Qısa cavab:
Ətraflı cavab:
Şübhəsiz ki, Allah yolunda aşkar və ya məxfi formada infaq etməyin hər ikisinin faydaları var. Aşkar şəkildə Allah yolunda infaqın vacib növünü yerinə yetirsə, o, insanları buna şövq edir və haqqında vacib vəzifəni yerinə yetirib-yetirməməsi ilə bağlı şübhələri də aradan qaldırır. Yerinə yetirilən infaq müstəhəbdirsə, əslində o, bir növ praktiki təbliğ etmiş olur. İnsanları xeyir işlərə, imkasızlara kömək – faydalı, ictimai xeyriyyə işlərinə şövq edir. İnfaq məxfi şəkildə insanların gözündən kənar bir tərzdə həyata keçirilirsə, sözsüz ki, riyakarlığı daha az, saflıq daha çox olacaq. Ona görə də "Bəqərə" surəsinin 271-ci ayəsində deyilir:
إِنْ تُبْدُوا الصَّدَقاتِ فَنِعِمّا هِیَ وَ إِنْ تُخْفُوها وَ تُؤْتُوهَا الْفُقَراءَ فَهُوَ خَیْرٌ لَکُمْ
«Əgər infaq (və Allah yolunda verdiyiniz sədəqələni) aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır.»
Bəzi təfsir alimləri demişlər ki, bu göstəriş yalnız müstəhəb infaqlara aiddir. Zəkat və bu kimi vacib infaqlar isə yaxşı olar ki, həmişə aşkar və açıq formada verilsin. Lakin tam aydındır ki, bu iki göstərişdən heç biri (infaqı gizlətmək və aşkar etmək) ümumi xarakter daşımır və onların müxtəlif məqamları ola bilər. Bir çox hallarda o, digərlərini daha çox şövq edir və ixlasla (xalisliyə) ziddiyyət təşkil etmir. Məhz bu təqdirdə yaxşı olar ki, infaq aşkarda verilsin. Bir çox hallarda da qarşı tərəfin ictimaiyyətdə olan şərəf və heysiyyəti tələb edir ki, infaq məxfi şəkildə həyata keçirilsin. Yaxud da riyakarlıq və qeyri-xalislik qorxusundan da ola bilər. Belə hallarda onu gizlətmək daha məqsədə uyğundur. Bəzi hədislərdə vacib infaqların aşkarda verilməsinin, amma müstəhəb infaqların isə gizlində verilməsinin daha yaxşı olması aydın formada verilmişdir. İmam Sadiqdən (əleyhis-salam) belə dediyi nəql olunur:
"Vacib zəkatı aşkar şəkildə malınızdan ayırın, aşkar şəkildə xərcləyin. Amma müstəhəb infaqlar məxfi formada olsa daha yaxşıdır." Bu hədislərin yuxarıda qeyd etdiklərimizlə heç bir ziddiyyəti yoxdur. Çünki vacib vəzifələrin yerinə yetirilməsində daha az riyakarlıq olur. Ona görə ki, vacib vəzifəni İslam mühitində hamı mütləq yerinə yetirməlidir. Bu, hamının verməli olduğu məcburi vergilərə bənzəyir. Bu üzdən onu aşkar etmək daha yaxşıdır. Amma müstəhəb və qeyri-vacib infaqları, məcburi xarakter daşımadıqlarına görə izhar etmək, niyyətin xalisliyinə mənfi təsir edə bilər. Ona görə də onu gizlətmək daha məqsədə uyğundur. (1)

Şərh qeydə alınmayıb