Qısa cavab:
Ətraflı cavab:
Sual:Təməttö həcci barəsində Ömər İbn Xəttabın nəzəri nə idi?
Cavab: Əbu Rəcadan nəql olunur ki, İmran ibn Həsin demişdir: “Təməttö həccinin ayəsi Quranda nazil oldu və onun ardınca Peyğəmbər bizə göstəriş verdi ki, ona əməl edək. Daha sonra onu nəsx edib qüvvədən salacaq bir ayə nazil olmadı, Peyğəmbər də dünyadan getdiyi vaxta qədər onu qadağan etmədi. Bir nəfər isə onun barəsində ürəyi istəyən kimi hökm çıxartdı.” (1)
İbn Kəsir öz təfsirində (2) Buxaridən nəql edərək yazır: “Buxarının burada üstüörtülü şəkildə dediyi bu mətləb başqa yerdə tam aydın şəkildə deyilmişdir: Ömər camaatı təməttö həccindən çəkindirdi.”
Qəstəlani “İrşad” kitabında (3) yazır: “Buna görə ki, o (Ömər) onu qadağan etdi.”
Həmçinin nəql olunur ki, Əbu Musa təməttö həccinin halal olması ilə bağlı fətva verirdi. Bir nəfər ona dedi: “Bəzi fətvaların barədə ehtiyatlı ol! Xəbərin yoxdur ki, səndən qabaq möminlərin əmiri həcc mərasimi barəsində hansı dəyişikliklər etmişdir!”
Əbu Musa deyir: "Beləliklə mən Ömərlə görüşdüm və bu məsələ ilə bağlı ona sual verdim. O, dedi: “Mən bilirəm ki, Peyğəmbər və onun səhabələri təməttö həccini yerinə yetirirdilər, lakin istəmirəm ki, camaat Ərak məntəqəsində (ehramdan çıxıb öz qadınları ilə) yaxınlıq etsinlər, qüsl suyunun damcıları başlarından üzlərinə axa-axa həcc əməllərini yerinə yetirməyə yollansınlar!” (4)
Həmçinin Salimdən belə nəql olunur: Mən İbn Ömərlə birlikdə məsciddə oturmuşdum. Şam əhalisindən bir nəfər daxil olub təməttö həcci barəsində soruşdu. İbn Ömər dedi: “Gözəl bir əməldir!” Şamlı kişi soruşdu: “Axı atan onu qadağan edirdi?!” İbn Ömər dedi:
ویلک! فإن کان أبی نهى عنها وقدفعله رسول الله(صلى الله علیه وآله) وأمر به أفبقول أبی آخذ أم بأمر رسول الله(صلىالله علیه وآله)؟! قم عنّی!
“Vay olsun sənə! Atam onu qadağan edirdisə, amma Peyğəmbər özü ona əməl edib göstəriş verirdisə, atamın fərmanına əməl edim, yoxsa Peyğəmbərin göstərişinə?! Qalx ayağa və məndən uzaqlaş!”
Nəql olunur ki, İbn Abbas təməttö həcci barəsində Əbubəkrin və Ömərin əməlinə istinad edərək onunla mübahisəyə edən bir şəxsə dedi:
یُوشَکُ أَنْ یُنَزَّلَ عَلَیْکُمْ حِجَارَةٌ مِنَ السَّمَاءِ أَقُولُ: قَالَ رَسُولُ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ) ، وَتَقُولُونَ: قَالَ أُبُو بَکْرٍ وَعُمَرُ
“Az qalır ki, səmadan başınıza daş yağsın! Mən deyirəm Peyğəmbər belə buyurmuşdur, siz isə deyirsiniz ki, Əbubəkr və Ömər belə etmişdir! (7)
1-“Səhihi Müslüm”, 1-ci cild, səh. 474 (3-cü cild, səh. 71), hədis: 172, “Həcc” kitabı; “Səhihi Müslüm”, 3-cü cild, səh. 71, hədis: 169-171, “Həcc” kitabı; Qurtəbi də onu həmin ibarələrlə öz təfsirində 2-ci cild, səh. 365 (2-ci cild, səh. 258) rəvayət etmişdir.Habelə bax: “Səhihi Buxari”, 3-cü cild, səh. 151 (2-ci cild, səh. 569), hədis: 1496, 1272-ci ilin çapı və “Səhihi Buxari”, “Təfsir” bölməsi, “Bəqərə” surəsi, 7-ci cild, səh. 24 (4-cü cild, səh. 1642), hədis: 4246, 1277-ci ilin çapı
2-“Təfsir”, İbn Kəsir, 1-ci cild, səh. 223.
3 – “İrşadus-sari”, 10-cu cild, səh. 61, hədis: 4518.
4-“Səhihi Müslüm”, 1-ci cild, səh. 472 (3-cü cild, səh. 67), hədis: 157, “Həcc” kitabı; “Sunənu İbn Macə”, 2-ci cild, səh. 29 (2-ci cild, səh. 992), hədis: 2979; “Musnəd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 50 (1-ci cild, səh. 81), hədis: 353; “Əs-sunənul-kubra”, 5-cİ cild, səh. 153 (2-ci cild, səh. 348), hədis: 3715.
5-“Təfsir”, Qurtəbi, 2-ci cild, səh. 365 (2-ci cild, səh. 258), Dar Qutninin nəqlinə əsasən.
6-“Zadul-məad”, İbn Qəyyim, 1-ci cild, səh. 215 (1-ci cild, səh. 209), “Şərhul-məvahib”in haşiyəsində, 2-ci cild, səh. 328
7-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 547.
Şərh qeydə alınmayıb