Quran nöqteyi-nəzərindən insan əməllərinin əxlaqa təsiri

Görəsən, insanın əməlləri onun əxlaqına təsir edirmi? Əgər belədirsə, Quran baxımından insanın əməlləri əxlaqına necə təsir qoyur?

İnsanın əməlləri və əxlaq qarşılıqlı təsirə malikdir. Bəzi ayələrdə bu məqama işarə edilib. O cümlədən, “Mutəffifin” surəsinin 14-cü ayəsində çəkidə az satmağa işarə edilib və bu, insanın ruh və qəlbinə pas salır:

 “كَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ”.


“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə, əməlləri pas olaraq qəlblərinə hopub”.


Quranın buyurduğuna əsasən, bəzən pis bir işin təkrarı insan nəzərində gözəlləşməsinə səbəb olur. “Tövbə” surəsinin 103-cü ayəsində də, zəkatın əxlaqi və mənəvi təsirlərinə işarə edilib. Ayədə buyurulur:


“تُطَهِّرُهُمْ وَ تُزَكِّيْهِمْ بِها”


“Sən bu işinlə onları paklaşdırır və inkişaf etdirirsən”.

HƏDİS BAXIMINDAN ƏMƏLİN ƏXLAQDA ROLU

İslam hədisləri baxımından insan əməlinin öz əxlaqında nə kimi rolu var?

İslam hədisləri baxımından insan əxlaqının formalaşmasında onun əməlləri, xüsusilə günahları mühüm rol oynayır. İmam Baqir (ə) bu barədə buyurur:
“Hər bir bəndənin qəlbində nurlu bir yer vardır. İnsan günah etdiyi zaman həmin yerə qara bir nöqtə düşür. Tövbə etdiyi təqdirdə o qara nöqtə silinər, əks təqdirdə təkrar-təkrar günah iş görsə, qara nöqtə artar və nəticədə nurlu yeri tamamilə örtər. Bundan sonra o şəxs əlsa xeyir və yaxşılığa qayıtmaz...”.
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت

الإمامُ عليٌّ(عليه السلام)

مَن راقبَ أجلَهُ اغتَنَمَ مُهَلَهُ

هر که مراقب اجل خود باشد، فرصتهايش را غنيمت شمارد

ميزان الحکمه، جلد 1، ص 44