salam4 Material

“İNSAN”SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “İnsan” surəsində cənnət nemətlərini necə vəsf edir?

Allah-taala sözügedən ayələrdə ən azından müxtəlif nemətlərin adını çəkir. Məsələn, Allah-taala səbr etdiklərinə görə onları Cənnətlə və ipəklə (ipək libaslarla) mükafatlandıracaqdır. Onlar gözəl taxtlara söykənərək, orada nə günəşin istisini, nə də soyuğun sərtliyini görəcəklər. Cənnət ağacları onların başları üstünə kölgə salır. Cənnətdə onlar zəncəfil qatılmış təhur şərabla ləbələb camdan içərlər.

"VAQİƏ" SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

“Vaqiə” surəsində cənnət nemətləri necə təsvir edilir?

“Vaqiə” surəsinin ayələrində ən azından yeddi belə nemət sayılır: Onlar bir sıraya düzülmüş və bir-birinə yapışmış taxtlar üzərindədirlər. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya (əyləşmişlər). Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan yeniyetmələr dolanacaq və onlara xidmət edəcəklər. Pak şərabla dolu qədəhlər, piyalələr və camları Cənnətin axar çaylarından doldurub onları sirab edərlər. Nə başları ağrıyar, nə də ağıllarını itirərlər. Və seçdikləri meyvələrlə…və meyilləri çəkən quş ətini… və hurilərdən olan gözəl həyat yoldaşları… Sədəfdə gizlənmiş inci kimi. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər. Orada eşidilən yeganə söz salam, salamdır.

SALAM

Mələklər hansı sözlərlə cənnət əhlini qarşılayarlar?

Qurani-Kərimdə bu məsələyə işarə olunur: "Mələklər Cənnətin hansı qapısından onların yanına daxil olsalar deyərlər: “Etdiyiniz səbrin müqabilində salam olsun sizə! O dünyanın sonu necə də gözəldir!” Bəzən Cənnətə daxil olduqdan sonra mələklərin salam və alqışları ilə üzləşəcəklər. Bəzən ruhları canlarından alınarkən bu salam ölüm mələkləri tərəfindən onlara bəxş edilər. Onlar belə deyərlər: “Salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə daxil olun!”

“ƏNBİYA” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Ənbiya” surəsinin 102 və 103-cü ayələrində hansı cənnət nemətlərindən söz açır?

“Ənbiya” surəsində Cənnət əhlinə veriləcək dörd böyük ilahi nemətdən söz açılır: Onlar odun səsini (uğultusunu) əsla eşitməyəcəklər. Ürəkləri istəyən nemətin (Cənnət nemətlərinin) içində əbədi qalacaqlar. O böyük vahimə onları kədərləndirməz. Mələklər onları qarşılayaraq təbrik edər, gözaydınlığı və müjdə verərlər: “Bu, sizə vəd olunmuş həmin o gündür!”.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الامام علي (ع)

صوم النفس عن لذات الدنيا انفع الصيام

روزه نفس از لذتهاي دنيا سودمند ترين روزه است

ميزان الحکمة 6 / 396