imam əli 53 Material

PEYĞƏMBƏRİN (s) QUCAĞINDA

Nə üçün imam Əli (ə) öz uşaqlıq illərini həzrət Məhəmmədin (s) evində keçirib?

İslam tarixçiləri yazırlar ki, Məkkə əhalisinə böyük bir qıtlıq üz verəndə Peyğəmbərin (s) əmisi Əbu Talibin ailəsi böyük olduğu üçün o, məişət ehtiyaclarını ödəyə bilmirdi. Buna görə də Abbas Cəfəri, həzrət Məhəmməd (s) isə Əlini (ə) öz evinə apardı. Allah o həzrəti peyğəmbərliyə seçəndə həzrət Əli (ə) onun evində idi. Həzrət Əli (ə) onu təsdiqlədi və onun tərəfdarı oldu.

ƏHLİ-SÜNNƏ ALİMLƏRİ VƏ "ƏLİYYUN MƏƏL-HƏQQ" (“ƏLİ HAQQ İLƏDİR”) HƏDİSİ

Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?

Əliyyun məəl-həqq" (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi.

“HUD” SÜRƏSİNİN 17-Cİ AYƏSİNDƏ DEYİLƏN ŞAHİD KİMDİR?

“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?

Əksər təfsirçilərin fikrincə, “şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir.

“ƏLİYYUN MƏƏL-HƏQQ”HƏDİSİNİN SƏNƏDİNİN DÜZGÜNLÜYÜ

“Əli haqq ilədir”hədisinin sənədinin düzgünlüyün hansı yolla isbat etmək olar?

Bu hədisə Tirmizinin, Əbu Yəla Musilinin, Heysəminin, Hakim Nişapurinin, Zəhəbi və Hafiz Təbəraninin əsərlərində rast gəlmək mümkündür. Tirmizi bu hədisi “qərib” adlandırmışdır. Başqa nəqllərdə də hədisin ravilərinin adı ilə əlaqədar müxtəlif maraqlı fikirlər var.  

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت

قالَ رَسُولُ اللهِ(صلى الله عليه وآله):

جِهادُ الْکَبيرِ والصَّغيرِ والضَّعيفِ والْمَرأَةِ الْحَجُّ والْعُمْرَةُ.

جهاد بزرگ و کوچک، زنان و افراد ناتوان حج و عمره است.

سنن نسائى: 5/114