ÖMƏRİN "FARUQ" VƏ ƏBUBƏKRİN "SİDDİQ" ADLANDIRILMASI

Əhli-sünnənin Ömərin “Faruq” və Əbubəkrin "Siddiq" adlandırılması barədə nəql etdikləri rəvayətin etibarı varmı?

Bu hədis Əli ibn Cəmil Rəqqinin düzəltdiyi saxta hədislərdəndir. Təbəranı onu nəql edərək yazır: “Bu hədis saxtadır. Əli ibn Cəmil həddindən artıq özündən hədis uyduran adamdır. Bu hədisi yalnız o nəql etmiş, Məruf ibn Əbi Məruf Bəlxi və Əziz ibn Əmr Xorasani – o da saxta hədis düzəldən bir adam olmuşdur – də bunu ondan oğurlamışlar.”

OSMANIN “ZUN-NUREYN” LƏQƏBİ İLƏ VƏSFİ

Əhli-sünnət mənbələrində Osmanın “Zun-nureyn” olması barəsində olan rəvayət etibarlıdırmı?

Zəhəbi “Mizanul-etidal” kitabında yazır: “Bu hədis saxta və uydurmadır, Əli ibn Cəmil tərəfindən məşhurlaşmışdır. Əbul-Qasim Bəşran da “Əmali” kitabında onu Məhəmməd ibn Əbd ibn Amir Səmərqəndinin vasitəsilə nəql etmişdir. Qeyd etmək lazımdır ki,  o, çox yalançı bir adam və həddindən artıq hədis düzəldən şəxs olub.”

“ƏBUBƏKRİN PƏNCƏRƏSİ” HƏDİSİNİN ARAŞDIRILMASI

“Əbubəkrin pəncərəsi” hədisinin mötəbər sənədi vardırmı?

Buxarinin nəql etdiyi “Əbubəkrin pəncərəsi” hədisinin sənədində Fuleyh ibn Süleyman, Əkrəmə vardır. Onlar etibarlı hesab olunmur. İbn Əbil-Hədid Mötəzili yazır: “Qapıları bağlayın” hədisi yalnız Əli (əleyhis-salam) barəsində nəql olunmuşdur, amma Əbubəkrin tərəfdarları onu dəyişərək Əbubəkrə aid etmişlər. Buna görə də sözü gedən hədisi onun nəql etdiyi saxta hədislərdən biri kimi qeyd etmək olar.

İBN CÖVZİ QAPILARIN BAĞLANMASI” HƏDİSİNİN SAXTA OLDUĞUNU İDDİA EDİR

“Qapıların bağlaması” hədisini şiələrin düzəltdiyini iddia edən İbn Cövzinin sözü etibarlıdırmı?

İbn Cövziyə görə "Əlinin qapısı" hədisini şiələr onu “Səhiheyn”də qeyd olunan “Əbubəkrin pəncərəsi” hədisinin qarşısında düzəltmişlər. Lakin bu hədislər mütəvatir həddində olmaqla yanaşı səhih sənədlərə də malikdirlər. Amma "Əbubəkrin pəncərəsi" hədisi sənədinin səhih olmasını fərz etsək belə, vahid xəbərdir. Buna görə də o, mütəvatir hədislərlə müqayisə edilə bilməz.

“QAPILARIN BAQLANMASI” HƏDİSİNİN SƏNƏDİNİN DOĞRULUĞU

“Qapıların bağlanması” hədisinin sənədinin doğru olmasını hansı yollarla sübut etmək olar?

“Qapıların bağlanması” hədisi bir çox məşhur əhli-sünnə kitablarında diqqət çəkir. Bu kitablarda sözü gedən hədis müxtəlif təriqlərlə nəql olunmuşdur. Əhməd, Nisai və Hakim onu güclü sənədlərlə nəql etmişlər. Həmçinin Təbəraninin “Əl-mü’cəmul-övsət” kitabındakı bu məzmunda nəql olunan hədis var.

 

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت

عَنِ الصّادقُ عليه السّلام :

يا زُرارَةُ! اِنَّ السَّماءَ بَکَتْ عَلَى الْحُسَيْنِ اَرْبَعينَ صَباحاً.

اى زراره ! آسمان چهل روز، در سوگ حسين بن على عليه السّلام گريه کرد.

جامع احاديث الشيعه ، ج 12، ص 552