ELMİN İMANA TƏSİRİ

Görəsən, elmin insanın imanına təsiri varmı?

Elm imanın qaynağıdır, onunla möhkəm bağlılığı var. “İsra” və “Səba” surələrində bu məqama işarə edilir:
“Elm verilmiş kəslər Rəbləri tərəfindən nazil olana iman gətirirlər”. Habelə, Allah-taala “Ali-İmran” surəsində elmlə imanın möhkəm əlaqəsinə gözəl şəkildə aydınlıq gətirərək, belə buyurur: “Elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı da çoxdur”. Əlbəttə, elmin imanı formalaşdırmaqdan əlavə, mətanət və dönməzlik kimi səmərələri də vardır.

VİCDAN VƏ FİTRƏTİN DƏRK ETDİYİ MÖVZULAR

Vicdan və fitrətlə hansı mövzuları dərk etmək olar?

Fitrət və vicdandan qaynaqlanan bilgi və məlumatlar müxtəlif şaxələrə bölünür. Burada onlardan ən başlıcalarını – dörd şaxəsini nəzərinizə çatdıracayıq. Maraqlıdır ki, Quran ayələri də buna dəlalət edir:
1. Əxlaq kodeksində yaxşı və pisin, gözəl və çirkinin dərki;
2. Nəzəri arqumentlər üzərində duran rasional aksiomaların dərki;
3. Müəllim və ustada ehtiyac olmadan bir sıra etiqadi məsələlərdən xəbərdar olan dini fitrət;
4. İnsan vücudunun ənginliyində vicdan məhkəməsi. Hansı ki, “kiçik qiyamət” adlandırılacaq heyrətamiz bir məhkəmə zalıdır.

Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması

Görəsən, Qurani-kərim fitrət və vicdanı bilik (qazanma) qaynağı kimi təqdim edirmi?

Allah-taala “Şəms” surəsində insan nəfsinə xeyir və şərin ilham olunmasından xəbər verir, eyni halda əxlaqi vicdanın ilhamverici qaynağına, insanın günah və təqvanı dərk etməsinə işarə edir. “Ənbiya” surəsində də bütpərəstlərin özlərinə qayıtmasına, müşrikcəsinə pərəstişlərinə yenidən baxmalarından xəbər verir. Habelə, “Loğman”, “Ənkəbut”, “Bəqərə” və “Rum” surələrində eyni məna təqib edilir.

Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə

Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?

Allah-taala “Bəqərə” surəsində ilahi ayələrin nazilolma səbəbi kimi dərin düşüncə, ağıl və təfəkkürü göstərir. Bir sıra Quran ayəsi məzəmmətedici tərzdə, ağıl və düşüncədən faydalanmadıqları üçün insanları hesaba çəkir. Quran buyurur: Allah ağıl qüvvəsini insanların ixtiyarında qoydu ki, həqiqətlərin dərkində ondan yararlansın. Əks təqdirdə, məzəmmət olunacaq. Quran insan ağıl və zəkasını başlıca bilik qaynaqlarından sayaraq, hamını bir nəfər kimi bütün məsələlərdə dərin düşüncəyə, fikir yürütməyə dəvət edir.

Əqli idrak və qavrayışların bilik qaynağı olmasına dair fəlsəfənin baxışı

Əqli idrak və qavrayışların dəyəri barədə fəlsəfənin baxışı necədir?

Əksər filosoflar bir bilik qaynağı kimi əqli qavrayışları rəsmi tanıyırlar. Lakin empirik filosoflar onları tam etibarsız sayır, səbəb olaraq isə əqli qavrayışların xəta edə biləcəyini əsas gətirirlər.
Cavabında isə deyilməlidir: birincisi, aksiom qavrayışları nəzərilərdən ayırmaq lazımdır. Xəta aksiomlara aid deyil.
İkincisi, arqumentli məsələlərdə də dəqiqlik gözlənilsə, xəta baş verməz.
Üçüncüsü, xətadan söz gedirsə, deməli, bir sıra həqiqətləri qəbul etmişik və onlar sayəsində bəzi etiqadların xəta olduğunu anlayırıq.

Quran baxımından keçmiş nəsillərin əhvalatlarını oxumağın faydası

Quran baxımından keçmişdəkilərin sərgüzəştlərini mütaliə etməyin nə kimi səmərəsi var?

“Naziat” surəsində Fironun ağrılı əzabına işarə etdikdən sonra buyurur:
“Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı və bu macərada Allahdan qorxan və sayğı sahibləri üçün bir ibrət var”.
Bu ayədə, müşahidəsi mümkün olmayan həqiqətləri müşahidə halına gətirib oradan keçirmək mənasını verən “ibrət” sözü dayaq nöqtəsi seçilib.  

CƏHALƏTLƏ KÜFRÜN ƏLAQƏSİ

Cəhalətlə küfür arasında nə kimi əlaqə vardır?

Qurani-kərimin bir sıra ayələrini nəzərə alsaq, küfrün cəhalətdən qaynaqlandığını deyə bilərik. “Əraf” surəsində həzrət Musa (ə) Bəni-İsrailin digər müşriklərin sahib olduğu bütlər kimi bir bütə sahib olmaq istəyinin cəhalət və nadanlıqdan qaynaqlandığını hesab edir. Bütpərəstliyin tarixçəsi də göstərir ki, bu çirkin iş xurafat, mövhümat sayəsində inkişaf etmişdir, lakin tayfaların biliyi artdıqca bütpərəstlik və şirk aradan qalxmış, tövhid nuru yayılmağa başlamışdır. Həzrət Hud (ə) da “Əhqaf” surəsində Ad qövmünə buna oxşar söz deyir.

TARİXİ ÖYRƏNMƏYİN ƏHƏMİYYƏTİ

Niyə tarixi öyrənmək bu qədər əhəmiyyətlidir?

İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.

QURAN BAXIMINDAN AĞLIN FƏALİYYƏT VƏ FUNKSİYASI

Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?


Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1- Zikir: unutqanlığın antonimi kimi;
2- Fikir: düşünmək və ağılın fəaliyyəti;
3- Fiqh: dərk və dəlil əsasında elm əldə etmək;
4- Şüur: elm, bilgi və daxili hiss;
5- Bəsirət: idrak qüvvəsi və elm;
6- Dirayət: elm, savad və zəka.
Quranda ağıl üçün işlədilən, elm və idrak məfhumunu çatdıran bütün sözlər elmin prizmalarından birinə işarə edir və ona uyğun şəkildə istifadə edilmişdir.

 

Quran nöqteyi-nəzərindən insan əməllərinin əxlaqa təsiri

Görəsən, insanın əməlləri onun əxlaqına təsir edirmi? Əgər belədirsə, Quran baxımından insanın əməlləri əxlaqına necə təsir qoyur?

İnsanın əməlləri və əxlaq qarşılıqlı təsirə malikdir. Bəzi ayələrdə bu məqama işarə edilib. O cümlədən, “Mutəffifin” surəsinin 14-cü ayəsində çəkidə az satmağa işarə edilib və bu, insanın ruh və qəlbinə pas salır:

 “كَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ”.


“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə, əməlləri pas olaraq qəlblərinə hopub”.


Quranın buyurduğuna əsasən, bəzən pis bir işin təkrarı insan nəzərində gözəlləşməsinə səbəb olur. “Tövbə” surəsinin 103-cü ayəsində də, zəkatın əxlaqi və mənəvi təsirlərinə işarə edilib. Ayədə buyurulur:


“تُطَهِّرُهُمْ وَ تُزَكِّيْهِمْ بِها”


“Sən bu işinlə onları paklaşdırır və inkişaf etdirirsən”.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قالَ الصّادقُ عليه السّلام :

مَنْ ذُکِرْنا عِنْدَهُ فَفاضَتْ عَيْناهُ حَرَّمَ اللّهُ وَجْهَهُ عَلَى النّارِ.

نزد هر کس که از ما (و مظلوميت ما) ياد شود و چشمانش پر از اشک گردد، خداوند چهره اش را بر آتش دوزخ حرام مى کند.

بحارالانوار، ج 44، ص 285