QURANIN CAVABI

Quranda axirəti inkar edənlərə necə cavab verilir?

Qurani-kərim müxtəlif ayələrdə bu yanlış fikrə cavab verir və “Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız” (2) ayəsi bu zəmində ən qısa və ən maraqlı bəyandan istifadə edərək buyurur:
Özünüzün ilk öncə necə yarandığınıza baxın. Görün ki, sizin əsasən sudan və müəyyən qədər müxtəlif filizlərdən və onlara bənzər maddələrdən təşkil olunmuş bədəniniz əvvəllər harada idi?
Sizin bədəninizdə işlənmiş suların hər damlası çox güman ki, Yer üzündəki okeanların birində üzməkdə idi. Sonra buxarlandı və buludlara çevrildi və yağış damcıları şəklində yerə töküldü.

BƏHANƏ

Axirəti inkar edənlərin bəhanəsi nədir?

Onlar bu üç bəhanədən istifadə edirlər:

1. Torpağa çevrildikdən sonra yenidən həyata qayıtmaq inandırıcı deyil. Çünki torpaq həyat mənbəyi ola bilməz.
2. Bu əqidə köhnədir və heç bir yeniliyi yoxdur
3. Axirəti rədd edənlərə əzab nazil olmur. Axirəti inkar edənlər bu dünyada əzaba düçar olmalıdırlarsa, nə üçün bu əzab onların yaxasını tutmur?

AXİRƏTİ İNKAR EDƏNLƏRİN ƏQİDƏSİ

Axirət dünyasını qəbul etməyənlərin ruhun qalması haqqında əqidələri nədən ibarətdir?

Bütpərəstlərin bir qrupu nə Allahı qəbul edir, nə də axirətə etiqad bəsləyirdilər. Quran onların dilindən belə nəql edir:
“Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; bir dəstə ölür, bir dəstə onların yerini tutur və bizi yalnız təbiət qanunu öldürür." Onların bir qrupu isə Allahı qəbul edirdilər və bütləri onun dərgahında şəfaətçilər sanırdılar. Bütün bunlarla məadı inkar edirdilər. Xüsusilə, onların “Hamə” adlı quşlara olan etiqadı çox məşhurdur. Ərəb əfsanələrinə görə, ərəblər arasında bir çox insanlar inanırdılar ki, insan ruhu bir quşdur və onun bədənində yayılmışdır. İnsan dünyadan gedəndə və yaxud öldürüləndə ruh onun cismindən ayrılaraq cəsədinin ətrafına dəhşətli şəkildə təvaf edir (fırlanır) və onun qəbrinin yanında nalə çəkir.

AXİRƏTİ İNKAR EDƏNLƏRİN DƏLİLLƏRİ

Məadı inkar edənlərin sözü nədir? Qurani-Kərim onlara necə cavab verir?

Qurani-Kərimdə axirəti inkar edənlərin dilindən deyilir: “Məgər biz öləndən, torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” Sonrakı ayə onların cavabını bəyan edərək buyurur: De: “Sizə müvəkkil olan ölüm mələyi sizin ruhunuzu bədəninizdən alar, sonra öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”
Yəni təsəvvür etməyin ki, sizin şəxsiyyətiniz sizin cismani bədəninizdən ibarətdir. Əksinə sizin şəxsiyyətinizin əsas hissəsini ruh təşkil edir. Ruh əbədidir.


 

AXİRƏTİ İNKAR EDƏNLƏRİN ƏQİDƏSİ (1)

Quran müşriklərin (bütpərəstlərin) axirətlə əlaqədar əqidələrini necə bəyan edir?

Qurani-kərimin “Duxan” surəsinin 34-36-cı ayələrində oxuyuruq:
"Onlar (müşriklər) deyirlər: “Bizim ölümümüz yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik!""

 “Ənam” surəsinin 29-cu ayəsinə də deyilir:
"Onlar dedilər: “Bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik!"”.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

کَفى بالإيثارِ مَکْرُمَةً

براى بزرگوارى، ايثار بس است

ميزان الحکمه، جلد 1، ص 22