peymbr9 Material

PEYĞƏMBƏRİN CANİŞİNLƏRİNİN ALLAH TƏRƏFİNDƏN TƏYİN EDİLMƏSİ

Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?

Qurani-kərimin ayələrinə nəzər salmaqla aydın olur ki, keçmiş peyğəmbərlərin canişinləri də mütəal Allah tərəfindən təyin olunub. Məsələn, “Ənbiya” surəsinin 70-ci ayəsində deyilir ki, “Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər.

QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) SONUNCU PEYĞƏMBƏR OLMASINA DAİR SÜBÜTLAR

Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?

 Peyğəmbərin (s) xatəmiyyəti ilə əlaqədar dəlil olaraq istifadə olunan ayələr iki qrupdur:
1. Nübüvvətin həmişəlik olaraq sona çatdığını aşkar formada çatdıran ayələr.
 « وَلکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیینَ»
2. Digər dörd ayə isə Peyğəmbərdən (s) və islam şəriətindən sonra onu aradan aparacaq digər asimani kitab və ya şəriət gəlmiyəcəyinə dəlalət edir.

CANİŞİNLƏR PEYĞƏMBƏRLƏRİN NƏSLİNDƏNDİR

Peyğəmbərlərin canişinləri onların öz nəslindən olubmu?

Həzrəti Adəmdən Həzrət Məhəmməd peyğəmbərin (s) tarixinə qədər – nəzər salsaq, başa düşərik ki, peyğəmbərlərin hər birinin bir və ya bir neçə canişini olmuşdur. Məsələn, Həzrəti Adəmin canişini Şeys, Nuhun canişini Sam, İbrahimin canişini oğlu İsmayıl, زSüleyman olmuşdur.

 

OURAN PEYĞƏMBƏRİN ƏHLİ -BEYTİNƏ XÜSÜSİ ƏHƏMİYYƏT VERİR

Quranda Allah-taalanın Peyğəmbərin Əhli-beytinə xüsusi diqqətini göstərən ayə vardırmı?

Peyğəmbərin əhli-beytindən və yaxınlarından söz açan bir neçə ayədə bunu görmək olar. Məsələn, Allah-taala Öz peyğəmbərinə xitab edərək buyurur: "Camaata de ki, mən sizdən ən yaxın qohum-əqrəbama qarşı məhəbbətdən başqa heç bir şey istəmirəm":
 

İnsan elminin məhdudluğu

İnsan elminin miqdarı nə qədərdir?

Bir qrup müşrik Peyğəmbərdən (s) ruhla əlaqədar sual soruşduqdan sonra, Quran elm və bilikdən nəsiblərini çox az bilərək “Loğman” surəsində bəzi Allaha məxsus elmlərə aydınlıq gətirir və orada beş elmə işarə edir: Qiyamətin bərpası, yağışların yağışı, ana bətnindəki embrionlar, insan əməlinə bağlı gələcək hadisələr və hər kəsin ölüm məkanı iləbağlı elmlər . Bundan əlavə, “İsra” surəsində ümumi varlıqların təsbih və həmdindən söz açılır, hansı ki onların dilini anlamaq qüdrətimiz yoxdur. Bu özü elm və biliyimizin məhdudluğuna bir sübutdur.

PEYĞƏMBƏRƏ (s) GƏLƏN İLHAMLARIN VƏHY OLMASINA DAİR ONUN ƏMİNLİYİ

Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?

Birincisi, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır.
İkincisi, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمامُ عليٌّ(عليه السلام)

مَنْ آثَرَ على نَفْسِهِ استحَقَّ اسمَ الفضيلةِ

هر که ايثار کند، برازنده نام فضيلت است

ميزان الحکمه، جلد 1، ص 26