Qısa cavab:
Ətraflı cavab:
Həqiqətən də, yazmaq və oxumaq hər bir insan üçün kamal hesab edilir, amma bəzən elə bir şərait yaranır ki, yazıb-oxumamaq kamal sayılır. Bu məsələ peyğəmbərlər, xüsusən də, peyğəmbərlərin sonuncusu (s) barədə daha doğrudur. Belə ki, əgər hansısa bir dərs oxumuş alim, savadlı və agah bir filosof peyğəmbərlik iddiası etsə və müəyyən bir kitabı asimani kitab kimi qələmə versə, belə bir şəraitdə onun özünün bu kitabı yazmış və həmin kitabın onun öz düşüncələrinin səmərəsi olması ilə bağlı şəkk-şübhələr meydana gəlməzmi?
Əgər geridə qalmış bir qövmün arasından çıxan və heç zaman hansısa bir müəllimin yanına getməyən, kitab oxumayan və yazı yazmayan bir şəxs varlıq aləmi qədər əzəmətli, dərin və ali məna və möhtəvalı bir kitabı təqdim etsə, buradan yaxşıca başa düşmək olar ki, bu kitab onun beyninin məhsulu deyil, əksinə asimani vəhy və ilahi təlimdir.
Quran ayələri də Peyğəmbərin (s) “ümmi” olması məsələsinə işarə edir və bu sözün dərs oxumamış mənasında olması daha aydın şəkildə nəzərə çarpır.
Bir qayda olaraq, Hicazda elə bir dərs (elm) və müəllim yox idi ki, Peyğəmbər (s) onu öyrənsin və onun hüzurundan istifadə edə bilsin. Sadəcə yazmaq və oxumaq qabiliyyətinə malik kişilərin sayı on yeddi nəfərdən artıq deyildi və qadınlardan da bir nəfər yazıb-oxumağı bacarırdı. (1)
Təbii məsələdir ki, elmin ibtidai mərhələsi olan oxumaq və yazmağın məhdud və qəhət olduğu bir mühitdə kiminsə dərs oxuya bilməsi və camaatın belə bir şəxsdən agah olmaması mümkün deyil. Eyni zamanda, əgər kimsə aşkarcasına "Mən heç bir dərs oxumamışam!" deyə iddia edərsə və camaat onun sözünü inkar etməzsə, bunun özü onun sözünün doğruluğuna aydın bir dəlildir. Nəticədə, Quranda da bildirildiyi kimi, Peyğəmbərin (s) bu xüsusi vəziyyəti Quranın möcüzə olmasını təkmilləşdirmək və bəhanə axtarışında olanların bəhanəsinə son qoymaqda həddən artıq təsirli və faydalı idi. Bəli, Peyğəmbər (s) yalnız vəhy məktəbində dərs oxumuş böyük bir alim idi.
Bəziləri üçün yerdə qalan yeganə bir bəhanə budur ki, Peyğəmbər (s) nübüvvət dövründən əvvəl Şama ticarətlə bağlı bir-iki dəfə səfər etmiş və ola bilsin ki, həmin səfərdə əhli-kitab alimləri ilə təmasda olaraq onlardan nəsə öyrənmişdir.
Bu iddianın zəifliyi özündə gizlənmişdir. Görəsən, bu qədər peyğəmbərlərin tarixini, hökm, qayda-qanunları və ali maarifi dərs oxumayan, məktəbə getməyən Peyğəmbər (s) kimi bir insanın bu tezliklə fərdlərdən öyrənə, yadda saxlaya və iyirmi üç il müddətində bəyan edə bilməsi, eyni zamanda, gözlənilməz və qeyri-adi hadisələrlə qarşılaşdıqda onların müqabilində lazımı reaksiya göstərə bilməsi mümkün idimi? Bu sözlər eynilə belə deməyə bənzəyir:"Filan böyük həkim bütün tibb elmini bir neçə gün ərzində digər həkimlərin xəstəxanadakı xəstələri müalicə etməsini müşahidə etməklə öyrənmişdir." Əlbəttə, bu ifadə zarafata daha çox oxşayır.
Bu məsələyə də diqqət yetirmək lazımdır ki, heç bir tarixdə o həzrətin yazmaq və oxumaq qabiliyyətindən istifadə etməsi, nəyisə üzündən oxuması və ya əli ilə yazması qeyd olunmamasına baxmayaraq, Peyğəmbər (s) nübüvvət məqamına yetişdikdən sonra, ilahi təlimlər sayəsində yazmaq və oxumaq qabiliyyətinə malik idi. Peyğəmbərin (s) bütün ömrü boyu bu məsələdən çəkinməsinə səbəb, bəhanə axtaranların əlinə bəhanə verməmək idi.
Tarix və hədis kitablarında bu mövzu ilə bağlı qeyd edilən yeganə məsələ budur ki, o həzrət "Hudeybiyyə" sülhü zamanı əlinə qələm-kağız alaraq şəxsən özü müqaviləni yazmışdır. Həmin məlumat "Müsnədi-Əhməd" kitabında qeyd olunmuşdur. (2)
İslam alimlərindən bir qrupu bu hədisi inkar edərək onun Quranın aşkar bəyanı ilə ziddiyyət təşkil etdiyini söyləmişlər. Belə ki, həmin ayələr Peyğəmbərin (s) nübüvvətdən qabaqkı vəziyyətini bildirir və nübüvvətdən sonra Peyğəmbərin (s) istisna olaraq yalnız bir yerdə yazı yazması və onun da möcüzə hesab edilməsinə nə ehtiyac vardı?!
Bu məsələdə bir nəfərin verdiyi məlumata (“Xəbəri-vahid”ə) istinad etmək, heç bir çətinlik doğurmasa da ehtiyata və üsul elmində isbat olunan məsələlərə zidd və müxalifdir. (3) (4)

Şərh qeydə alınmayıb