Qısa cavab:
Ətraflı cavab:
Quranda "İxlas" surəsi İslam tövhidini aydın şəkildə bəyan etdiyinə görə "Tövhid" surəsi adlandırılmışdır. Bu surədə tövhidin açıqlamasında təqdim olunan məna üçlüyü birmənalı rədd edir:
«قُلْ هُوَ اللّهُ أَحَدٌ * اللّهُ الصَّمَدُ * لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ * وَ لَمْ یَکُنْ لَهُ کُفُواً أَحَد ٌ»
De: «Allah birdir. Allah ehtiyacsızdır. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur. Və heç bir zaman Ona tay olmamışdır». (1)
Bu surədə "əhəd" sözü "vahid" sözündə olmayan vəhdət mənasını daşıyır. "Əhəd" sözü prinsip etibarilə inkari cümlələrdə işləndiyi halda nəqli cümlədə yalnız Allah barəsində gəlmişdir və "vahid" kəlməsinin əksinə olaraq nə qnesioloji nə də ontoloji çoxluğu, mürəkkəbliyi və bənzərliyi qəbul etməyən bir varlığa dəlalət edir. "Vahid" kəlməsində isə fərzi olaraq onun bənzərlərini təsəvvür etmək mümkündür. Deməli, İslam baxımından Allah subyektiv və obyektiv olaraq bəsitdir. Onda heç bir mürəkkəblik ehtimalı ola bilməz. Amma xristian üçlüyü mürəkkəbliklə uyğundur.
Hədislərə istinadən İmam Əli (ə) Allahın vəhdaniyyətini soruşan birinə cavabında buyurdu: "Allahın yeganəliyinə etiqad dörd şəkildə ola bilər. Onlardan ikisi Allaha yaraşmaz. Digər ikisi isə ona layiqdir.
Birincisi, Allahın təkliyini say baxımından bir saymaqdır. Təkliyin belə izahı Allaha layiqli deyil. Çünki ikincisi və üçüncüsü olmayan varlıq saya daxil edilə bilməz (say baxımından iki, üç və digər rəqəmlər təsəvvür olunduqda “bir”i işlətmək məqbuldur).
İkincisi, Allahın təkliyini cinsdə bilməkdir. Məsələn, bu şəxs insan cinsinin bir fərdidir deyirik. Belə olduqda onun üçün bənzərlər təsəvvür etmişik (Allahın mahiyyəti olmadığı üçün cins, növ və növ fərqindən Allah münəzzəhdir. Çünki bütün bunlar mahiyyəti olan varlıqlara aiddir). Belə bir təfsir də Allaha layiq deyil.
Üçüncüsü, Allahın təkliyini onun tayı və bərabərinin, bənzərinin olmamasında bilməkdir. Dördüncüsü, Allahın təkliyini onun xaric və zehndə (obyektiv və subyektiv baxımdan) qisimlərə və hissələrə bölünməməsində görməkdir. Vəhdaniyyətin son iki təfsiri Allahın zatına layiqdir”. (2)
Tövhid surəsindəki "saməd" (ehtiyacsız) sözü elə bir şəxsi xatırladır ki, varlıq aləmi öz ehtiyaclarını ondan istəyir, onun pənahına sığınırlar. Belə bir şəxsin özü başqasına möhtac ola bilməz. Halbuki, həzrət İsa (ə) İncilin müxtəlif yerlərində atasından kömək istəyir. (3) Buna görə də ehtiyacsızlıq xüsusiyyətinə malik deyildir. Mübtədası xüsusi isim olan cümlədə "əlif-lam" artiklınında olması bu xüsusiyyətin yalnız Allaha aid olmasından xəbər verir. Yəni, zati baxımdan yeganə ehtiyacsız varlıq Allahdır.
“Əs-saməd” sözünü izah edən "Ləm yəlid və ləm yuləd" cümləsi İlahi zatın parçalanması və onun zatından nəyinsə ayrılması, qopması və bunun kimi nəticələr yaradan Allahdan bir şeyin sadir olmasını qətiyyətlə rədd edir. Bu üzdən "tövlid" sözündən hansı məna nəzərdə tutulursa tutulsun, "oğul tanrı" Quran nöqteyi-nəzərindən təsdiq olunmur. Ayə həmçinin Allahın başqa bir şeydən sadir olmasını da qeyri-mümkün sayır. Deməli, İslamdakı Allah nə ondan kəlimə sadir olan ata tanrı, nə bəşər tanrıdan sadir olan oğul tanrı, nə də ata tanrı və oğul tanrıdan yaranan müqəddəs ruhdur.
"Və ləm yəkun ləhu kufuvən əhəd" cümləsi də bu məsələyə təkid edir ki, heç bir şey Allahın kənarında və ona tay ola bilməz. Beləliklə üçlüyə daxil elementlərin həm zatdan, həm də şərik olmasını inkar edir. (4) (5)

Şərh qeydə alınmayıb