cəhənnəm 9 Material

CƏNNƏTDƏ ƏBƏDİLİK VƏ “Hud”SURƏSİNİN 108-ci AYƏSİ

“Hud” surəsinin 108-ci ayəsi "əbədilik" məsələsi ilə ziddiyyət təşkil edirmi? Bizim əqidəmizə görə, cənnətə daxil olan insanlar bir daha oradan çıxmayacaq və əbədi olaraq orada qalacaqlar. Çoxsaylı ayələr bu məsələni (cənnətdə əbədilik) birmənalı şəkildə sübuta yetirir, lakin “Hud” surəsinin 108-ci ayəsindən ilk baxışda əbədilik başa düşülmür. Ayə belədir: وَاَمَّا الَّذِینَ سُعِدُوا فَفِى الْجَنَّهِ خَالِدِینَ فِیهَا مَا دَامَتِ السَّماوَاتِ وَ الاَرْضُ اِلاَّ مَاشَاَ رَبُّکَ عَطَاً غَیْرَ مَجْذُوذ " Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. Göylər və yer durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. Bu, ardı-arası kəsilməyən bir bəxşişdir." “Rəbbinin istədiyi şey istisna olmaqla” cümləsindəki istisna onu göstərir ki, bir gün Allah onların o nemət diyarından çıxarılmasını da istəyə bilər. Halbuki, digər ayələrdə onların heç bir zaman cənnətdən çıxmayacaqlarının şahidi oluruq. Belə olan təqdirdə, sözügedən ayənin mənasını necə başa düşmək olar?

“Hud” surəsində deyilir ki, göylər və yer durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. Bu, ardı-arası kəsilməyən bir bəxşişdir.

Təfsirçilərə görə Allah-taala əbədi cənnətlə bağlı vəd vermiş və əsla öz vədinə xilaf çıxmayacaq. Lakin bir çoxlarının zehnində belə təsəvvür yaranmamalıdır ki, bu qəti vəd ilə artıq iş bitmiş və hər şey Allahın əlindən çıxmışdır. O hətta onları cənnətdən çıxarmağa və nemətləri onların əllərindən geri almağa da qadir deyil.

ALLAHIN XİTAB ETMƏSİ

Cəhənnəmin şüursuz bir varlıq olmasına baxmayaraq, Qiyamət günü Allah ona necə xitab edəcək?

Bəzi ayələrdə axirətdə cəhənnəmə xitab olunacaq və o da cavab verəcək. Bunu üç cür izah etmək olar. Birincisi, bu, bir növ bənzətmə və onun vəziyyəti barədə açıqlamadır. İkincisi, axirət dünyası həqiqi həyat və yaşayış dünyasıdır. Hətta cənnət və cəhənnəm kimi varlıqlar da bir növ həyat, dərk və şüura malik olacaqlar. Üçüncüsü, xitab olunanlar cəhənnəmin məmur və keşikçiləridir. Məhz onlar xitabın cavabını verəcəklər.

 

CƏHƏNNƏMİN ƏHATƏ DAİRƏSİ

Quranda cəhənnəmin kafirləri əhatə etdiyi deyilərkən məqsəd nədir?

Bəzi alimlərə görə, ayədə cəhənnəmə daxil olma səbəbləri, yəni günahların onları əhatə etməsi nəzərdə tutulur.
Digər alimlərə görə isə, bu, gələcəkdə baş verəcək qəti hadisələrdəndir ki, "keçmiş" və yaxud "indiki" zaman formasında bəyan olunmuşdur. Belə ki, cəhənnəm gələcəkdə onları öz əhatə dairəsinə alacaqdır.


 

CƏHƏNNƏMİN HARADA OLMASI

Cəhənnəm hal-hazırda mövcuddursa, harada yerləşir?

Cənnət və cəhənnəm bu dünyanın içindədir. Həmçinin, demək olar ki, axirət dünyası, cənnət və cəhənnəm bu aləmi əhatə edir. Biz göyü, yeri və müxtəlif planetləri öz gözümüzlə görürük, amma bu dünyanın daxilində yerləşən aləmləri görmürük. Əgər başqa cür görmə və dərketmə qabiliyyətimiz olsaydı, hazırda onları da görə bilərdik.
Bu aləmdə çox elə varlıqlar var ki, dalğaları bizim gözümüzlə görülə bilməz.


 

BÜTÜN İNSANLAR CƏHƏNNƏMƏ DAXİL OLACAQ

Qiyamət günü bütün insanların cəhənnəmə daxil olması nə deməkdir?

Quran ayəsində deyilir: "Sizdən Cəhənnəmə varid (daxil) olmayan bir kəs qalmayacaqdır." Bir çox təfsir alimlərinə görə bütün insanlar cəhənnəmə daxil olacaqlar, lakin cəhənnəm yaxşı insanlar üçün Nəmrudun qaladığı tonqalın İbrahim peyğəmbər (əleyhis-salam) üçün soyuduğu kimi soyuq və əmin-aman olacaqdır.
Çünki odun, alovun onlarla heç bir uyğunluqları yoxdur. Sanki onlardan uzaqlaşıb qaçacaq, onlar harada olsalar sönəcək. Lakin cəhənnəm əhlinin cəhənnəm atəşi ilə uyğunluqları vardır. Onlar od vurulan alışqan maddə kimi dərhal alışıb yanarlar.


 

CƏHƏNNƏMİN QAPILARI

Cəhənnəm qapılarının çoxluğu nə deməkdir?

Təfsirlərin birinə görə cəhənnəmin qapıları dedikdə, cənnətin qapıları kimi insanı cəhənnəmə sürükləyən amillər nəzərdə tutulur. Günahlardan hər biri və xeyir əməllərdən hər biri bir qapı hesab edilir. Hədislərdə də bu məsələyə işarə olunmuşdur. Bu təfsirə əsasən 7 ədədi sayı deyil, çoxluğu göstərmək üçündür.

 

CƏHƏNNƏMİN SİFƏTLƏRİ

Quran Cəhənnəmin və orada olanların vəziyyətini necə bəyan edir?

Quran ayələri cəhənnəmi belə təsvir edir:
“Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onların orada ah-vay fəryadı ucalar.” Digər ayədə deyilir:
“Cəhənnəmə deyərik: «Doldun?» Və o deyər: «Daha artıq varmı?»”
Demək, cəhənnəmin miqyası geniş olsa da onları bu genişlikdə elə məhdudlaşdırar ki, bəzi hədislərə görə mıx divara necə girirsə cəhənnəmə  elə daxil olarlar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الامام علي (ع)

صوم النفس عن لذات الدنيا انفع الصيام

روزه نفس از لذتهاي دنيا سودمند ترين روزه است

ميزان الحکمة 6 / 396