Qısa cavab:
Ətraflı cavab:
Allah-taala “Maidə” surəsinin 55-ci ayəsində buyurur:
إِنَّما وَلِیُّکُمُ اللّهُ وَ رَسُولُهُ وَ الَّذینَ آمَنُوا الَّذینَ یُقیمُونَ الصَّلاةَ وَ یُؤْتُونَ الزَّکاةَ وَ هُمْ راکِعُونَ
“Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verənlərdir.”
“Məcməul-bəyan” və digər təfsir kitablarında “Vilayət ayəsi” adı məşhur olan bu ayə haqqında Abdulla ibn Abbasdan belə bir hadisə nəql olunur:
Bir gün o, zəmzəm quyusunun kənarında əyləşib camaata peyğəmbərdən (səllallahu əleyhi və alih) hədis nəql edirdi. Qəflətən başında əmmamə, üzünü bağlamış bir kişi ona yaxınlaşdı. İbn Abbas hər dəfə peyğəmbərdən (səllallahu əleyhi və alih) hədis nəql edərkən o da peyğəmbərdən (səllallahu əleyhi və alih) başqa bir hədis nəql edirdi.
İbn Abbas and verib ondan özünü tanıtmasını istədi. O, üzünü açıb uca səslə dedi: Ey camaat! Hər kəs məni tanımırsa bilsin, mən Əbuzər Qəffariyəm. Mən bunu öz qulaqlarımla peyğəmbərdən (səllallahu əleyhi və alih) eşitdim. Yalan deyirəmsə hər iki qulağım kar olsun. Öz gözlərimlə gördüm. Yalan deyirəmsə hər iki gözüm tutulsun. Peyğəmbər (səllallahu əleyhi və alih) dedi:
عَلِىٌّ قائِدُ الْبَرَرَةِ وَ قاتِلُ الْکَفَرَةِ مَنْصُورٌ مَنْ نَصَرَهُ مَخْذُولٌ مَنْ خَذَلَهُ:
“Əli (əleyhis-salam) yaxşıların öndəridir, kafirlərin qatilidir. Hər kəs ona yardım etsə, Allah ona yardım edər. Hər kəs onun yardımından əl çəksə, Allah onun yardımından əl çəkər.”
Sonra Əbuzər əlavə etdi: Ey camaat! Günlərin bir günü Allahın rəsulu (səllallahu əleyhi və alih) ilə birlikdə məsciddə namaz qılırdıq. Dilənçi məscidə girib kömək istədi. Heç kəs ona yardım etmədi. O, əllərini göyə ucaldıb dedi:
Pərvərdigara! Mən sənin rəsulunun məscidində yardım istədim. Heç kəs mənə müsbət cavab vermədi. Elə bu an Əli (əleyhis-salam) ruku vəziyyətində sağ əlindəki üzüyə işarə etdi. Dilənçi yaxın gəlib üzüyü onun barmağından çıxartdı. Peyğəmbər (səllallahu əleyhi və alih) namaz halında baş verənləri başa düşdü. Namazını tamamlayandan sonra üzünü göyə tutub dedi:
Pərvərdigara! Qardaşım Musa (əleyhis-salam) səndən istədi ki, ruhunu böyüdəsən, işləri onun üçün asan edəsən, dilindən düyünü açıb nitqini aydın edəsən. Musa (əleyhis-salam) həmçinin səndən istədi ki, qardaşı Harunu onun vəziri və köməkçisi edəsən, onun vasitəsilə gücünü artırasan və onun işlərində şərik edəsən.
Pərvərdigara! Mən Məhəmməd peyğəmbər və sənin elçinəm. Mənim ruhumu böyüt, işlərimi mənə asan et, nəslimdən Əlini (əleyhis-salam) mənə köməkçi et ki, onun vasitəsilə arxam möhkəm olsun.
Əbuzər nəql edir: Hələ peyğəmbərin (səllallahu əleyhi və alih) duası qurtarmamış Cəbrail yerə enib peyğəmbərə:
- Oxu! – dedi.
- Nə oxuyum? – deyə Peyğəmbər (səllallahu əleyhi və alih) soruşdu.
- Oxu, “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər...
Əlavə edək ki, bu hədis müxtəlif ravilər tərəfindən nəql olunmuşdur. Bəzən onun cüzi hissələrində və xüsusiyyətlərində fərqlər gözə dəyir. Amma hamısının canı və külliyyatı eynidir. (1)

Şərh qeydə alınmayıb