Qısa cavab:
Ətraflı cavab:
"Nisa" surəsinin 58-ci ayəsini mütaliə etməklə bu suala cavab vermək olar. Allah-taala buyurur:
إِنَّ اللّهَ یَأْمُرُکُمْ أَنْ تُؤَدُّوا الأَماناتِ إِلى أَهْلِها
«Allah sizə əmr edir ki, əmanətləri sahiblərinə qaytarasınız.»
"Əmanət" sözünün geniş məna daşıdığı, hər bir maddi və mənəvi sərvətə aid olduğu məlum məsələdir. Ayədə böyük bir təkidlə buyurulur ki, istisnasız olaraq hər bir müsəlman, istər müsəlmana istərsə də qeyri-müsəlmana xəyanət etməməlidir. Əslində bu, İslam dinində "insan hüquqlarına aid" maddələrindən biridir və bütün insanlar onun qarşısında bərabərhüquqludur.
Ayənin ikinci hissəsində digər əhəmiyyətli bir göstərişə rast gəlirik. Bu məsələ "hökumət və məhkəmədə ədalət" məsələsidir.
Buyurur:
وَ إِذا حَکَمْتُمْ بَیْنَ النّاسِ أَنْ تَحْکُمُوا بِالْعَدْلِ
«İnsanlar arasında hakimlik edərək, ədalətlə hökm çıxarın.»
Daha sonra bu iki əhəmiyyətli fərmana təkid edərək buyurur:
إِنَّ اللّهَ نِعِمّا یَعِظُکُمْ بِهِ
«Allah sizə gözəl bir öyüdlə nəsihət edir.»
Sonra yenə təkidlə buyurur:
إِنَّ اللّهَ کانَ سَمیعاً بَصیراً
«Həqiqətən Allah sizin sözlərinizi eşidir və işlərinizi görür.»
Bu da, ümumi və küllü bir qanundur, irili-xırdalı bütün işlərdə çıxarılan hökmlərə aiddir.
Hədislərdən birində belə nəql olunur:
Bir gün iki azyaşlı uşağın hər biri bir xətt çəkmişdi. Onlar öz aralarında kimin daha yaxşı xətt çəkdiyini müəyyən etmək üçün İmam Həsənin (əleyhis-salam) hüzuruna gəldilər. Kənardan baş verənlərə tamaşa edən Əli (əleyhis-salam) dərhal oğluna dedi:
یا بُنَىَّ أُنْظُرْ کَیْفَ تَحْکُمُ فَاِنَّ هذا حُکْمٌ وَ اللّهُ سائِلُکَ عَنْهُ یَوْمَ الْقِیامَةِ
"Övladım, neçə hökm çıxaracağına yaxşı diqqət et! Çünki bu da bir növ qəzavətdir. Allah-taala qiyamət günü onun barəsində sorğu-sual edəcək."
İslam dininin bu iki mühüm qanunu (hökumətdə əmanət və ədalətə riayət etmək) sağlam bir insan cəmiyyətinin bünövrəsidir. Heç bir cəmiyyət – istər maddi olsun, istərsə də ilahi, bu iki qanuna əməl etmədən sabitliyi qoruya bilməz.
Birinci qanunda deyilir: Əmlaklar, sərvətlər, vəzifələr, öhdəliklər, sərmayələr, mədəniyyətlər və tarixi irsin hamısı İlahi əmanətlərdir. Onlar cəmiyyətdə müxtəlif insanlara tapşırılır. Bu əmanətlərin qorunması və əsl sahiblərinə qaytarılması ilə əlaqədar mümkün səyləri etmək hamının vəzifəsidir. Bu əmanətlərə heç bir vəchlə xəyanət olunmamalıdır.
Digər tərəfdən həmişə cəmiyyətlərdə mənafelər uğrunda ziddiyyətlər və mübahisələr baş verir. Bu mübahisələr adil hökmlə həll olunmalı, istənilən ayrı-seçkilik, zülm və yersiz imtiyazlar cəmiyyətdə aradan götürülməlidir.
Yuxarıda qeyd etdiyimiz kimi əmanət deyəndə yalnız insanların bir-birinə tapşırdıqları əmlak nəzərdə tutulmur. Hətta alimlər belə cəmiyyətdə İlahi əmanətdarlardır. Həqiqətləri gizlətməmək onların vəzifəsidir. Hətta insanın övladları da Allahın əmanətləridir. Onların təlim-tərbiyəsində səhlənkarlığa yol vermək, əmanətə xəyanət sayılır. Ondan daha əhəmiyyətlisi insanın öz vücud və varlığıdır. Allahın ona verdiyi bütün güc və qabiliyyətlər pərvərdigarın əmanətləridir. İnsan onları qoruyub hifz etmək üçün səy göstərməli, bədən, ruh, gənclik enerjisi və düşüncəsinin mühafizə etməkdə səhlənkarlığa yol verməməlidir.
Odur ki, özünə qəsd etməyə və canına zərər yetirməyə haqqı yoxdur. Hətta bəzi hədislərdən belə başa düşülür ki, hər imamın özündən sonrakı imama tapşırdığı elm, sirr və əmanətlər də yuxarıdakı ayəyə daxildir.
Yuxarıdakı ayədə "əmanətin qaytarılması" məsələsi "ədalət" məsələsindən önə çəkilib. Bu mövqe bəlkə də ona görədir ki, hakimlikdə ədalətli olmaq, xəyanətin qarşı tərəfi, (qərəzsizlik) sayılır. Çünki ümumi qayda belədir ki, insanlar etibarlı və əmanətdar olmalıdır. Əgər kimsə bu qaydadan çıxsa, onlara öz vəzifələrini başa salmaq üçün növbə ədalətə çatır.
İslam qaynaqlarında digər mövzulularla müqayisədə bu iki mövzuya daha çox önəm verilib. Kiçik həcmli hədislərdə bu həqiqət diqqət çəkir.
1. İmam Sadiqdən (əleyhis-salam) nəql olunur ki, dedi:
لا تَنْظُرُوا اِلى طُولِ رُکُوعِ الرَّجُلِ وَ سُجُودِهِ فَاِنَّ ذلِکَ شَىْءٌ اعْتادَهُ فَلَوْ تَرَکَهُ اسْتَوْحَشَ وَ لکِنِ انْظُرُوا اِلى صِدْقِ حَدِیْثِهِ وَ أَداءِ أَمانَتِهِ
"İnsanların uzun-uzadı rüku və səcdə etməyinə baxmayın. Çünki bu, onlarda tərk edilməsindən qorxduqları bir adət halını ala bilər. Onların düz danışmasına və əmanətdarlığına baxın."
2. Digər bir hədisdə İmam Sadiqdən (əleyhis-salam) belə dediyi nəql olunur:
"Əlinin (əleyhis-salam) peyğəmbərin (səlləllahu əleyhi və alih) nəzərində yüksək məqama çatmasının səbəbi onun sözdə sədaqəti və əmanətdarlığına görə idi."
3. Nəql olunur ki, İmam Sadiq (əleyhis-salam) öz dostlarına belə dedi:
اِنَّ ضارِبَ عَلِىٍّ بِالسَّیْفِ وَ قاتِلَهُ، لَوِ ائْتَمَنَنِى وَ اسْتَنْصَحَنِى وَ اسْتَشارَنِى ثُمَّ قَبِلْتُ ذلِکَ مِنْهُ لاَ َدَّیْتُ اِلَیْهِ الأَمانَةَ
"Əgər Əlinin (əleyhis-salam) qatili mənə hər hansı əmanəti tapşırsaydı, məndən nəsihət istəsəydi və ya mənimlə məsləhətləşsəydi və mən də onu qəbul etsəydim, əmanətinə xəyanət etməzdim."
4. Şiə və əhli-sünnə qaynaqlarında nəql olunan hədislərin birində peyğəmbərin (səlləllahu əleyhi və alih) bu sözləri diqqəti cəlb edir:
آیَةُ الْمُنافِقِ ثَلاثٌ اِذا حَدَّثَ کَذَبَ وَ اِذا وَعَدَ أَخْلَفَ وَ اِذَا ائْتُمِنَ خانَ
"Münafiqin üç əlaməti var: yalançılıq, əhd-peymanı sındırmaq və əmanətə xəyanət."
5. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əliyə (əleyhis-salam) dedi:
سَوِّ بَیْنَ الْخَصْمَیْنِ فِى لَحْظِکَ وَ لَفْظِکَ
"Mübahisə tərəfləri sənin yanına gələndə hətta onlara baxarkən və onlarla etdiyin söhbət edərkən necəlik və miqdar baxımından bərabərlik və ədalətə riayət et." (1)

Şərh qeydə alınmayıb