İMAMƏT MƏQAMININ NÜBÜVVƏTDƏN ÜSTÜNLÜYÜ

Hansı əsasa görə imamət nübüvvət məqamından yüksəkdədir?

“İbtila” ayəsinə dərindən diqqət yetirməklə aydın olur ki, imamət məqamı nübüvvət məqamından yüksəkdədir. Nübüvvət məqamı Allah tərəfindən xəbər verməkdir, lakin imamət məqamı hidayət və rəhbərlik məqamı, hətta cəmiyyətin əlindən tutub hidayət etməkdir. Bu məqam insanları zahiri və batini cəhətdən hidayət etmə məqamıdır ki, dünya və axirətdə həqiqi kamala və səadətə nail olsunlar.

 

ŞİƏ NÖQTEYİ-NƏZƏRDƏN İMAMƏTİN İRSİ OLMASI

Şiələrin imamətin irsi olmasına münasibəti nədir?

“Peyğəmbərlərin canişinləri onların öz nəsillərindən seçilir” dedikdə məqsəd budur ki, Allah-taala onlara bu məqamı qəbul edə bilmək üçün lazımi qabiliyyət və ləyaqət vermişdir. Qurani-kərim bu qabiliyyətləri nəzərdə almaqla peyğəmbərlərdə irsi hökumətin olduğunu təsdiq edir

QEYB ELMİNİN ALLAHA MƏXSUS OLMASI

Qeyb elmini bilmək yalnız Allaha məxsusdurmu?

Qurani-Kərimdə həm qeyb elminin Allaha məxsus olduğunu göstərən eləcə də peyğəmbərlərə qeyb elmi bəxş olunduğunu göstərən ayələr var.  Qeyb elminin Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil formada nəzərdə tutulur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün sayan ayələrdə isə onun tabe, asılı və Allahın izni ilə verilən forması nəzərdə tutulur.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

رسول الله (ص)

طوبي لمن ظمأ أو جاء لله

خوشا کسي که در راه خدا گرسنگي يا تشنگي کشد

ميزان الحکمة 6 / 399