ƏHLİ-SÜNNƏ VƏ “AMAN” HƏDİSİ

Əhli-sünnə alimləri “Aman hədisi” adı ilə məşhur hədisi hansı ifadələrlə nəql etmişlər?

İbn Həcər və Süyuti bu hədisi belə nəql etmişlər:“Ulduzlar yer əhlinin qərq olmaqdan əmin-amanlıq vasitəsidirlər, mənim Əhli-beytim isə ümmətimin ixtilafdan amanda qalması üçün bir vasitəsidir. Ərəblərdən hər hansı bir dəstəsi onlarla müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər.”

QURANİ-KƏRİMDƏ ƏHLİ-BEYTƏ (ə)-a MƏHƏBBƏT

“Məvəddət” ayəsinə əsasən kimlərə qarşı məhəbbət bəsləmək tövsiyə olunmuşdur?

İmam Həsən (ə) oxuduğu xütbədə belə buyurdu: “Mən elə bir əhli-beytdənəm ki, Allah onlara məhəbbət bəsləməyi hər bir müsəlmana vacib etmiş və buyurmuşdur: “Ey Peyğəmbərimiz! De, mən risalət müqabilində sizdən ən yaxınlarıma məhəbbət bəsləməkdən başqa heç bir şey istəmirəm.

 

“AMAN” HƏDİSİNDƏKİ ƏHLİ-BEYT

“Aman” hədisində Əhli-beyt dedikdə kimlər nəzərdə tutulur?

Digər rəvayətlərə müraciət etməklə bu hədisdə Əhli-beytin kimlərdən ibarət olduğunu dərk etmək olar. Misal üçün, müşahidə edirik ki, “Səqəleyn” hədisində Əhli-beyt Peyğəmbərin (s) nəsli kimi təfsir olunur. “Təthir” ayəsi barəsində nəql olunan “Kəsa” hədisində də Əhli-beyt kəlməsi kəsa səhabələrindən olan beş nəfərə: Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseynə tətbiq edilir.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمامُ عليٌّ(عليه السلام)

المُؤْثِرونَ مِن رِجالِ الأعرافِ

ايثار گران از مردان «اعراف»اند!

ميزان الحکمه، جلد 1، ص 26