İLHAMLARININ VƏHY OLMASINA DAİR PEYĞƏMBƏRİN (s) YƏQİNLİYİNİN KEYFİYYƏTİ

Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?

Birincisi, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır.
İkincisi, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi.
Əgər kimsə: Günəşi hal-hazırda ayıq halda gördüyünüz hardan məlum? Bəlkə də yuxudasınız! – desə, sözsüz ki, buna etina etməyəcəyik, çünki sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil.

ELMİN İMANA TƏSİRİ

Görəsən, elmin insan imanına təsiri varmı?

Elm imanın qaynağıdır, onunla möhkəm bağlılığı var. “İsra” və “Səba” surələrində bu məqama işarə edilir:
“Elm verilmiş kəslər Rəbləri tərəfindən nazil olana iman gətirirlər”. Habelə, Allah-taala “Ali-İmran” surəsində elmlə imanın möhkəm əlaqəsinə gözəl şəkildə aydınlıq gətirərək, belə buyurur: “Elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı da çoxdur”. Əlbəttə, elmin imanı formalaşdırmaqdan əlavə, mətanət və dönməzlik kimi səmərələri də vardır.

Şeytani kəşf və intuisiya

Hər kəşf (mükaşifə) və intuisiya həqiqətin göstəricisidirmi?

Həqiqi kəşf və intuisiya ilə yanaşı qeyri-həqiqi və xəyali kəşf və intuisiyalar olduqca çoxdur. Yəni, bəzən arıdıcıl təlqinlərin təsirindən, düşüncə və zehnin yanlış istiqamət almasından yaranır, bəzən də şeytanın təlqinləri sayəsində insan gözü önündə reallıqla üst-üstə düşməyən mənzərələr canlanır. Əksər sufilərin yazılı əsərləri çox ehtimalla şeytani ilhamlardan – təlqinlərdən qaynaqlanan hadisələrdir.

RƏHMANİ MÜKAŞİFƏNİ ŞEYTANİ MÜKAŞİFƏDƏN VƏ REALLIĞI XƏYALDAN AYIRMAĞIN MEYARI

Rəhmani (ilahi) mükaşifəni şeytani mükaşifədən və reallığı xəyaldan ayırmağın hər hansı bir yolu varmı?

Rəhmani mükaşifəni tanımağın üç ümdə əlaməti var:
1.    Rəhmani mükaşifələr həm yəqin həddindədir, həm də imanın ən yüksək səviyyəsi ilə yanaşıdır. Halbuki, şeytani mükaşifələr bundan məhrumdur.
2.    Rəhmani mükaşifələr kitab və sünnəyə uyğundur, şeytani mükaşifələrdə isə belə deyil.
3.    Rəhmani mükaşifələrin məzmunu ağılauyğun olduğu halda, şeytani mükaşifələr başdan-ayağa mövhumat dolu və əsassızdır.

VİCDAN VƏ FİTRƏTİN DƏRK ETDİYİ MÖVZULAR

Vicdan və fitrətlə hansı mövzuları dərk etmək olar?

Fitrət və vicdandan qaynaqlanan bilgi və məlumatlar müxtəlif şaxələrə bölünür. Burada onlardan ən başlıcalarını – dörd şaxəsini nəzərinizə çatdıracayıq. Maraqlıdır ki, Quran ayələri də buna dəlalət edir:
1. Əxlaq kodeksində yaxşı və pisin, gözəl və çirkinin dərki;
2. Nəzəri arqumentlər üzərində duran rasional aksiomaların dərki;
3. Müəllim və ustada ehtiyac olmadan bir sıra etiqadi məsələlərdən xəbərdar olan dini fitrət;
4. İnsan vücudunun ənginliyində vicdan məhkəməsi. Hansı ki, “kiçik qiyamət” adlandırılacaq heyrətamiz bir məhkəmə zalıdır.

QƏDİM VƏ MÜASİR FƏLSƏFƏDƏ VƏHYİN İZAHI

Qədim və müasir fəlsəfə vəhyə necə izah verir?

Qədim filosofların bir qrupu bu barədə belə yazır:
Vəhyin qaynağı aktiv (fəal) ağıldır. Onlar peyğəmbərlərin aktiv ağılla yaxın əlaqəsinin olduğunu, ondan ilham aldıqlarını desələr də, lakin bu iddianı təsdiq edəcək hər hansı bir arqument göstərməyiblər.
Bəzi müasir filosofların etiqadına əsasən isə, vəhy şüuraltı zehnin təzahürü, yaxud aləmin rəmzli həqiqətləri ilə rabitədir, hansı ki bəzən daxili potensialdan doğur, bəzən riyazət, bəzən də digər səylər nəticəsində yaranır. Ancaq bu iki nəzəriyyə Qurandan istifadə edilən məna ilə uyğun deyil.

İslam hədislərində mükaşifə və intuisiya əldə etməyin yolu

İslam hədisləri nöqteyi-nəzərindən mükaşifə və intuisiya əldə etməyin yolu nədir?

Hədislərdə gələn ibarələrdən məlum olur ki, insanın imanı artdıqca, günahlar nəticəsində qəlbi əhatə edən pərdələr kənarlaşdıqca, insan varlıq aləminin sirlərini daha da kəşf edir. Belə ki, sonda İbrahimsayağı göy və yer səltənətini müşahidə edə bilər. O cümlədən, hədislərdə vurğulanır ki, insan qəlbi şeytandan təsirlənmədiyi təqdirdə mələkut aləminə nəzər sala bilər. Yaxud, hədislərdə həqiqi elm nur sayılmışdır, hansı ki Allah bəzi bəndələrinin qəlbinə salır və bəndə onun sayəsində qeyb aləmini görə bilir.

Əqli idrak və qavrayışların bilik qaynağı olmasına dair fəlsəfənin baxışı

Əqli idrak və qavrayışların dəyəri barədə fəlsəfənin baxışı necədir?

Əksər filosoflar bir bilik qaynağı kimi əqli qavrayışları rəsmi tanıyırlar. Lakin empirik filosoflar onları tam etibarsız sayır, səbəb olaraq isə əqli qavrayışların xəta edə biləcəyini əsas gətirirlər.
Cavabında isə deyilməlidir: birincisi, aksiom qavrayışları nəzərilərdən ayırmaq lazımdır. Xəta aksiomlara aid deyil.
İkincisi, arqumentli məsələlərdə də dəqiqlik gözlənilsə, xəta baş verməz.
Üçüncüsü, xətadan söz gedirsə, deməli, bir sıra həqiqətləri qəbul etmişik və onlar sayəsində bəzi etiqadların xəta olduğunu anlayırıq.

Quran baxımından keçmiş nəsillərin əhvalatlarını oxumağın faydası

Quran baxımından keçmişdəkilərin sərgüzəştlərini mütaliə etməyin nə kimi səmərəsi var?

“Yusif” surəsi keçmişdəkilərin sərgüzəştlərini təqib etməyin düşüncə sahiblərinin ibrətinə səbəb bildiyi halda, “Əraf” surəsi onu camaatın bilik və düşüncəsinə təkanverici amil sayır.
“Naziat” surəsində də Fironun əzabı allahpərəstlər üçün bir ibrət göstərilir. “Həcc”, “Muhəmməd (s)”, “Ali-İmran” və “Ənkəbut” surələrində isə yer üzündə seyrə istinad edilərək, onu qəlb və ağlın oyanış səbəbi, peyğəmbərləri təkzib edənlərin aqibətindən xəbərdar olmaq və s. amili hesab edilib.
“Bəqərə”, “Fəcr” və “Fil” surəsində də tarixin və onda baş verən sərgüzəştalərin qəlbi müşahidəsinə istinad edilib.

Təbiət barəsində təfəkkür – Quranın bilgi qazanmaq xüsusunda təklifi

Niyə Quran bizi təbiət barədə düşünməyə dəvət edir?

Quran bir bilik və tanıma qaynağı kimi hiss və müşahidədən istifadənin vacibliyinə çoxlu təkid edir. İnsanların diqqətini göyə və onun gözəlliklərinə, nəzminə və möhkəmliyinə çəkməsi, qəlblərin dirilməsi və Allahşünaslıq, tövhid yolunu keçməsi üçün onları yer-göy və məxluqatın sistematikliyinə baxmağa dəvət etməsi, yağışın yağmasına, ölmüş torpağın dirilməsini görməyə çağırması, yaradılışın əvvəlinə diqqətini yönəltməsi, insanı qidasına bir də baxıb onun necə yarandığını görməyə və ümumi olaraq, varlığın müxtəlif nəsnələri haqqında düşünməsinə dəvət etməsi bu qəbildəndir.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

رسول الله(صلى الله عليه وآله)

ظُلمُ الأجِيرِ أجرَهُ مِن الکبائِر

کم دادن مزد مزدبَر (کارگر) از گناهان بزرگ است

ميزان الحکمه، جلد 1، ص 38