cnnt5 Material

HEYVANLARIN MƏHŞƏR SƏHNƏSİNDƏ HAZIR OLMALARININ DƏLİLLƏRİ

Hansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?

Təfsir alimlərinin əksəriyyəti də bu məsələni qəbul etmişlər ki, bütün canlı növlərini axirət, mükafat və ya cəza gözləyir. Şübhəsiz ki, hesab və cəzanın ilkin şərti ağıl və şüur məsələsi, onun ardınca isə vəzifə və məsuliyyətdir. Təfsirçilər də bu qənaətdədir ki, heyvanlar da özlərinə uyğun formada dərk və şüura malikdirlər. Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nizam-intizama malikdir, onların ali səviyyədə dərk və şüurlarını nümayiş etdirir. Məsələn, qarışqalar, bal arıları və onların valehedici qanunları haqqında, eləcə də yuva və pətəklərinin heyranedici nəzmi haqqında eşitməyən və onların təqdirəlayiq dərk və şüurlarına “afərin” deməyən bir insan yoxdur. Bu üzdən onların da axirətdə məşhur olması tamamilə mümkün sayılmışdır.  

 

LİQAULLAH

“Liqaullah” nə deməkdir?

“Liqaullah” ifadəsi Qurani-kərimdə “Qiyamət səhnəsində hazır olmaq” mənasında işlənir. “Liqa” sözü “görüş” mənasında işləndiyinə baxmayaraq Allahla görüş dedikdə insanların bir-biri ilə fiziki görüşmələri kimi görüş nəzərdə tutulmur. Çünki Allah nə cisimdir, nə də zahiri gözlə görüləcək rəngi və məkanı var.

ZALIMLARLA QARŞIDURMA

Zəif və zülmə məruz qalmış insanlar Qiyamət günü öz günahlarını təkəbbürlü zalım insanların boynuna ata bilərlərmi?

Quran ayəsinə görə zəif və zülmə məruz qalmış insanlar bütün günahlarını zalım insanların boynuna atmağa çalışacaqlar. Lakin müstəkbir insanlar onların bu etirazını qəbul etməzlər. Çünki iradələrinin azad olduğu təqdirdə onların əsassız sözlərinə təslim olmuşlar, küfrə üz gətirmişlər və peyğəmbərlərin məntiqi sözlərini unutmuşlar.

KORLUQ

Quran bəzi insanların Qiyamət günü kor olmasının səbəbini necə izah edir?

Belə insanların qiyamət günü kor olmasını belə izah etmək olar ki, dünyanın bütün həqiqətləri orada mütənasib şəkildə təcəssüm edir. Bu dünyada qəlb gözləri həqiqətləri görməkdə kor olan insanların orada cismani gözləri kor olacaq. Bu üzdən “biz qabaq görürdük, nə üçün bura kor gəlmişik?” deyə soruşanda onlara deyilər: “Bu, sizin ilahi ayələri unutduğunuza görədir."

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمامُ عليٌّ(عليه السلام)

الأجلُ مَساقُ النَّفْسِ، و الهَرَبُ مِنه مُوافاتُهُ

مدّت زندگانى (اجل) ميدان راندن جان است و گريز از مرگ رسيدن بدان

ميزان الحکمه، جلد 1، ص 44