İNKAR EDƏNLƏRƏ CAVAB

Allahın sonsuz elm və qüdrəti axirət dünyasını inkar edənlərə cavab ola bilərmi?

Sanki bu məsələ cismani məadı inkar edənlərə bir cavabdır. Ayədə deyilir: "Göylərin və yerin qeybi (elmi) Allaha məxsusdur." Bu ayədə bir cümlədə bu suala bütün cəhətlərdən cavab verir ki, Allah bütün göylərin və yerin qeybini bilir, O, hər yerdə və həmişə hazırdır.
Bu səbəbdən ümumiyyətlə qeyb və gizli biliklər anlayışı onun barəsində mənasızdır. Hər şey onun nəzarəti altındadır.

 

QURANIN DƏLİLIƏRİ

Quran axirəti inkar edənlərə necə cavab verir?

Qurani-kərim müxtəlif ayələrdə bu yanlış fikrə cavab verir və “Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız” ayəsi bu zəmində ən qısa və ən maraqlı bəyandan istifadə edərək buyurur:
Özünüzün ilk öncə necə yarandığınıza baxın. Görün ki, sizin əsasən sudan və müəyyən qədər müxtəlif filizlərdən və onlara bənzər maddələrdən təşkil olunmuş bədəniniz əvvəllər harada idi?

YUXU VƏ ÖLÜM

Yuxu və ölümün nə kimi əlaqəsi var?

Quran ayələrindən aydın olur ki, ölüm zamanı Allah-taala ruhun bədənlə əlaqəsini kəsir və ruhu ruhlar aləminə göndərir. Yuxu zamanı da ruhu alır, amma bədənlə əlaqəsi tamamilə kəsilmir. Bu səbəbdən ruh bədənlə əlaqədar üç vəziyyətdə olur: Tam əlaqə (oyaq olarkən), natamam əlaqə (yuxu zamanı), əlaqənin tamamilə kəsilməsi (ölüm halı).

 

ÖLÜMDƏN QACIŞ

Quran ölümdən qaçmaq üçün cihaddan yayınan insanlara nə cavab verir?

Qurani-Kərimdə belə insanlara belə cavab verilir: "Harada olsanız, hətta möhkəm qalaların içində olsanız belə, ölüm sizi haqlayacaqdır." Sonda ölüm hətta möhkəm qalalarda olsanız belə, bir gün sizi öz caynağına alacaq. Belə isə yaxşı olar ki, bu mütləq və qaçılmaz ölüm insanı mənasız yerlərdə deyil, cihad kimi qurucu və doğru yolda olarkən haqlasın.

AKIL VƏ MƏKUL ŞÜBHƏSİ

“Akil və məkul” (yeyən və yeyilən) şübhəsi nə deməkdir? Bu şübhəyə necə cavab vermək olar?

Bu şübhəyə Quran ayələrində aydın şəkildə cavab verilərək deyilir: İnsanın bədənində ölüm zamanı mövcud olan sonuncu zərrələr, qiyamət günü həmin bədənə qayıdacaq.
Buna görə də başqa bir insan onunla qidalansa da bu hissələr onları yeyənin bədənindən çıxıb əsl sahiblərinin bədəninə qayıdacaq.

 

 

CAN VERMƏK

İnsan can verərkən nələr yaşayır?

Rəvayətə görə insanlar dünyadan gedəndə həsrət hər tərəfdən onlara hücum edər. Bədən üzvləri süstləşər və çöhrələrindən rəngləri qaçar.
Sonra ölüm caynaqları onlara daha artıq nüfuz edər. Öz ailəsinin arasında olsa da, gözləri ilə görsə də, qulaqları ilə eşitsə də dil açıb danışa bilməz. O, bu an ömrünü hansı yolda puç etdiyini fikirləşər. Həyatını hansı yolda keçirdiyini düşünər.

ÖLÜMÜN MAHİYYƏTİ

Ölüm nədir?

Qurana görə yoxluq deyil, bir dünyadan başqa dünyaya keçiddir. Rəvayətdə deyilir ki, ölüm möminləri günahdan pak edər və bu aləmin sonuncu narahatçılığıdır. Onların sonuncu günahlarının kəffarəsidir. Halbuki, ölüm kafirləri onların nemətlərindən ayırar. Onlara çatan sonuncu ləzzətdir.

ÖLÜM QORXUSU

Ölümdən qorxunun səbəbləri nədir?

İnsanların əksəriyyətinin ölümdən qorxmalarının əsas səbəbi bundadır ki, ölümdən sonrakı həyata imanları yoxdur və yaxud olsa da bu iman dərin bir inanc kimi onların fikir və istəklərinə hakim olmamışdır.
Amma insan bütün vücudu ilə inansa ki, dünya möminin zindanı və kafirin cənnətidir, bu torpaqdan yaranmış bədən onun ruhu üçün bir qəfəsdir və qəfəs sınandan sonra azad olacaq, dostla görüşmək ümidi ilə çırpınacaq.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

اصْرِفْ إلى الآخِرةِ وَجهَکَ، واجْعَلْ للهِ جِدَّکَ

به آخرت روى آور و توان و کوشش خود را براى خدا مصروف کن

ميزان الحکمه، جلد 1، ص 58