oruc 7 Material

NİYƏ DİNİ GÜNLƏR İLİN FƏSİLLƏRNƏ UYĞUN DEYİL?

Bilirik ki, ramazan ayı gah qışa, gah yaza, gah yaya, gah da payıza təsadüf edir. Demək, qəməri ayı dəqiq deyil və dəqiq tarixi göstərmir. Eyni zamanda, bayram günləri və matəm mərasimlərində də bu məsələ ortaya çıxır. Gah payıza, gah yaya, gah da digər fəsillərə təsadüf edir.

Qəməri ayları ilin fəsillərinə təsadüf etmirsə, bunun eybi yoxdur, çünki qəməri ilin təyini günəşin hərəkəti və fəsillərin yaranmasına əsaslanmır. Biz bayram və matəm günlərində fəsillərə riayət etmiriksə, bunun səbəbi bizim ölçü vahidimizin ayın hərəkətinə uyğun şəkildə təyin olunan “qəməri ayı” olmasıdır. Bizim nəzərdə tutduğumuz məsələ fərz olunan hadisənin hansı fəsildə yox, qəməri ilinin hansı günündə baş verməsidir. Digər tərəfdən qəməri ayları hesablamaq camaatın əksəriyyəti üçün şəmsi aylardan asandır. Belə ki, səhrada yaşayan əhali belə qəməri tarixini hesablaya bilər. Şəmsi tarixini hesablamaq üçünsə mütləq təqvimə ehtiyac vardır.
 

QÜTÜBLƏRDƏ NAMAZ QILIB ORUC TUTMAQ

Qütb məntəqələrində necə namaz qılıb oruc tutmaq olar?

Belə məntəqələrdə günəşin üfüq ətrafında hərəkəti həmişə eyni olmur. Yəni, üfüq ətrafında dövr elədiyi 24 saat ərzində bəzən ən yüksək nöqtəyə yüksəlir, bəzən də ən aşağı nöqtədə yer tutur. Beləliklə, hava bəzən çox işıqlı, bəzən də zəif işıqlı olur. Beləliklə, orada gecə və gündüzü təyin etmək asanlaşır. Bir çubuğu torpağa sancıb baxırıq, onun kölgəsinin ən az olduğu bir vaxt “zöhr”, ən çox olduğu vaxt isə“gecə yarısı” dır. Beləliklə zöhr və gecə yarısını təyin etmək məsələsi asanlıqla həll olur. İlin həmin vaxtı adi məntəqələrdə gecə və gündüzün miqdarını bilsək, məsələn, yayın əvvəli gündüzlər adətən, 14 saat, gecələr 10 saatdır, Beləliklə, gündəlik namazlar və orucun hökmü aydın olur.

ORUC TUTMAĞIN TƏSİRİ VƏ FAYDALARI

Orucun əhəmiyyəti və insan üçün olan faydaları nədən ibarətdir?

Əslində orucun ən böyük hikməti onun mənəvi təsiridir. Susayanda və acanda müxtəlif çeşiddə yemək və içkilərdən istifadə eləmək qabiliyyətinə malik olan insan çay kənarında yerləşən bağda boy atan ağaca bənzəyir. Bu cür ağaclara xüsusi qayğı göstərildiyindən, onların müqaviməti zəifdir. Su bir neçə gün onlara çatmasa, quruyub aradan gedərlər. Amma qayalar içində, dağ və səhrada bitən ağaclar elə fidan vaxtlarından tufana, günəşin istisinə, qışın soyuğuna sinə gərdiyindən, möhkəm və davamlı olur. Bundan əlavə oruc tutmağın ictimai və tibbi faydaları da var. Bu dini əmri yerinə yetirməklə varlılar bir tərəfdən, acların vəziyyətini hiss edir, digər tərəfdən, gündəlik yeməklərinə qənaət edərək onlara kömək edə bilirlər. Həmçinin oruc bədənin artıq, lazımsız, həzm olunmamış maddələrini yandırır, daha dəqiq desək, oruc evi dibindən təmizləmək kimidir.
 

ORUCUN HİKMƏTİ

Orucun nə kimi hikmətləri vardır?

Orucun mühüm faydaları insan ruhunu lətafətləndirmək, insan iradəsini qüvvətləndirmək və onun cinsi istəklərini tənzimləyərək ətalətdə saxlamaqdan ibarətdir. Həmçinin orucun ictimai təsirləri heç kəsə gizli deyil. Oruc cəmiyyətdə bərabərlik yaradır. Bu vacibatı yerinə yetirməklə imkanlı şəxslər imkansız və yoxsulların aclıq və susuzluqlarını birbaşa olaraq hiss edirlər. Eləcədə tibb elmi orucun müxtəlif xəstəliklərin müalicəsində inkarolunmaz rolu olmasını təsdiq edir. Bilirik ki, əlavə yemək ya həzm olunmayıb zərərli yağlar kimi bədənin müxtəlif nöqtələrində, ya da şəkər kimi qanda yığılıb qalır. Bu əlavə maddələr əzələlər arasında yerləşib pis qoxulu bataqlıq kimi mikrob və müxtəlif maddələrin inkişafına şərait yaradır. Buna görə də, belə hallarda bu xəstəliklərlə mübarizə və bataqlığı məhv eləmək üçün ən yaxşı yol oruc tutmaqdır.

SƏFƏRDƏ ORUC TUTMAQ

Niyə şiələr səfərdə olarkən oruc tutmağı haram hesab edir?

Quran ayəsi oruc tutmağı vacib edir: “Sizin üçün oruc tutmaq yazıldı (vacib edildi).” Lakin növbəti ayədə üç dəstə istisna edilir: Xəstələr, səfərdə olanlar, bacarmayan şəxslər. Növbəti ayə orucun vaxtının xəstə olmayanlar və vətəndə olanlar üçün Ramazan ayı olduğunu bildirir. Bunun üçün “müəyyən edilmiş günlər” cümləsindən istifadə olunmuşdur. Amma xəstələr və səfərdə olanlardan ibarət iki dəstə üçün oruc tutmaq müddəti başqa günlərə keçirilib. Belə ki, buyurulur: ” Ramazan ayının günlərində deyil, başqa günlərdə oruc tutsunlar.” Həmçinin Müslim öz səhihində nəql edir: "Allahın Rəsulu (s) hicri 8-ci ilin Ramazan ayında Məkkəyə doğru hərəkət etdi. “Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istəyir və hamı görsün deyə, qabı öz əlləri ilə yuxarı qaldırdı. Sonra da suyu içdi. Allahın Rəsuluna (s) xəbər çatdırırlar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu: “Onlar günahkardılar, onlar günahkardılar!”"

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت

قالَ الصّادقُ عليه السّلام :

ما مِنْ عَيْنٍ بَکَتْ لَنا اِلاّ نُعِّمَتْ بَالنَّظَرِ اِلَى الْکَوْثَرِ وَ سُقِيَتْ مِنْهُ.

هيچ چشمى نيست که براى ما بگريد، مگر اينکه برخوردار از نعمتِ نگاه به (کوثر) مى شود و از آن سيرابش مى کنند.

جامع احاديث الشيعه ، ج 12، ص 554