Qısa cavab:
Ətraflı cavab:
Kollektiv həyatın insanlar üçün böyük faydası və bərəkəti var. Bu faydalar insanı ictimai həyat tərzinə sövq edir. Amma bütün bunlarla yanaşı kollektiv həyat onun üçün müəyyən məhdudiyyətlər də yaradır. Kollektiv həyat tərzinin saysız-hesabsız faydalarının müqabilində bu kimi məhdudiyyətlər o qədər cüzidir ki, bəşər ilk günlərdən ictimai mühitdə yaşamağa üstünlük vermiş və sözü gedən məhdudiyyətləri qəbul etmişdir. İctimai həyatda insanların taleləri bir-birinə bağlı olduğuna, cəmiyyətdə fərdlərin bir-birlərinin taleyində rol oynadığına görə digərlərinin əməllərinə nəzarət etmək hüququ təbii bir hüquqdur və kollektiv həyatın xüsusiyyətlərindəndir. Bu məsələ maraqlı tərzdə yuxarıda Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql etdiyimiz hədisdə öz əksini tapmışdır. Ona görə də bu fərizəyə əməl etmək fərdi azadlığa təkcə zidd deyil, həm də insanların bir-biri ilə münasibəti zamanı daşıdıqları vəzifədir. (1)
Şərh qeydə alınmayıb