahu əleyhi və alih) zamanında və sonra əhli-kitabla uzun və yorucu mübarizələri, bu zəmində böyük rəhbərlərimizdən bizə gəlib çatan sözlərin hamısı o deməkdir ki, İslam dininin gəlişi ilə keçmiş peyğəmbərlərin ilahi vəzifələri sonra çatıb. İndi İslamdan başqa din və Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) peyğəmbərliyindən başqa peyğəmbərlik yoxdur.
Belə olduqda ayənin məqsədinin nədən ibarət olduğunu öyrənmək lazımdır?
Sözü gedən ayələr iki mənanı; xülasə və geniş həqiqəti bəyan edir:
1. Yəhudilər və xristianlar həqiqətən Allaha və qiyamət gününə etiqad bəsləsələr, yalnız zahirə diqqət etməklə kifayətlənməslər, Tövrat, İncil və öz digər səmavi kitablarında göstərildiyi kimi İslam peyğəmbərinə (səlləllahu əleyhi və alih) iman gətirməlidirlər. Tövrat və İncil İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) gəlişi barədə bəşarət vermiş, onun əlamətlərini bəyan etmişdir. Belə ki, onlar peyğəmbəri öz övladları kimi tanıyırdılar. (4)
Maraqlısı buradadır ki, Qurani-kərim bu həqiqəti "Maidə" surəsində sözü gedən ayədən öncə bəyan edərək buyurur:
قُلْ یَا اَهْلَ الْکِتابِ لَسْتُمْ عَلَى شَىْ حَتَّى تُقِیمُوا التَّورَاةَ وَالاِنْجِیلَ وَ مَا اُنْزِلَ اِلَیْکُمْ مِنْ رَبَّکُمْ
De: «Ey kitab əhli, Tövrata, İncilə və Rəbbiniz tərəfindən sizə nazil olana əməl etmədikcə, doğru bir dinin üzərində deyilsiniz.» (5)
Aydındır ki, səmavi kitabları bərqərar etməkdə məqsəd onların içindəkilərinə əməl etməkdir. Bu kitabların içində yazılanlardan biri də İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) peyğəmbərliyi və onun bütün dünya üçün nəzərdə tutulan İlahi vəzifəsidir. Quran dəfələrlə bu məsələyə işarə edib. Əgər onların səmimi qəlbdən İslam peyğəmbərinə və qiyamət gününə imanları olsa, Allahın bu iki müqəddəs kitabdakı təlimlərindən olan islam peyğəmbərinin dünyəvi peyğəmbərliyinə də imanları olmalıdır. Belə olduqda onlar müsəlmanlardan sayılacaq və mütləq İlahi mükafata layiq görüləcəklər. Qısası, Allaha və qiyamət gününə iman, səmavi kitablara və onların təlimlərinə imandan ayrı deyil və bu təlimlərdən biri də sonuncu Allah elçisinin peyğəmbərliyidir. Belə bir fərd bir sözlə xaçpərəst ola bilməz. O, artıq bir müsəlmandır.
2. "Bəqərə" surəsində bu ayədən daha öncəki ayələri nəzərə almaqla aydın olur ki, bu ayə keçmiş peyğəmbərlərin dövründə həqiqətən Allaha iman gətirən, qiyamət gününə etiqad bəsləyən və öz dinlərinin göstərişlərinə əməl edən əhli-kitab barəsindədir. Onların tam əksinə bəziləri tovhid yolundan boyun qaçırdı, buzova etiqad və pərəstiş etməyə başladılar. Onlar həyasızlığı bir həddə çatdırdılar ki, Musaya belə dedilər: "Allahı öz gözlərimizlə görməsək əsla ona ibadət etməyəcəyik." Bəni İsrail belə nalayiq davranışlarla Allahın qəzəbinə düçar oldular. Öncəki ayədə deyilir ki, onların alınlarına zəlalət və miskinlik möhürü vuruldu və yenə də Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrinə qarşı küfr edirdilər və peyğəmbərləri haqsız yerə qətlə yetirirdilər. Bu, onların günahkar və təcavüzkar olduqlarından irəli gəlirdi. (6) Burada Allah-taala məsələyə aydınlıq gətirir, yəni, həqiqətən Allaha iman gətirib, qiyamət gününə inanan və saleh əməllər edən əhli-kitabdan bir dəstəni onlardan ayırarır. Məhşər günü onların nicat əhli olacaqlarını və qəm-qüssələrinin olmayacağını bildirir. Demək sözü gedən ayə keçmiş əsrlərdə yaşamış və İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) besətindən öncə dünyalarını dəyişmiş əhli-kitab dəstəsinə aiddir. Onun, islam peyğəmbərinin peyğəmbərlik dövrünə heç bir aidiyyatı yoxdur. Ayənin nazil olma səbəbi də bu mövzunu tam şəkildə aydınlaşdırır. Belə ki, Quran nazil olanda və İslam peyğəmbəri (səlləllahu əleyhi və alih) gələndən sonra müsəlmanlardan bir hissəsi "haqq və nicat yolu yalnız İslam dinidirsə, bizim başqa dinlərə mənsub olan əcdadlarımızın aqibəti necə olacaq?" deyə xəyala dalırdılar. Belə bir məqamda sözü gedən ayə nazil oldu və rəsmi şəkildə elan etdi ki, öz dövrlərində Allaha, qiyamət gününə və zamanlarının peyğəmbərlərinə iman gətirən, saleh əməllər edən bütün insanlar nicat əhli olacaqlar. Onlar üçün nigaran olmağa heç bir əsas yoxdur.
Salman ilk dəfə Həzrət peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna daxil olanda Musel məbədinin rahiblərindən və dostlarında söz açıb dedi: "Musel məbədinin bütün rahibləri sizin peyğəmbərliyə çatmanızı görmək arzusu ilə yaşayırdılar. Lakin təəssüf ki, onlar sizi görməzdən öncə dünyaya göz yumdular." İnsanlar peyğəmbərin ətrafında dövrə vurmuşdu. Kimsə üzünü Salmana çevirib dedi: "Onlar atəş əhlidirlər." Bu söz Salmana çox ağır gəldi. Elə bu an sözü gedən ayə nazil oldu və elan etdi ki, keçmişdəki haqq dinlərə həqiqi iman gətirən insanlar, İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) fəzilətli zəmanəsini görə bilməsələr də, nicat əhli olacaqlar.
Qısa desək, İslam peyğəmbərindən (səlləllahu əleyhi və alih) öncə öz əsrinin həqiqi dininə gerçəkdən imanı olan insanlar, qiyamət günü qurtuluş əhli olacaqlar. Bu dəlilin, heç bir vəchlə "bütün dinlərin ardıcılları nicat əhlidirlər" kimi fikirlərə aidiyyatı yoxdur. Belə bir təfsir bu və ya bu məsələyə aid digər ayələrdən məlumatsızlığı göstərir. Bu ayədən başqa, "Həcc" surəsinin 17-ci ayəsinin də onların iddiası ilə kiçicik əlaqəsi yoxdur. Ayənin mənası budur ki, Allah-taala qiyamət günü müxtəlif millətlər arasında hökm edəcək. Bu söz əsla bütün dünya dinlərinin mənsublarının məhşər günü xilasına və hamılıqla haqq yolunda olduqlarına əsas ola bilməz.

Şərh qeydə alınmayıb