Qısa cavab:
“Qardaşlıq” hədisinə görə peyğəmbər (s) yalnız Əlini (ə) özünün qardaşlıq məqamına yüksəltmişdir. Şübhəsiz ki, bu iş səbəbsiz deyildi; əksinə, o Allahın əmri əsasında idi. Bu fəzilət də ilahi bir fəzilət idi ki, Allah onu istədiyi şəxsə nəsib edir.
Ətraflı cavab:
Məhəmməd peyğəmbərin (s) özü ilə Əli (ə) arasında əqd bağlamaqda məqsədi onun mənzilət və kamalını elan etmək, eləcə də onun başqalarından üstün olduğunu göstərmək idi. Çünki rəvayətlərdən əldə olunduğu kimi, Peyğəmbər (s) hər kəsi, fəzilət və kamalda öz oxşarı ilə qardaş etdi. Deməli, Peyğəmbər (s)-in özü ilə Əli arasında qardaşlıq əqdi səhabələr arasında o həzrətin yeganə oxşarının Əmirəl-möminin Əli (ə) olmasını göstərmək üçün idi. Belə ki, bu mətləbi “Mübahilə” ayəsində “canlarımızı və canlarınızı çağıraq” - deyə buyurulan cümlədə də görmək olar. Bu məna həzrət Əlinin (ə) imamətinə dair bir rəmz hesab olunur. Buna görə də o həzrət, Ömərin ölümündən sonra xəlifə təyin etmək üçün toplaşan şurada bu hədisi – “qardaşlıq” hədisini xatırlatmışdı.
Məhəmməd ibn Təlhə Şafei bu hədisi nəql etdikdən sonra yazır:
وَ فِی ذَلِکَ مَا یُوْذَنُ بِعِظَمِ قَدْرِ عَلِىٍّ وَشَرَفِ مَحَلِّهِ وَالْمَآلِ وَلِهَذَا کَانَ یَفْتَخِرُ بِهَا وَیَقُولُ فِی کَثِیرٍ مِنَ الْاَوْقَاتِ: اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ
“Bu hədis Əlinin böyük əzəmət, yüksək məqam, şərəf və parlaq gələcəyindən xəbər verir. Buna görə də həzrət Əli bu fəzilətlə fəxr edir, çox vaxtlar deyirdi ki, mən Allahın bəndəsi və onun Peyğəmbərinin qardaşıyam.” (1)
Şeyx Mənsur Əli Nasif yazır:
هَذِهِ الْمُوَاخَاهُ وَقَعَتْ بَعْدَ الْهِجْرَهِ، فَقَدْ آخَى النَّبِىُّ (صَلَّى الله عَلَیْهِ وَسَلَّمَ) بَیْنَ الْمُهَاجِرِینَ وَاْلاَنْصَارِ لِزِیَادَهِ الرَّابِطَهِ وَالْمَوَدَّهِ بَیْنَهُمَا. وَبِهَذَا الْحَدِیثِ امْتَازَ عَلِىٌّ عَنْ بَقِیَّهِ اْلاَصْحَابِ
“Bu qardaşlıq hadisəsi hicrətdən sonra baş verdi. Peyğəmbər (s) mühacir və ənsar arasında dostluq əlaqələrini gücləndirmək üçün onlar arasında əqd bağladı. Bu hədis vasitəsilə Əli sair səhabələrdən seçilirdi.” (2)
Şərh qeydə alınmayıb